Yuxarı

Faiq Ağayev: "Toy qiymətlərini dəyişmədim"

Faiq Ağayev:

faiq agayyevAzərbaycanın xalq artisti Faiq Ağayev ölkədə baş verən bahalaşmaya və manatın devalvasiyasına münasibət bildirib. Bu barədə Cebhe.info-ya danışan Faiq Ağayev toyla bağlı ona müraciət edənlərin sayında kəskin azalmanın müşahidə olunduğunu bildirib:

“Amma toyla bağlı müraciət edənlərin sayında azalmalar birdən-birə baş verməyib. Son beş ilin təcrübəsidir ki, toyların sayı kəskin şəkildə azalıb, təkcə məndə yox, bütün müğənnilərdə”.  Xalq artisti nə fevral ayındakı, nə də sonuncu devalvasiyada toy qiymətlərində dəyişiklik etmədiyini diqqətə çatdırıb.

“Çətindir. Manatın ucuzlaşmasına, bahalaşmaya sevinmək olmaz. Amma biz 90-cı illərdən çıxmış – yağı, əti, ərzağı talonla almış nəsilik. Bu mənada indiki nəsilə baxanda gücümüz, qüvvətimiz daha çoxdur. Çörəyi gecələr saatlarda növbələrdə gözləyib alan da bizik. Yəni bundan pisini də görmüşük, öyrəncəliyik. Çalışmaq lazımdır. Belə hallar təkcə bizim ölkəmizdə baş vermir. Bütün dünya ölkələrində bu kimi problemlər var”, - deyə Faiq Ağayev qeyd edib.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları