Yuxarı

Nazirlik əməkdar artistin ölümünü xatırlamadı

Nazirlik əməkdar artistin ölümünü xatırlamadı

Elesger Memmedoglu

Dekabrın 21-də uzun sürən ağır xəstəlikdən dünyasını dəyişən Dövlət Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist Əsgər Məmmədoğlunun üç mərasimi keçirildi. Mərasimdə Dövlət Akademik Milli Dram Teatrının bir neçə aktyor və texniki işçiləri iştirak ediblər.

Bu barədə Cebhe.info-ya məlumat verən mərhumun ailəsi Mədəniyyət və Turizm Nazirliyinin mərasimin keçirilməsində nə maddi, nə də mənəvi dəstək olmadıqlarından gileyləniblər. Əsgər Məmmədoğlunun qardaşının həyat yoldaşı deyib ki, nazirlikdən ən adi işçi belə yas mərasiminə qatılmayıb: “Nə Mədəniyyət və Turizm Nazirliyi, nə də “Azdrama”dan heç bir köməklik olunmayıb. Hər bir şeyi ailə olaraq özümüz etmişik. “Azdrama”nın 3-4 nəfər aktyoru və bir neçə texniki işçisi məclisə gəlib və mənəvi dəstək olublar. Amma Mədəniyyət Nazirliyindən Əsgərin ölən günündən bu günə qədər heç kəs gəlməyib”. Qeyd edək ki, Əsgər Məmmədoğlu dünyasını dəyişən günü Dövlət Akademik Milli Dram Teatrının mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı mərhumun ailəsinə teatr rəhbərliyi tərəfindən maddi dəstək olacaqlarını demişdi. Məsələ ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Şıxməmmədov Cebhe.info-nun suallarından yayınaraq məsələni Dövlət Akademik Milli Dram Teatrının üzərinə atıb: “Bu barədə “Azdrama” rəhbəri öz açıqlamasını verib. “Biz teatrdan onların mövqeyini almışıq, nazirliyin bu məsələyə münasibətini bilmək istəyirik” sualımıza Vüqar müəllim sərt reaksiya verərək “mən dedim ki, teatr rəhbərliyi açıqlama verib, bu qədər”, - deyə cavab verib.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları