Yuxarı

Arzu: Oxucularımı arzularına çatdıracam...

Arzu: Oxucularımı arzularına çatdıracam...

Arzu huseyn"Bəzən elə bilirəm ki, mənim içimdə iki, hətta üç Arzu var..."

Gənc şairə Arzu Hüseyn "Sonu əlvida"sını yaradıcılığına ilk addım kimi gətirib... Adının bir sözü "Son" bir sözü "Əlvida" olan lk kitabının işığını gələcək yaradıcılığının və ömrünün nuru hesab edir. Deyir ki, ona görə həyatda hər şey qanunauyğun olmalıdır. İmkansızlıq anlayışını qəbul etmir... Hər şeyin insan istəyindən asılı olduğunu düşünür... Dediyinə görə həmişə belədir...

-Arzu Hüseyn ədəbiyyata gəlmədən öncə oxucu kimi, ədəbiyyata qarşı  hansı mövqedə idi?

-Kitab mənim həyatımın bir hissəsi olub həmişə. Oxucu kimi də, şairə kimi də... Mən uşaq vaxtlarımdan şeir  yazırdım. Bu, məndən aslı olan bir iş deyil, o hisslər mənə gəlir və yazıram. Olub ki, tənqidi mövqedə olmuşam bəzən, ancaq düşünürəm bu, normal haldır.

-İlk kitabınız “Sonu Əlvida“ adlanır, başlanğıc üçün bu ad sizcə çox qəribə deyil?.. Yoxsa Arzu xanım sonun başlanğıcına inanir?

-Həyatda hər şey qanunauyğun olmamalıdır. Fərqliliyi sevən biri kimi deyə bilərəm ki, bəzən fərqlilik yaxşı mənada lazımdır. Kitab ilk olduğu üçün ad qəribə gələ bilər, ancaq bir son olmalıdır ki, başlanğıc olsun, - bu, yazılmayan qanunlardandır. Və düşünürəm ki, hər bir insanın imkansızı var etmək imkanı var.

-“Gözlər qəlbin aynasıdır”... bəs onun gözündən yad olan kimsələr gəlib keçdimi? Və yadlaşan doğma oldumu?

-Baxışlar hamı üçün önəmlidir. Xüsusən qadınlar üçün. İstənilən qadın sevdiyi insanın gözündəki yad insanı görə bilir. Bu,  qadın üçün düşündürücü haldır, heç bir qadın istəməz o halla qarşılaşsın. Başqalarının gözlərinə baxmaq çətin deyil, ancaq sevdiyin insanın gözlərində yad birini görmək çox çətindir.

-Olub ki, nə vaxtsa çiyinlərinizdə ağır yüklə yaşamağa məcbur qalmısız?

-Bəli olub ...Düşünürəm ki, istənilən insanın ağır günləri ola bilər, məndə daha çox bəşəri yükdür. Mən həmişə deyirəm ki, iki, hətta üç Arzu var mənim daxilimdə-poeziya ilə yaşayan Arzu, çox ciddi iş qadını və bəzən də bütün işlərdən uzaqlaşan ana.

-Qışdan sonra bahar gəlir.... Mütləqdirmi ki, rüzgardan sonra həmişə yağış yağsın?

-Mütləq deyil... yağışdan sonra Günəş də ola bilər, hətta Günəş özü ilə bərabər göy qurşağı da gətirə bilər, bəzən də rüzgar hər şeyi özü ilə apara bilər..

-Ədəbiyyat dərin sonsuz bir yoldur...Gənc şairlər üçün bu yolda olan maneler çoxdur?

-Ədəbiyyat fərqli düşüncədir. Mənə elə gəlir ki, əgər toxum sağlamdırsa, istənilən torpaqda bitər. Mən deməzdim manelər çoxdur, bu bir az da gənc yazarların az kitab mütaliə etməsi ilə bağlıdır. Azad ədəbiyyat adi ilə yazdiqları kitablar söz toplusudur, çünki Azərbaycan ədəbiyyati Nizami, Füzuli yaradıcılığı əsasında yaranıb və Bəxtiyar Vahabzadə yaradıcılığı ilə davam edib. Bunları oxuyan insan hər yazını qəbul eləməz. Öz fikrini bildirəcək mütləq. Bu fikirlə razılaşmayanlar da qadağa, tənqid, maneə kimi sözlər deyəcəklər.

-Arzu sevərləri nə zaman arzularına çatdıracaqsız növbəti kitabla?

-Düşünürəm ədəbiyyat əlçatmaz olmalıdır. Nə qədər yaxşı yazı olsa, bir o qədər zaman tələb edəcək. Ona görə yeni kitab haqqında hələ düşünmürəm, çünki mən göz önündə çox olmağı sevən insan deyləm. İlk kitabım hazır olanda iki dəfə təqdimat edildi, səbəbsə oxucu istəyi idi.

Ancaq, oxucularımı arzularına gec də olsa, çatdıracam.

Sona Cavadqızı





Həftənin ən çox oxunanları