Yuxarı

Günəş Yeri "udacaq”: Mavi planetin dəhşətli sonu

Günəş Yeri

Günəş Yer planeti kimi öz ətrafında fırlanır və bu proses 24 gün 6 saata başa çatır. Günəş Süd yolu qalaktikasında orta həcmdə olan ulduzdur.Yəni, Günəşdən daha böyük ulduzlar var. Günəş isti qazların əmələ gətirdiyi, közərən vəziyyətdə olan səma cismidir.Enerji qaynağı hidrogendir.Elm adamları bunu "termo nüvə” adlandırırlar.Araşdırmalara görə Günəş 1 saniyədə 564 milyon ton hidrogeni 560 milyon ton heliuma çevirir.Nəticədə bu yanar cisim kosmosa inanılmaz həcmdə enerji yayır.

Günəş miqyası (yarıçapı) 700 milyon kvadrat km (dünyadan 109 dəfə böyük), kütləsi 2x1030 kq (Yerin kütləsindən təxminən 330 min dəfə böyük) olan ulduzdur. Günəşin mərkəzində istilik 15-16 milyon dərəcədir.Təxminən 90%-i hidrogendən ibarətdir. Günəşin istiləşmə sürəti 3.8?1026 J/saniyədir və yanma prosesində 600 milyon ton hidrogen istehlak olunur. Günəşin yaydığı enerji Yerdə yaşayan insanların bir gündə istifadə etdikləri enerjidən 15-16 min dəfə çoxdur.Dünyaya gələn Günəş enerjisi müxtəlif dalğalardakı istiliklərdən əmələ gəlir və bu istilik Yerə təxminən 8 dəqiqəyə çatır.Günəş öz sisteminin 99.8%-ni əmələ gətirir.Həddən çox qaynar və yanıcı qazlardan ibarətdir.Buna görə də səthində hər saniyədə milyonlarla atom bombası partlayışlarına bərabər gücdə partlayışlar baş verir.Bu partlayışlarda Yer kürəsindən 40-50 dəfə böyük alovlar püskürür.Tərkibi uran və qızıl kimi ağır metallarla zəngindir.Günəşin xarici atmosferi - heliosferin Neptun planetinədək uzandığı ehtimal edilir.Günəş öz sistemində ən mükəmməl kürə formasında olan yeganə göy cismidir.Bu nəhəng cisim plazma halındadır və sərt deyil, öz ətrafında mərhələli şəkildə fırlanır.Lakin ekvator xətti üzərində qütblərdən fərqli olaraq daha sürətli fırlanır.Ekvatorda fırlanma periodu 25, qütblərdə isə 35 gündür.Biz nəzəri olaraq, Günəşin içində yaşayırıq, amma görünməyən hissəsində.

"Dəhşətli proseslərin konserti”

2017-ci ilin avqustun 1-də Günəşdə baş verən partlayışda ilginc faktlar əldə olundu.Məlum oldu ki, adi bir partlayış vaxtı əmələ gələn alovlar bu nəhəng cismin bütün səthinədək yayılır.Maqnetik liflər və partlayış Günəş kürəsinə hörümçək toru kimi yayıldığı halda, şok dalğalar və sunamilər Günəş yarımkürəsi boyunca yayılır.NASA əldə edilmiş yeni faktların bu günədək Günəşlə bağlı olan bütün araşdırmaların üzərindən xətt çəkə biləcəyini iddia edir.NASA alimləri - Lokid Martin və Karel Şriyer 1 avqust partlayışının elm adamları arasında çaşqınlıq yaratdığını bildiriblər. Günəş partlayışlarının lokallaşdırılmış proses yox, Günəş alovları, sunamilər və Günəşin koronal təbəqəsinin yaratdığı nəhəng püskürmələri əmələ gətirən "dəhşətli proseslərin konserti” olduğu faktı da üzə çıxarıldı.

Günəşin sonu

Günəş orta yaşlı göy cismidir, yəni, təxminən 4.5 milyard yaşındadır. Elm adamlarının qənaətinə görə Günəş indən sonra təxminən 4.5 milyard il daha yaşaya bilər. 4.5 milyard ildən sonra Günəş tədricən genişlənməyə başlayacaq. Proses vaxtı ilk növbədə özünə ən yaxın planet olan Merkurini "udaraq” buxarlaşdıracaq. Sırayla digər planetlərin də taleyi Merkuri kimi olacaq və buna görə genişlənərək nəhəng "yanan kürə”yə çevriləcək.Genişlənmə özünün ən pik həddinə çatanda partlayıb öz kütləsini kosmosa yayacaq.Beləliklə, bu nəhəng göy cismindən geriyə yalnız kiçik və sönmüş bir ulduz qalacaq.

7.6 milyard il sonra

Bir sıra nəzəriyyələrə görə Günəş Yerdə həyata 5 milyard il sonra son qoyacaq. Ehtimal edilir ki, dünyanı Günəşin sürətlə artan enerjisi məhv edəcək.Okeanları buxarlaşaraq məhv olacaq planetimizin görəcəyi son mənzərə səmanı zəbt etmiş nəhəng Günəş olacaq.Günəş əsas yanacağı olan hidrogeni tükətdikdən sonra heliumdan istifadə etməyə başlayacaq.Əmələ gələn istilik indikindən 250 dəfə böyük olacaq.İlk olaraq Merkuri və Veneranı udacaq.

2008-ci ildə aparılan araşdırmaların nəticəsində elm adamları Günəşin zəifləyən cazibəsi ilə Yerin xilas olacağını düşünürdülər.Lakin sonra araşdırmalar sübut etdi ki, genişlənən Günəşin zəifləyən layları dünyanı özünə çəkəcək.Atmosfer kimi zəif qatdan ibarət olan bu laylar dünyanı Günəşə doğru çəkərək buxarlaşdıracaq. Bu hadisənin 7.6 milyard il sonra baş verəcəyi ehtimal edilir.

Uzaq gələcəyin cədvəli

Elm adamları uzaq gələcəkdə naməlum "qara dəlik” tərfindən udularaq yox olacağını və bütün kainatın həyat olmayan vahid bir cismə çevriləcəyini deyirlər. Alimlərin uzaq gələcək haqqında hazırladıqları cədvələ görə nəhəng ulduzlar yandırdıqları hidrogenin hamısını "yeyərək” sönəcəklər, beləliklə, sönən ulduzlar öz sistemlərindəki - qalaktikalarındakı digər cisimlər və planetləri özlərinə çəkərək yox edəcəklər. Yüksək radiasiya şüalanmasının təsiri altında bütün göy cisimləri atomdan da kiçik hissəciklərə parçalanacaqlar.Alimlər "Böyük çöküş”ə qədər kainatı məhvolma prosesinin mərkəzinə atan "Boltzmann beyni” kimi hadisələrin baş verəcəyini deyirlər. Ehtimallara görə kainatın məhvolma prosesi cədvəlinin ilk hadisəsi 8 min il sonra baş verəcək.

36 min il sonra isə 10.30 işıq ili uzaqda yerləşən "Ross 248” cismi dünyaya 3.024 işıq ili yaxınlaşaraq, Günəşə ən yaxın ulduz olacaq. 42 min il sonra "Alfa Centuari” Günəşə ən yaxın ulduz olacaq. Bürger və Lutrenin araşdırmalarına görə 50 min il sonra istiləşmə dönəmi başa çatacaq və Yer kürəsi yenidən qlobal buzlaşma erasına qayıdacaq. Niaqara şəlaləsi yox olacaq və Gelarin bərpa prosesinə uyğun olaraq saat fərqi saniyə-saniyə artacaq. 100 min il sonra qalaktikadakı ulduzların hərəkətlərində dəyişiklik baş verəcək və ulduzlar öz formalarını itirəcəklər. Nəhəng ulduz olan "Vy Canis Majoris” hipernova formasında partlayacaq.

Afrika və Avrasiyanın toqquşması

250 min il sonra Havay adaları yaxınlığında yerləşən dünyanın ən böyük sualtı vulkanı olan Löhi okeanın səthinə çıxacaq və nəhəng vulkanik adaya çevriləcək. 500 min il sonra 1 kvadrat km həcmində bir neçə meteorit Yerə çırpılacaq. 1 milyon il sonra super-nəhəng ulduz "Betelguese” partlayaraq super-novaya çevriləcək. Partlayışı Günəş işığında görmək mümkün olacaq. 1.4 milyon il sonra "Gliese 710” Günəşə 1.1 işıq ili məsafədən keçəcək və bu, Günəş sistemindəki ulduzlardan birinə çırpılacaq. 10 milyon il sonra genişlənməyə başlayan Şərqi Afrika rifi Qırmızı dənizin mərkəzinə doğru genişlənəcək və bu proses Afrika qitəsini 2 yerə böləcək.

11 milyon il sonra Marsın peyki Pobos bu planetin səthinə çırpılacaq. 50 milyon il sonra Kaliforniya sahilləri su altında qalacaq. Afrika və Avrasiya materikləri toqquşacaq və Himalay dağları nəhənglikdə dağlar ortaya çıxacaq. 100 milyon il sonra 65 milyon il əvvəl Yer kürəsində böyük fəlakətə (dinozavrlar və digər nəhəng canlılar məhv olmuşdular) səbəb olmuş nəhənglikdə meteorit Yerə çırpılacaq. 240 milyon il sonra Günəş sistemi bir qalaktika ili fırlanmasını başa çatdıracaq. 250 milyon il sonra dünyadakı bütün qitələr əriyərək birləşəcəklər və vahid super-qitə (Amasiya, Yeni Pangeya, yaxud, Pangeya Ultima) əmələ gələcək. 

Yer "qocalır”

600 milyon il sonra Günəşin parlaqlığının artmasına uyğun olaraq, Yer kürəsi sürətlə "qocalacaq”, atmosferdəki karbondioksidin həcmi azalacaq. Bu vaxt atmosferdə karbon qazı yoxa çıxacaq.Fotosintez prosesini həyata keçirən bütün bitkilərin 99%-i məhv olacaq. 600 milyon il sonra tangensial sürətlənmə Ayı Yerdən uzaqlaşdıracaq. Beləliklə, Günəş tutulması olmayacaq. 800 milyon il sonra C4 karbon qazının yaranma prosesi bir daha baş verməyəcək. Bütün bitkilər öləcək.Atmosferdə oksigen yox olacaq.Bu, çoxhüceyrəli həyatı başa çatdıracaq. 1 milyard il sonra Günəşin parlaqlığının 10% artmasına görə Yerdə orta istilik 47%-ə qalxacaq və bu, okeanların qaynamasına səbəb olacaq. Sadə həyatın davamı üçün su yalnız az həcmdə qütblərdə qalacaq. 1.3 milyard il sonra ekariot həyat başa çatacaq, lakin prokariot həyat davam edəcək. 1.5-1.6 milyard il sonra Günəşdə parlaqlığın yüksək həcmdə artmasına görə dünyada həyat başa çatacaq. Digər yandan, Marsın atmosferində karbondioksidin həcmi artacaq və səthindəki istilik kəskin şəkildə aşağı düşəcək. 2.3 milyard il sonra dünyanın xarici nüvəsi daxili nüvəsinin böyüməsinə adekvat olaraq donacaq. 

Gözə görünməyən "qara cırtdan”

3 milyard il sonra Ayın dünyaya təsiri (median nöqtəsi) kəskin şəkildə azalacaq. Nəticədə, dünyanın qütblərində sürüşmə xaotik və ölçüsüz hala düşəcək. 3.3 milyard il sonra Merkurinin orbiti Venera ilə toqquşacaq və Günəş sistemində xaos başlayacaq. Bu, Yer kürəsinin başqa bir planetlə toqquşmasına səbəb olacaq. 3.5 milyard il sonra Yer Venera planetinə oxşayacaq. 3.6 milyard il sonra Neptunun peyki Triton "Roche” limitinə düşəcək və böyük ehtimalla yeni planet həlqəsinə çevriləcək. 5.4 milyard il sonra Günəşdə hidrogenin tükənməsi ilə əlqədar "qırmızı nəhəng”ə çevriləcək. 7 milyard il sonra Andromeda - "Süd yolu” qalaktikası ilə toqquşacaq. 7.5 milyard il sonra Yer və Mars Günəşin özünəcəlb prosesinin içinə girəcək. 7.9 milyard il sonra Günəş bu günki həcmindən 256 dəfə böyüyəcək. Bu vaxt Merkuri, Venera və Yer kürəsi Günəş tərəfindən "udularaq” yox olacaqlar və Saturunun peyki Titanın səthində yaranacaq istilik, burada həyatın əmələ gəlməsini təmin edəcək. 8 milyard il sonra Günəş hazırkı kütləsinin 54.05%-ni itirərək karbon və oksigendən ibarət "ağ cırtdan”a çevriləcək. 14.4 milyard il sonra Günəş işığının həcmi bu günki həcmindən 3 trilyon dəfə azalaraq (2239K) gözlə görülməyən "qara cırtdan”a çevriləcək.

Uzaq gələcəkdə gözlənilən son çox yaxında imiş

Günəşin maqnit sahələrində tarazlığın sürətlə pozulmasından əmələ gələn dəliklərin getdikcə böyüməsi NASA-nı qorxuya salıb. Günəşdə partlayışların artmasına səbəb olan bu proses bu nəhəng cismin gözlənilmədən parçalanacağı ehtimalını yaradır. NASA Günəşin Şimal qütbündə indiyədək görünməmiş nəhəng koronal dəlik aşar edib.İngiltərədə nəşr olunan "Guardian” qəzeti bu prosesin Günəşin parçalanacağına yol açacağını iddia edir və NASA-nın bunu dünyadan gizlətdiyini yazır.2015-ci ildə də amerikalı elm adamları Günəşin səthində Yer kürəsindən 50 dəfə böyük dəliklərin ortaya çıxdığını bildirmişdilər.Əldə edilən son faktlar isə dünyanı təhlükə altında saxlayan bu dəliklərin sürətlə böyüdüklərini göstərir.
Təsbit edilən koronal dəliklərin böyüməsi elm adamları arasında Günəşin getdikcə öz istiliyini itirməsi və tədricən sönməyə başladığı müzakirələrinə yol açıb.Dəliklər ətrafında baş verən partlayışlar dünyanın gözlənilmədən Günəş enerjisindən məhrum olacağı qorxusunu artırır.

"Qış yuxusu”

NASA alimləri Günəşin gözlənilmədən öz fəaliyyətini zəiflətiyini bildirirlər.Bunun dünyada iqlim dəyişikliyinə səbəb olacağını deyən elm adamları, Günəşin zəifləyən fəaliyyətinin uzun müddət davam edəcəyini açıqlayıblar.Günəşin səthindəki ləkələrin sayının azalması da, qütb bölgələrinə azalan təsirləri də bununla əlaqələndirilir.Amerikalı alim Frank Hill Günəşdə baş verən bu proseslərin Yerdə kəskin iqlim və digər dəyişikliyə səbəb olacağının qaçılmaz olduğunu iddia edir. Hill qeyd edir ki, bu, dünyada kəskin buzlaşma və soyumaya, həmçinin atmosferin büzülməsinə və qütblərdə təbii fəlakətlərə səbəb ola bilər. O, bu göy cismi üzərindəki ləkələrin kəskin şəkildə azalmasının, Günəşin "qış yuxusu”na getməsi ilə əlaqələndirir.
Başqa sözlə, alimlər Günəşin Yerdə həyatı bir neçə milyard il sonra yox, gözlənilməyən vaxt başa çatdıracağının gözlənilən olduğunu deyirlər.

Mənsur Rəğbətoğlu






Həftənin ən çox oxunanları