Yuxarı

"HƏYAT QADIN POEZİYASINDA DƏYİŞİR”

samire mehiqizii (Esmira Məhiqızı haqqında)   Qadın fəlsəfəsinin tam fərqli olduğunu deyərdim. Çünki qadınlar ən adi bir hadisəyə heç kəsin baxmadığı tərəfdən baxarlar. Bütün kədərlərin içindən sevinc boylanar qadınların gözündə. Kədərə gözəllik gətirir qadın baxışları. Həyat qadın poeziyasında dəyişir. Bu qadın haqda yazmağı çoxdan düşünürdüm.O vaxtdan ki, Esmira xanım “adam təklənəndə paxırı çıxır”- dedi. Bu qadınla tanışlığımı heç vaxt unutmaram. Bir gün məndən soruşdu ki, ağdamlısan? Dedim ki, siz hardan bildiniz? Axı məni tanımırsınız. Dedi ki, filankəsə ancaq belə cavabı ağdamlı verə bilər. Həmin andan bildim ki, bu qadın Ağdama öz misralarında lay-lay deyir. Əslində bunu hər kəs bilir. Bir az dəymə-düşər biriyəm. Yəni hər kəslə yola gedən deyiləm. Amma ona olan qəribə bir bağlılıq mənim dəymə-düşərliyimi məğlub etdi. Az bir zamanda sevdim Esmira xanımın yaradıcılığını. Mən Ağdamı yalnız atamın xatirələrində sevirdim. Çünki başqa amil yox idi mənə Ağdamı sevdirən. Amma Esmira xanımın “qəlbimlə güllə arasında bir vətən var” deməyi mənə Ağdamın sözlə şəklini çəkdi. Əslində, Esmira Məhiqızı deyəndə, ilk ağlıma gələn” Esmira adlı xatirələr toplusu” sözü olur. Bu qadının misralarından xatirələr yağır… Deyir kəndimizdə bir dəli şair varıydı, əsəbləşəndə deyirdi ki, başımdan şeir töküb özümü yandıracam. Bu misradan sonra kim deyə bilər ki, şairin sərhəddi var?! Özünəməxsus dünyası olan Esmira xanımın şeirlərində də özü kimi sadəlik, mehribanlıq var. Misralar vərəq adlı sərhəddən keçib ana yurdu qucaqlayır. Mənim üçün bu şairənin haqqında danışamaq bir balaca əriyana hisdir... Şeirlərində nisgilini xatirələrinə bələyib vərəqə sərir Esmira xanım. Onun yaradıcılığını təhlil etmək düşünülən qədər də asan deyil. Sadə bir şeirin içindən elə bir misra ortaya çıxır ki, adam lap yerində yox, Esmiran xanımın şeirində donub qalır. Sadə dildə yazsa da, şeirlərində dərin fəlsəfə var. Düşünürəm ki, zaman şəkillərdə donduğu kimi, xatirələr də şeirlərdə donur ;   Bilmirəm…bilirsən, bilmirsən ya yox, Orda bir qız qalıb elə ağlıyır... Bütün sənsizliyin sən yerlərində, Xəfif ayrılıqda hələ ağlıyır.   Yuxarıda qeyd etdiyim şeirdə (müəllif hüqüqlarına əsaslanaraq, şeiri redaktəsiz yazdım) bir qızın obrazında bütün içi xatirə və kədər dolu insanlar vurğulanıb. Təbii ki, xatirələr təkcə uğursuz məhəbbətlə bağlı olmur. Vətənlə bağlı xatirələrin yarası sağalmaz olur.   içimdən bir yağış keçər, buludu Şuşalı yağış.. Əslində bitməyən həsrətin içində bir bitginlik yaratmaqdı Esmira xanımın bu misraları. Bütün əsərlərdə müəllifin körpəliyindən nəsə olur… Esmira xanımın şeirlərində isə uşaqlığından yazılmayan bir misra belə yoxdu, nəinki. şeir.. Özü deyir ki, həyat şeir kimidir, onu duymaqdan ötrü gərək şeirə çevriləsən. Yaşamaq üçün şeir olasan, qorunmaq üçün şeir olasan.. Deyir adamı şeirindən vurarlar. Hələ keçən günlərin həsrətini ovutmaq üçün, günlərin arxasınca bir qab su atmamağı bu məlahətli qadını elə sızladır ki, belə deyir; Keçən günlərin arxasınca bir qab su da atmadıq. Əslində, şairlər dünya içində bir dünyadılar. Eləcə də Esmira xanım. İstedadlı şairəyə dünya içində dünya boyda qəlbi ilə poetik dünya yaratmağı arzulayırıq.   Əntiqə Səməndər





Həftənin ən çox oxunanları