Yuxarı

Şairliyin məktəbi amansız həyatdır”

Şairliyin məktəbi amansız həyatdır”

  Edalet ArazliOna görə, heç kim istədiyi yerə, arzuladığı mənsəbə tək gedə bilməz... Kimsə... Hansısa qüvvə arzusu güclü olan adamı aparır hara istəyirsə, ora... Ona görə, şairlər, qələm əhli olanlar başqa adamlardan fərqlənir... çox şeylə... O, özünün qələmini də fərqli görür... Onun qələmi yalandan uzaqdır... Özünün ruhundan mürəkkəb alıb yazır həmişə... Həmsöhbətimiz gənc yazar ur (Şair Arazlı)...   - Ədalət Əhmədov (Şair Aazrlı) İlk dəfə olaraq ədəbiyyata gəlişiniz necə olub?   - Ədəbiyyata və hansısa sənətə heç kim gəlmir, onu gətirən varlıq var, Əzab, zillət içində kor yaşayan birinə 1996-cı ildə ağır faciədən sonra vergi verildi bu faciənin cəza çəkəni mən, vergi sahibi də mənəm.   -Şair və yazarlar... Hər ikisi qələm əhlidir Sizcə, ədəbiyyata baxışı eynidir yoxsa şeir və hekayə fərqli olduğu kimi baxışları da fərqlidir?   - Xeyr, şairlər və yazarlar tam fərqlidir, bütün şairlər yazdığı şeirin çoxunu yuxuda, ağır günlərində, dərd içində yazır, dərdi olmayan bir sətir belə yaza bilməz...Onu yazdıran dərddir, ancaq yazarlar yəni mətbuat yazarları ,roman yazarları fərqlidir   -Şairlərin və rəssamların başqa dünyası var, rəssamlar rənglərlə öz dünyasını dilə gətirir. Bəs sizin ilham qaynağınız nədir?   -Əsasən rəssamlar və şairlər qəlbən eyni yükü daşıyır, sadəcə rəssam açıq-aşkar öz rəsmində rəngi göstərir və hamı görür. Çünki hansısa rəsm əsəri göz qabağındadır, ancaq şairin daxili rəsmi ilə çəkilən şeiri ancaq dərindən oxuyanlar öz təsəvvüründə cizgilərini görüb hər şeyi öz rəngində görə bilərlər, çünki şairlər bütün rəngləri yalnız yazdığı sətirlərində göstərməyə çalışırlar. -Məlum olduğu kimi beş kitabınız işıq üzü görüb. Sizcə, daha çox hansına maraq olub? Qazancınız hansı kitabda daha ürəkaçan olub? - Dördüncü və beşinci kitablarım  mənə daha çox uğur gətirib əsasən beşinci kitabım, dördüncü kitabım “ata qarğışı”, beşinci kitabim “ana südü”adlanır. Oxucu rəqabəti kitablarımı 6 dövlətdə oxudur ən əsas beşinci kitabım... Həm məni, həm də oxucularımı dəhşətli dərəcədə sarsıtdı.   -Belə  bir ifadə var, çox insan şeir yazar, ancaq hamısı şair ola bilməz.  Şairliyin məktəbi var, yoxsa insan dünyaya şair gəlməlidir?   -Şeir yazanin gözündə yox, xalqın gözündə sevilməlidir. Şairi yaradan və yaşadan oxucularıdır.  Xalqın gözü ən böyük ölçü vahididir əsla dünyaya şair gəlmək olmaz şairliyin məktəbi isə yalnız amansız həyatdır.   -Şairin qələmi niyə çox vaxt oxucunu ağladır?   -Mənim əlimdəki qələmim heç kimi yalandan  nə güldürmür nə ağlatmır. Ürəkdən ağladır və ürkdən güldürür, həm də mənalı güldürür. Həqiqəti elə gözəl şəkildə satirik yazır ki, ürəkdən gülmək qəlbə ruh verir, eyni zamanda həqiqəti elə gözəl şəkildə izah edib ağlatmağı bacarır ki, gözlər yaşa tabe olur.   -Şair Arazlı hal-hazırda öz istədiyi yerdədir həm oxucuları həmdə dövlət tərəfindən?   -Xeyr öz yerimdə deyləm dövlət mənə heç bir köməklik etməyib, cünki mən saxtakarlığı ,əliəyriliyi bacarmıram nə edibsə mənə kitablarım və oxucularım edib .   Sona Cavadqızı    





Həftənin ən çox oxunanları