Yuxarı

Dövlətlərin pul inhisarına son: Kağız əskinas dövrü tarixə keçir?

Dövlətlərin pul inhisarına son: Kağız əskinas dövrü tarixə keçir?

Kriptovalyutalara (virtual valyuta) marağın artması ciddi narahatlıq doğurur.Bu valyuta növündən istifadəyə münasibət birmənalı deyil.Bir tərəfdən kriptovalyutaların qanunsuz olduğu, cinayətkarlığın yayılmasına xidmət etdiyi, digər tərəfdən isə real valyutaların alternativi olduğu deyilir.Azərbaycanda isə kriptovalyutalara o, qədər də ciddi maraq yoxdur.Bu valyuta növündədir istifadə yox dərəcəsindən.Maraqlıdır, Azərbaycanda kriptovalyutaların hərraca çıxarılması və ya istifadəsi mümkündürmü?

İqtisadçı-ekspert Əkrəm Həsənov "Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, Azərbaycan qanunvericiliyinə görə kriptovalyutalar valyuta hesab edilmir:

"Qanunvericiliyə görə hər hansı bir dövlətin istifadə etdiyi valyuta valyuta kimi qəbul olunur. Kriptovalyutaları isə istehsal edən ölkə yoxdur.Bu valyutanı hansısa bir dövlət idarə etmir.Kriptovalyutalar müasir texnologiyalar vasitəsilə yaradılan proqramlarla idarə olunur. Bu proqrama da heç kim müdaxilə edə bilmir. Ona görə də Azərbaycan qanunvericiliyinə əsasən kriptovalyutalar adi bir əşyadır.Amma demək olmaz ki, Azərbaycanda bunun dəyəri yoxdur.Məsələn, hansısa proqram alırsız.Bunun müəyyən qədər dəyəri var. Amma pul deyil.Bu nöqteyi-nəzərdən təbii ki, kriptovalyutaların dəyəri var. Azərbaycanda bu valyutalardan istifadə edib nəsə almaq olar.Əgər kimsə kriptovalyutaları qəbul edirsə, bununla alqı-satqı etmək mümkündür.Məsələn, mən hüquqi xidmətlər göstərirəm və deyirəm ki, kriptovalyutaları da qəbul edirəm.Əgər mən qəbul edirəmsə, deməli bundan istifadə edə bilərik.Ancaq Azərbaycan qanunvericiliyi bunu qəbul etmədiyi üçün bu alqı-satqı deyil, dəyişdirmə hesab olunacaq.Mən sizə avtomobil verirəm, siz də mənə bitkoin verirsiz.Bu nöqteyi- nəzərdən Azərbaycanda da bundan istifadə etmək olar.Buna heç bir məhdudiyyət yoxdur”.

Əkrəm Həsənov hesab edir ki, kriptovalyutaların sürətlə yayılmasına səbəb ənənəvi valyutalara etibarın olmamasıdır:

"Burada əsas məsələ bitkoinlərin dəyərinin sürətlə artmasıdır. Kriptovalyutaların dəyəri ona görə sürətlə artır ki, ənənəvi valyutalara (dövlətlər tərəfindən buraxılan pul) etibar azalıb. Ənənəvi valyutalara etibarın niyə azaldığını başa düşmək üçün bir az tarixə nəzər salmaq kifayətdir. Tarix boyu həmişə dövlət və cəmiyyət arasında nəyin pul olması üzərində konflikt olub.Yəni, ilk dövrlərdə pul qızıl olub.Qızılın da öz dəyəri var. Sonra isə çarlar, imperatorlar, krallar deyiblər ki, qızıl pulu biz buraxacağıq.Amma ilk dövrdə bu qızıl pulu hamı buraxa bilirdi.Dövlət pul buraxılışını inhisara alıb və sonra həmin qızıl pulun tərkibinə başqa metallar qatmağa başlayıb.Buna qarşı da cəmiyyətdə üsyanlar olub ki, niyə pulun dəyərini azaldırsan, inflyasıyaya gedirsən.Sonra isə dövlətlər başladı kağız pullar çıxarmağa.Kağız pulların dəyəri isə heç yoxdur.Dövlət istədiyi qədər kağız pul buraxa bilir.Pul isə nə qədər çox buraxılarsa, o, qədər də dəyərdən düşür.Məhz buna görə də cəmiyyət həmişə yollar axtarıb ki, pulun buraxılışını dövlətin inhisarından çıxarsın.Kriptovalyutalar da bu gün məhz budur.Kriptovalyutanın miqdarı məhduddur.Ona görə də cəmiyyət düşünür ki, kriptovalyutaların sayı məhduddursa, deməli.bu dəyərdən düşməyəcək, əksinə, artacaq. Kriptovalyutalara marağın sürətlə artmasının birinci səbəbi məhz budur”.

Ekspert sonda vurğulayıb ki, kriptovalyutalar dövləti vergi və digər sistemlərə nəzarət imkanından məhrum edir: 

"Dövlət isə valyuta istehsalını ona görə inhisara götürüb ki, vergi və digər məsələlərə nəzarət edə bilsin.Amma kriptovalyuta ilə ödənişlər olanda, dövlət bu nəzarəti itirmiş olur.Ona görə də bu gün insanlar üçün kriptovalyutalar böyük maraq kəsb edir.Əgər etibardan söhbət gedirsə, bu gün dövlətlərin buraxdığı kağız pullara daha az etibar edilir, nəinki kriptovalyutalara”.

Vilayət Muxtar







Həftənin ən çox oxunanları