Yuxarı

Yazarlar seçki haqqında: “Əyləncə”, “Həvəsim yoxdur”, “Parlamenti ləğv etsinlər”

Yazarlar seçki haqqında: “Əyləncə”, “Həvəsim yoxdur”, “Parlamenti ləğv etsinlər”

kollajNoyabrın 1-də Azərbaycan parlamentinə keçiriləcək seçkilərlə bağlı siyasətçilər, partiya funksionerləri, ictimai sektor fəalları tərəfindən müxtəlif fikirlər səsləndirilir. Cebhe.info oxucularını tanınmış yazarların seçki ilə bağlı fikirləri ilə tanış edir. Cəlil Cavanşir: “Siyasətə qarışmıram. Seçkilər mənim üçün siyasətçilərin əyləncəsindən başqa bir şey deyil. Azərbaycan kimi kiçik ölkələrdə siyasətdən uzaq, qulağı dinc yaşamaq daha rahatdır. Seçkilərdən heç nə gözləmirəm. Ümumiyyətlə, seçmirəm və seçilmirəm. Sobanın yanında ayaqlarımı uzadıb xoşbəxt gələcək haqqında xəyallar qurmaq mənim üçün daha xoşdur”. Emin Piri: “Seçkilərlə bağlı heç bir gözləntim yoxdur. Heç bizim dairədən namizədləri belə tanımıram. Düşünürəm ki, bu cür deputatlarla yenidən parlament olacaqsa, ümumiyyətlə, parlamenti ləğv etmək lazımdır”. Dilqəm Əhməd: “Seçkilərdə dəstəklədiyim namizədlər var. Xüsusən, ilk dəfə namizədliyini verən şəxslər. Onların millət vəkili seçilməsini arzu edirəm. Məsələn, Taleh Şahsuvarlının, Hikmət Babaoğlunun parlamentə düşəcəyinə inanıram. Vətəndaşları aktiv iştiraka səsləyirəm. Dəstəklədikləri namizədə sonadək dəstək vermələrini istəyirəm. Elə namizədə səs versinlər ki, 5 il ərzində problemlərini qaldıra bilsin, həllinə yardımçı olsun”. Aqşin Yenisey: “Cəmiyyətdə yeni ideyalar yoxdursa, orada kimin oturmasının heç bir xüsusi önəmi yoxdur düşüncəsindəyəm. Bizim cəmiyyət yeni sifətlərin yox, yeni ideyaların axtarışına maraq göstərməlidir. Belə bir yenilik görmədiyim üçün ölkədəki heç bir siyasi prosesi izləmirəm, o cümlədən də builki seçkiləri”. Kənan Hacı: “Parlament seçkiləri xalqın ictimai həyatında mühüm bir hadisədir. Deputat xalqın danışan dilidir. Arzu edirəm ki, parlamentə layiqli insanlar seçilsin, xalqın istək və arzularını yüksək tribunadan səsləndirə biləcək insanlar seçilsin. Bütün namizədlərə uğurlar arzulayıram”. Əsəd Qaraqaplan: “Bu barədə düşünməmişəm, heç həvəs də yoxdur”. Mənsur





Həftənin ən çox oxunanları