Yuxarı

Azərbaycanın ən varlı bankı hansıdır?

Azərbaycanın ən varlı bankı hansıdır?

Ölkədə baş vermiş devalvasiyadan təxminən 3 ilə yaxın vaxt keçir.Devalvasiyadan sonra hələ də özünə gələ bilməyən banklar kifayət qədərdir. Bu illər ərzində bir çox bank rəhbərləri dəyişdi, bəzi banklar ləğv olundu, iki bank isə birləşdirildi. Bankların reytinqləri müxtəlif meyarlar əsasında formalaşır.Bankın aktivləri, kapitalı, kredit həcmi, müştəriləri, filialı, bankomatı və işçi sayına görə müəyyənləşir.Bunların arasında ən əhəmiyyətli yeri bankın aktivləri tutur.

Hazırda sağlamlaşdırılma prosesi keçən Beynəlxalq Bank aktivlərin həcminə görə Azərbaycanın ən böyük bankı hesab olunurdu.Dövlət bankı olduğu üçün onun aktivlərinin həcmi digər banklar ilə müqayisədə dəfələrlə çoxdur.Ekspertlər hesab edir ki, kommersiya banklarının ilk beşliyi isə belə görünür - Kapital Bank, Xalq Bank, Bank Standard, Paşa Bank, Access Bank.

"Antikollektor” MMC-nin direktoru, hüquqşünas Əkrəm Həsənov "Cümhuriyət” qəzetinə bildirib ki, qeyd edilən parametrlərə görə hələlik Azərbaycanda Beynəlxalq Bank birinci sırada dayanır:

"Həm aktivlərinin, həm kapitalının həcmi, həm də müştərilərinin sayına görə Beynəlxalq Bank liderdir.Yalnız filial sayına görə birinci deyil.Bildiyim qədərilə filial sayına görə Kapital Bank qabaqcıl yerlərdən birini tutur”.
Ekspert hesab edir ki, 2017-ci ildən başlayaraq Beynəlxalq Bank öz lider mövqelərini əldən verib:

"Bu da onunla bağlıdır ki, bu il Beynəlxalq Bankın öhdəliklərinin könüllü restruksiyası oldu. Son illər ərzində Beynəlxalq Bankın rəhbərliyi dəyişib.Yeni rəhbərlik də işin öhdəsindən gəlmir.Buna görə də müştərilər qaçır və daha yaxşı idarəolunan bankları seçməyə üstünlük verir.Bu baxımdan yəqin ki, yaxın illər ərzində Beynəlxalq Bank liderliyi əldən verəcək.Gələn ildən Beynəlxalq Bankın özəlləşdirilməsi gözlənilir.Hazırda bu bankın səhmlərinin 75 faizindən çoxu dövlətə məxsusdur.Bank, həmçinin, dövlət müəssisələri ilə əməkdaşlıq edir.Yəqin ki, özəlləşdirmədən sonra Beynəlxalq Bankla dövlət müəssisələrinin əməkdaşlığı bitəcək.Hesab edirəm ki, Beynəlxalq Bankın özəlləşdirilməsi 2018-ci ildə baş tutacaq”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları