Yuxarı

Ölkə yenidən qapanır: İqtisadiyyat üçün "xilas kəməri” var?

Ölkə yenidən qapanır: İqtisadiyyat üçün

Ölkə yenidən qapanır: İqtisadiyyat üçün

Məlum olduğu kimi, Nazirlər Kabinetinin qərarı ilə Azərbaycanda karantin rejimi uzadıldı, qaydalar sərtləşdirildi.

Xatırladaq ki, 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək ölkənin bütün ərazisində Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilmiş iş və xidmət sahələri istisna olmaqla, digər sahələrdə iş və xidmətlər dayandırılır. Bütün ticarət və ictimai iaşə obyektlərinə, o cümlədən restoran, kafe və çay evlərinə müştərilərə yalnız çatdırma xidmətlərinin göstərilməsi və ya onlayn satışa icazə verilir.

İqtisadi sahələrin qapanmasının ölkə iqtisadiyyatına böyük zərbə olduğu sirr deyil. Bu zərbəni Azərbaycan iqtisadiyyatı artıq alıb və onun nəticələri hələ də özünü göstərməkdədir. Xatırladaq ki, rəsmi rəqəmlərə görə, 2020-ci ilin müvafiq dövründə Azərbaycanda ümumi daxili məhsul istehsalı 4 faizədək azalıb.

Ölkə iqtisadiyyatında qeyri-leqal fəaliyyət növlərinin geniş yayıldığını nəzərə alan ekspertlər isə bu rəqəmin daha böyük olduğunu, hətta 7-8 faizə çatdığını düşünürlər.

Belə olan halda, izolyasiyanın qarşıdakı aylarda iqtisadiyyata təsirlərinin azaldılması üçün hansı tədbirlər görülə bilər?

İqtisadçı Razi Abbasbəyli "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, dünya ölkələrində bununla bağlı təcrübə var:

"Dünya ölkələrinin təcrübəsi öyrənilməlidir. Avropa ölkələrində, xüsusilə də orta və kiçik sahibkarlığın sıradan çıxmaması üçün bir sıra tədbirlər görülüb, sığorta paketləri hazırlanıb və təqdim olunub. Almaniya da belə bir təcrübədən istifadə edib və bu indi də tətbiq edilməkdədir. Sahibkarların ötən il üzrə dövriyyəsi götürülüb və onun 80 faizi onların özlərinə qaytarılır. Sahibkarlar hətta fəaliyyət göstərməsə belə, ötən ilki göstəricilərin 80 faizini əldə edir. Bu da həm sahibkarların sıradan çıxmaması, həm də iş yerlərinin bağlanmaması ilə nəticələnir. Kanada və ABŞ təcrübələrindən də danışmaq olar. ABŞ-da xüsusilə də yay aylarında - vətəndaşların birmənalı qapanması həyata keçirilən zaman hər kəsə vətəndaş maaşı təyin olunmuşdu. Bu vəsait işləyib-işləməməsindən, yaşından, fəaliyyət növündən asılı olmayaraq evində oturan hər bir amerikalıya verilmişdi”.

İqtisadçı deyir ki, bu cür tədbirlər izolyasiya nəticəsində iş yerini itirmiş vətəndaşların, xüsusilə də iqtisadi sektorda olan sahibkarların böyük ziyan görməsinin qarşısını almaq üçün idi:

"Azərbaycanın da fərqli model axtarıb tapması qəbuledilən deyil. Ölkəmizdə dünyanın istifadə etdiyi təcrübələrdən istifədə edilməlidir. Xüsusilə də Azərbaycan kimi kiçik ölkələrdə sosial dəstək proqramları, sığorta tədbirləri, invvestorların sıradan çıxmasının qarşısının alınması üçün bir sıra tədbirlər görülməlidir. Həm Azərbaycanın ümumi gəlirləri, həm də valyuta ehtiyatları bunu etməyə imkan verir”.

Xatirə Nəsirova





Həftənin ən çox oxunanları