Yuxarı

10 minlərlə yoxlamaya son verilib: Dəyişiklik 145 milyon qazandırıb

10 minlərlə yoxlamaya son verilib: Dəyişiklik 145 milyon qazandırıb

10 minlərlə yoxlamaya son verilib: Dəyişiklik 145 milyon qazandırıb

Bu gün Vergilər Nazirliyində Vergi Məcəlləsinə edilən dəyişikliklər və əsas istiqamətlərlə bağlı mətbuat konfransı keçirilib.

Cebhe.info xəbər verir ki, tədbirdə iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov, Vergi siyasəti baş idarəsinin rəisi Samirə Musayeva, İqtisadi təhlil və uçota nəzarət baş idarəsinin rəisi Natiq Şirinov iştirak edib.

Nazir müavini bildirib ki, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən vergi siaysətində əsaslı dəyişikliklər həyata keçirilir. 

"2018-ci il ərzində səyyar vergi yoxlamalarının sayı 1532 olub. O vaxta qədər bunun sayı on minlərlə ölçülüb. Bu ilin 11 ayı ərzində cəmi 776 səyyar vergi yoxlaması aparılıb. Digər operativ nəzarət tədbirlərində də ciddi azalmalar müşahidə olunur. Cari ilin 11 ayı ərzində proqnozlardan əlavə dövlət büdcəsinə 415 milyon manatdan çox vəsait vergilərin xətti ilə daxil olub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 518 milyon manat çoxdur. Bu isə kifayət qədər ciddi rəqəmdir". 

Sahib Ələkbərov onu da əlavə edib ki, ölkədə regionların sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən proqramlar çox ciddi dəyişikliklərə səbəb olur. Bu da özünü vergi daxiolmalarında göstərir:

"Cari olun 11 ayında vergi daxiolmalarının məbləği proqnozdan əlavə 145,2 milyon manat təşkil edib. Nəzərə alaq ki, əvvəlki illərdə vergi daxilolmaları çox az idi.

Uçot sahəsində çox ciddi nəticələr var. Cari ilin 11 ay ərzində 103 minndən çox yeni vergi ödəyicisi qeydə alınıb. Son dörd ay ərzində 75 min insanın vergi ödəyicisi kimi qeydiyyata alınıb. Vergi Məcəlləsində hər il ciddi dəyişikliklər aparılıb". 

Qeyd edək ki, 2020-ci ilin yanvarın 1-dən Vergi Məcəlləsinə yeni dəyişikliklər qüvvəyə minəcək. Ümumilikdə Vergi Məcəlləsinə 162 dəyişiklik edilib. Onlardan 73-ü ayrı-ayrı maddələrin dəyişməsi ilə əlaqədar, 89 ədədi isə texniki dəyişiklikdir.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları