Yuxarı

Əhali banklardakı pulunu xərcləyir

Əhali banklardakı pulunu xərcləyir

Əhali banklardakı pulunu xərcləyir

Əhalinin banklardakı əmanətlərinin azalmaqda davam edir.

Ötən ildən vüsət götürən bu azalma son aylarda daha da artıb. Mərkəzi Bankın məlumatına görə, 2020-ci ilin aprel ayında əhalinin banklardakı əmanətləri 493,7? milyon manat azalıb. Aprel ayının əvvəlində 8 milyard 251,7 milyon manat təşkil etmiş əmanətlər mayın əvvəlindək 7 milyard 758 milyon manatadək geriləyib.

Ötən ilin noyabr ayının əvvəli ilə müqayisədə isə əhalinin əmanətləri 1 milyard 53 milyon manat azalıb.Banklardan əmanətlərin geri çəkilməsinin əsas səbəbləri nədir? Aprel-may aylarında ölkəmizdə 4 bankın bağlanmasının bu tendensiyada hər hansı rolu varmı?

Bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov "Cümhuriyət” - ə açıqlamasında bildirib ki, banklarda əmanətlərin azalmasının bir neçə səbəbi var: "Əsas səbəb odur ki, pandemiya, karantin dövründə insanların gəlirləri azaldığına görə, onlar öz topladıqları vəsaitləri xərcləmək məcburiyyətində qalır. Başqa sözlə deyilsə, "qara gün” üçün yığılan əmanətlər xərclənir. Başqa bir səbəb odur ki, insanlar böhran zamanında bankda pul saxlamaq istəmir. Yəni mövcud durumda hər hansı banka etibar etmir”.

Əkrəm Həsənov bildirir ki, aprel və may aylarında 4 banka qarşı əvvəlcə müvəqqəti inzibatçı təyin olunması, sonradan isə bağlanmasının da müəyyən təsirləri mövcuddur:

"Ümumiyyətlə bu ilin əvvəlindən başlayaraq, əmanətlər azalmağa başlayıb. Buna da "AtaBank”-ın ətrafında gedən söz-söhbətlər səbəb olmuşdu. "AtaBank” bir ilə yaxın idi ki, əmanətləri qaytarmırdı və Mərkəzi Bank da tədbir görmürdü. Ona görə də digər əmanətçilər də çəkinirdi ki, onların vəsait yatırdığı banklarla bağlı da bu durum yarana bilər. Hesab edirəm ki, bank sektoruna etimad məsələsi əsas səbəblərdəndir”. Əhali tərəfindən əmanətlərin geri çəkilməsinin başqa bir səbəbini isə ekspert belə əlaqələndirir: "Son bir-iki il ərzində əmanətlərin böyük bir hissəsi manatda saxlanılırdı. Çünki manatla saxlanılan əmanətlərin faizi yüksək - 10 - 15 faizdir. Valyuta əmanətlərinin faizi isə 1 faizdir. Neftin qiymətinin düşməsi insanlarda devalvasiya qorxusu yaradır. Bu qorxu səbəbindən də bəzi əmanətçilər əmanətlərini banklardan çıxararaq, dollar alırlar. Həmin vəsaitləri isə evdə saxlayırlar. Bu da mart-aprel aylarında dollar satışının artmasının səbəblərindən biri idi”.
Xatirə Nəsirova





Həftənin ən çox oxunanları