Gələn ayın ikinci yarısından kirayə mənzillərə müraciət başalayacaq.
Bu haqda İpoteka və Kredit Zəmanət Fondu açıqlama yayıb. Mexanizmə əsasən, vətəndaşlar mənzili kirayə götürdükdən
sonra ona sahib də ola biləcəklər. Mənzili kirayə edən vətəndaşmızın aylıq ödənişləri
evin xərcindən çıxılacaq.
Müqavilə bağlanandan 3 il sonra isə kirayəçi mənzilin sahibinə çevrilmək
imkanı qazanacaq.
Bu zaman o daha çox ödəniş
etməklə müqaviləyə vaxtından
əvvəl xitam verib mənzilə
sahib olar. Və ya ödənişi davam etdirib 25 il ərzində ona sahib ola bilər.
Cebhe.info xəbər verir ki, iqtisadçı ekspert Vüqar Bayramov məsələylə bağlı qaranlıq qalan məqamlara aydınlıq qətirib:
Gələn aydan müraciət etmək mümkün olacaq kirayə mənzillər
ilə bağlı ən vacib 30 məqam aşağıdakılardır:
1. Hansı sənədlər tələb olunur? Müraciət edən şəxs
elektron və "ASAN imza"ya malik olmaqla özünə elektron kabinet
yaratmalıdır.
Kabinet yaradan zaman o özü ilə bağlı məlumatları elektron daxil edə biləcək. Bunu müraciət başlayan
zaman "ASAN xidmət"ə müraciət etməklə qısa zaman həll etmək olar. Bu prosesi keçən və müsbət cavab alan vətəndaş
Fonda şəxsiyyət vəsiqəsinin surəti (onunla birgə kirayə götürüləcək yaşayış sahəsində
yaşayacaq ailə üzvləri varsa, həmçinin onların şəxsiyyət vəsiqələrinin surətləri) və gəlirlərini təsdiq edən sənədləri təqdim
etməlidir. Qaydalara əsasən, rəsmi əmək müqaviləsi olmayan, amma fərdi
sahibkarlıqla məşğul olan vətəndaşlar da evlərə
müraciət edə biləcək. Bu zaman onlar sahibkarın vergi orqanlarında qeydiyyatdan keçdiyi barədə şəhadətnamənin surətini və vergi
orqanları tərəfindən qəbul olunmuş gəlir
vergisi və ya sadələşdirilmiş vergi bəyannaməsini təqdim etməlidirlər. Fond
müraciətə müsbət cavab verdikdən sonra sonuncu mərhələ müqavilənin bağlanmasıdır.
2. Kirayə evlərə necə müraciət etmək olar? Kirayə evlərə "ASAN
xidmət" və ya elektron ipoteka portalı vasitəsi ilə müraciət etmək mümkün olacaq.
3. Kimlər kirayə mənzilə sahib ola bilər? Mənzilə
sahib olanların
Azərbaycan vətəndaşı
olması şərtdir. Kirayə mənzil üçün müraciət edənin vaxtı keçmiş öhdəlikləri (bank kreditləri və digər məcburi
ödənişlər üzrə) olmamalıdır.
Məhkumluğu olmaması da şərtlər siyahısındadır.
4. Kirayə evə müraciət üçün ailəli olmaq şərtdirmi? Fondun elan
etdiyi şərtlərdə ailəli olmaq şərt kimi qeyd olunmur. Bu isə o deməkdir ki, ailəli
olmayan vətəndaşlarımız da müraciət edə biləcəklər.
5. Hansı hallarda ev kirayəçidən geri alına bilər? Bu hallarda mənzilin geri alınması nəzərdə tutulur: aylıq ödənişlər
60 gün və daha çox müddətdə ödənilmədikdə; kirayə müddətində kirayəçi vəfat
etdikdə və kirayə müqaviləsi üzrə hüquq və vəzifələr kirayəçinin vərəsələrinə
keçmədikdə; yaşayış sahəsi məhv olduqda və ya zədələnmə nəticəsində yaşayış sahəsi
öz birbaşa təyinatı üzrə istifadə
edilə bilməyəcək dərəcədə dəyişdikdə (bu hal baş verdikdə əldə olunan sığorta ödənişi kirayə müqaviləsi üzrə alış qiymətinin kirayəçi tərəfindən ödənilmiş hissəsi ilə alış qiymətinin ödənilməli olan qalıq məbləğinin nisbətinə müvafiq olaraq Fond ilə kirayəçi arasında bölüşdürülür); Kirayəçi yaşayış sahəsini üçüncü şəxsin
qeyri-hüquqi istifadəsinə verdikdə, həmçinin kirayə müqaviləsi üzrə üzərinə
götürdüyü digər vəzifələri icra etmədikdə.
6. Mənzillər
harada olacaq? Bizdə olan məlumata görə, mənzillər daha çox Bakının mərkəz ətrafı rayonlarındadır.
İlkin məlumata görə, Qara Qarayev, Neftçilər, Əhəmədli
metrosu ətrafında daha çox mənzil təklif
olunacaq.
7. Yaşayış
sahəsinin qiyməti necə müəyyənləşəcək? Mənzilin xərci müqavilə müddətindəki
ayların sayına bölünərək aylıq ödəniş məbləği müəyyənləşəcək.
Məsələn, mənzilin xərci 120 min manat və müqavilə müddəti 25 ildirsə o zaman
120 000 manat / ( 25 il X 12 ay) = 400 manat kimi müəyyənləşəcək.
8. Kirayə
hansı müddətə bağlana
bilər? Kirayə müqaviləsi 3 ildən 25 ilədək müddətə bağlanmalı və notariat qaydasında təsdiqlənməlidir.
9. Kirayəçi
mənzilə ən tezi hansı müddətdən sonra
sahib ola bilər? Müqavilə bağlandıqdan ən
azı 3 il müddətdən sonra kirayəçi mənzilə
sahib olmaq hüququna malikdir. 3 ildən sonra isə növbəti 22 il müddətində istənilən
zaman evin xərcini ödəməklə çıxarış (kupça) ala bilər.
10. İlkin ödəniş tələb olunurmu? İlkin
ödəniş nəzərdə tutulmayıb. Amma kirayə
mənzilə sahib olmaq istəyən şəxs kirayə müqaviləsi bağlanıldıqdan
sonra aylıq ödənişin ən azı 12 mislini qabaqcadan
ödəməlidir. Yəni 1 illik kirayə haqqı öncədən
ödənilməlidir.
11. Kirayəçi
mənzili rəsmi olaraq başqa şəxsə ötürə bilərmi? Qaydalar görə, kirayəçiyə belə
hüquq verir. Fondun yazılı razılığı ilə
kirayəçinin kirayə müqaviləsi üzrə öz hüquq və vəzifələrini başqa şəxsə ötürə
bilər. Sadəcə, kirayəçi bunu kirayə müqaviləsi bağlanan
gündən 3 ildən sonra edə bilər. Məsələn, kirayə müqaviləsi
bağlanandan 3 il sonra kirayəçi ödəniş
etməkdə çətinlik çəkirsə və ya evlə bağlı planları dəyişirsə
o zaman fondun razılığı ilə müqaviləni
başqasının adına keçirə bilər. Mənzilə mülkiyyət hüququ kirayəyəverəndən başqa
şəxsə keçdikdə, kirayənin qüvvədə qalması baş
verir. Bu hal kirayə müqaviləsində də qeyd olunacaq.
12. Kirayəçi
dünyasını dəyişəndə müqavilə şərtləri necə icra
olunur? Kirayəçi vəfat etdikdə, kirayə müqaviləsi üzrə hüquq münasibətlərinin
kirayəçinin vərəsələrinə keçir.
13. Fond
hansı mənzilləri təklif edəcə
k? Fond öz vəsaiti
hesabına aldığı və ya onun mülkiyyətinə keçən
mənzilləri kirayə kimi təklif edə bilər. Mənzillər tam təmirli, habelə elektrik
enerjisi, qaz və su ilə tam təchiz olunmuş olmalıdır.
14. Kirayə mənzillər
ilə bağlı məlumatı
haradan əldə etmək mümkün olacaq? Fond satmaq öhdəliyi ilə
kirayəyə verdiyi yaşayış sahələrinə dair məlumatları
(binanın və ya yaşayış evinin ünvanı, yaşayış sahəsinin sayı, yerləşdiyi mərtəbə, mənzilin sahəsi, otaqların sayı və s.) rəsmi internet saytında və "Elektron ipoteka və kredit zəmanət” sistemində yerləşdiriləcək.
15. Kirayə mənzilə
sahib olmaq üçün necə müraciət etmək mümkün olacaq? Təsdiq olunmuş qaydalara
görə, müraciətlər elektron sistemlə həyata keçiriləcək. Müraciətlər növbəlilik əsasında qeydiyyata alınıb baxılacaq. Fond beş iş günü müddətində
kirayə müqaviləsinin bağlanmasına dair razılıq və
ya əsaslandırılmış imtina barədə qərar qəbul
edəcək, 10 iş günü müddətində isə kirayə müqaviləsinin rəsmiləşdirilməsi
yekunlaşacaq. Bundan sonra üç iş günü müddətində kirayəçi aylıq ödənişin ən azı 12 mislini əvvəlcədən
Fondun hesabına ödəməli olacaq. Bu məbləğ Fondun hesabına ödəndiyi andan kirayə müqaviləsi qüvvəyə
minəcək.
16. Fondun
razılıq verdiyi müqaviləyə nə zaman
xitam verilə bilər? Fond razılıq barədə
qərarını elektron sistemdə yerləşdirdiyi
gündən 10 iş günü müddətində kirayə müqaviləsinin rəsmiləşdirilməsi həyata
keçirilmirsə o zaman müqaviləyə xitam verilir.
17. Kirayə
müqaviləsinin bağlanılmasından imtina edilmiş şəxs
yenidən müraciət edə bilərmi? Kirayə müqaviləsi bağlamaqdan
imtina edilən şəxs yenidən müraciət etmək hüququna malikdir.
18. Aylıq ödənişin məbləği necə
hesablanacaq? Fond aylıq ödəniş məbləğini fondun satın aldığı qiymət, habelə yaşayış sahəsinin
satın alınması ilə bağlı digər xərclər, bu məqsədlər üçün cəlb etdiyi vəsaitin dəyəri,
kirayə müqaviləsi üzrə mümkün ola biləcək zərərlərin qarşılanması məqsədilə
yaradılan ehtiyatlar üzrə ayırmalar və yaşayış sahəsini Fondun saxlaması, sığortalaması və idarə etməsi ilə bağlı bütün xərcləri, əsasən, hesablanacaq.
19. Ödənilmiş
aylıq ödənişlər geri qaytarıla bilərmi?
Qaydalara əsasən, fonda ödənilmiş aylıq ödənişlər Fondun gəliri hesab olunur və
geri qaytarılmır.
20.
Aylıq ödənişlər sabit rəqəm olacaqmı? 12
aylıq ilkin ödənişdən sonra kirayə müqaviləsi üzrə aylıq ödəniş hər ay bərabər hissələrlə ödəniləcək.
21. Kirayə mənzildə yaranan xərcləri kim ödəyir?
Kirayəçinin istifadəsinə verildikdən sonra yaşayış sahəsinin təmir səviyyəsinin
yaxşılaşdırılması və əlavə təmirlə bağlı xərclər kirayəçinin vəsaiti hesabına həyata keçirilir. Yaşayış sahəsində yenidənqurma və ya yenidənplanlaşdırma,
habelə əsaslı təmir işləri yalnız Fondun yazılı razılığı ilə həyata keçirilə bilər. Kommunal xərcləri
və digər məcburi ödənişləri də kirayəçi ödəyir.
22. Sığorta hadisəsi
baş verəndə vəsait necə bölüşdürülür? Sığorta ödənişi kirayəçi ödədiyi vəsait
ilə ödənilməmiş qalıq məbləğinin nisbətinə
uyğun olaraq Fond
ilə kirayəçi arasında bölüşdürülür.
23. 3 ildən sonra vətəndaş mənzilin bütün xərcini ödəsə, güzəşt
olacaqmı? Əgər kirayəçi kirayə müqaviləsi bağlandıqdan 3 il sonra alış qiymətinin qalıq hissəsini birdəfəyə bağlamaq istəsə, o zaman Fond tərəfindən qalıq məbləğin müəyyən hissəsi güzəşt edilir. Güzəştlər barədə məlumat
müqavilədə əks olunacaq.
24. Kirayəçi həmin evdə qeydiyyata düşə bilərmi?
Satmaq öhdəliyi ilə kirayə müqaviləsində nəzərdə tutulur ki, kirayəçi və onunla
birgə yaşayan ailə üzvləri (ər-arvad, ata-ana, övladlar) Fondun yazılı razılığı ilə kirayə ünvanı üzrə pasport qeydiyyatına düşə bilərlər.
25. Müqavilə müddətində maksimum yaş müddəti neçədir?
Son ödəniş tarixinə yaş 63 yaşdan çox olmamalıdır, yəni müqavilə öhdəliyinə həmin
yaşadək xitam verilməlidir. Bu isə o deməkdir ki, müraciət anına yaş 60-dan yuxarı
olmamalıdır.
26. Hansı binalarda mənzillər təklif olunacaq? 2013-cü
ilin yanvarın 1-dən sonra inşa edilən və dövlət
qeydiyyatında
olan binalarda olan mənzillər
təklif olunacaq.
27. Ödəniş hansı valyutada olacaq? Ödəniş manatla
olacaq.
28. Xaricdə və xüsusən də Rusiyada yaşayan azərbaycanlıların öz ailələrinə göndərdikləri pul gəlir mənbəyi
kimi göstərilə bilərmi? İstənilən rəsmi gəlir nəzərə alınacaq. Əgər Rusiyda yaşayan vətəndaş öz ailəsinə
bankla aylıq pul
göndərirsə, o da gəlir
kimi qəbul olunacaq.
29. Rayonlarda qeydiyyatda olan vətəndaşlar Bakıda
kirayə evə müraciət edə bilərlərmi? Rayonda yaşayan vətəndaşımız da paytaxtda
kirayə evə müraciət edə biləcək.
30. Gəlirini rəsmi sənədlə təsdiq edə bilməyənlər
müraciət edə biləcəklərmi? Şərtlərə görə, müraciətə baxıldığı zaman yalnız vergi
qanunvericiliyi ilə nəzərdə
tutulmuş qaydada qeydiyyata alınmış şəxsi biznesinizdən gələn gəlirlər təhlil
ediləcək. Bu isə o deməkdir ki, gəlirin rəsmi olması vacibdir.
Cebhe.info