Yuxarı

Çin iqtisadiyyatı çökəcək? - Dünya bazarını alt-üst edən virus - RƏY

Çin iqtisadiyyatı çökəcək? - Dünya bazarını alt-üst edən virus - RƏY

Çin iqtisadiyyatı çökəcək? - Dünya bazarını alt-üst edən virus - RƏY

Çinin Vuhan əyalətində meydana gələn yeni növ koronavirusa yoluxanların sayı artıq təxminən 6 minə çatıb.

Virusdan ölənlər 170 nəfərdir. Məlumdur ki, virus günbəgün dünya ölkələrinə də təsir edir. Bu səbəblə Çinə uçuşlar dayandırılır, turizm əlaqələri sonlandırılır, hətta onlayn ticarətə belə qadağa tətbiq olunub.

Maraqlıdır, bütün bu addımlar Çinin çöküşünə gətirib çıxara bilərmi?

İqtisadçı-ekspert Razi Abbasbəyli Cebhe.info-ya açıqlamasında bildirib ki, bu gedişat Çində müəyyən travmalara yol açacaq. Lakin Çinin belə tez çökməsi gözlənilmir:

"Əslində, bu, Çin iqtisadiyyatı üçün təhlükə yaratdı və Çin iqtisadiyyatına dəyən ziyan bütövlükdə dünya iqtisadiyyatına dəymiş ziyandır. Çin dünyanın demək olar ki, ən böyük bazarıdır, ona görə də Çinlə əlaqələrin kəsilməsi təkcə Çin üçün yox, tərəfdaşı olan bütün dünya ölkələri üçün əlverişsizdir. Hətta Azərbaycanın Çinlə böyük ticarət dövriyyəsi var, bunun dayanması heç də yaxşı nəticə verməyəcək. Amma düşünürəm ki, baş verənlər ötəri bir prosesdir, ona görə də Çin iqtisadiyyatının çökəcəyini ehtimal etmirəm, sadəcə çox ağır itkiləri ola bilər. Çin dünyanın əsas bitərəf mərkəzlərindən biridir, xüsusilə də neft ölkələri ilə münasibətdə... Virus əgər uzun müddət davam edərsə, vəziyyət gərginləşə bilər. Təəssüf ki, hazırda prosesin miqyasının nə qədər böyüyəcəyini müəyyən etmək olmur”.

Səyad Həsənli