Yuxarı

Daşınmaz əmlakın sığortasına maraq niyə azdır? – RƏY

Daşınmaz əmlakın sığortasına maraq niyə azdır? – RƏY

Daşınmaz əmlakın sığortasına maraq niyə azdır? – RƏY


Daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsini nəzərdə tutur.

Əmlak sığortasının yaradılması fikri ilk dəfə 1666-cı ildə Londonda baş verən, 13 mindən çox evi yandıran böyük yanğından sonra ortaya çıxıb. 

Qeyd edək ki, bu gün bəzi vətəndaşlar daşınmaz əmlakını sığorta etdirmir.

Cebhe.info-ya açıqlamasında "Kasko.az” onlayn sığorta platformasının təsisçisi Nizami Mənsimov vətəndaşların daşınmaz əmlaklarını sığorta etdirmək istəməməklərinin iki səbəbi olduğunu deyib:

"Son zamanlar böyük əksəriyyət daşınmaz əmlakını sığorta elətdirir. Amma elə şəxslər də var ki, sığorta etdirməyi uyğun bilmirlər. Düşünürəm ki, bunun səbəbi həmin şəxslərin sığorta haqqında kifayət qədər maarifləndirilməməsidir. Yaxud da ola bilər ki, həmin şəxslərin daşınmaz əmlakını sığorta etdirməyə maddi imkanları olmasın. Yəni vətəndaşın imkanı çatmır ki, əmlakını sığorta etdirsin. Yəni vətəndaşların daşınmaz əmlaklarını sığorta etdirməkdən yayınmaları bu iki səbəblə əlaqəli ola bilər. Başqa bir səbəb yoxdur”.

Ekspertin sözlərinə görə, əhalinin az bir faizi icbari sığortaya etibar etmir:

"Müəyyən zamandır ki, sığortaya etibar etməyən əhali faizi çox kiçikdir. Böyük əksəriyyət isə daşınmaz əmlakını sığorta etdirir. Öz təcrübəmə əsasən deyə bilərəm ki, sığorta haqqında maarifləndirmə işləri vətəndaşların fikrində çox müsbət dəyişikliklər yaradır. Məsələn, bizim yanımıza gələn müştərilərin sığorta üçün müraciətinin əvvəlindəki danışığı və davranışı ilə biz ona sığorta barəsində tam məlumat verəndən sonrakı danışığı və davranışı arasında böyük bir fərq yaradır. Buna görə də vətəndaşların icbari sığorta barəsində maariflənməməsi onları daşınmaz əmlakını sığorta etdirmək fikrindən daşındırır”.

Əli Bədir