Yuxarı

Veteran və əlillər üçün gəzinti

Veteran və əlillər üçün gəzinti

[caption id="attachment_3518" align="alignleft" width="288"]12660280_948071611944314_1077305057_n İradə Nəsirova: "Qarabag müharibə veteranları və fiziki məhdudiyyətli əlillərimiz üçün təşkil olunmuş gəzinti ürəkaçan oldu"[/caption]

   Turizm sektorunun inkişafı dünyanın qabaqcıl ölkələrində ciddi önəm verilən məsələlərdən biridir. Bu sahənin inkişafı həm də iqtisadi yüksəlişin ən mühüm göstəricisidir. "Mərhəmət" Kimsəsizlərə Yardım İctimai Birliyinin sədri İradə Nəsirova (Polad) və "Şəhid ailələrinə Dəstək" ictimai Birliyin sədri Almaz Zeynalovanın Şahdağ Qış-Yay Turizm Kompleksində Qarabag müharibə veteranalrı və fiziki məhdudiyyətli əlillərimiz üçün 1 günlük gəzinti təşkil edib. Gəzintidə iştirak edənlər bu tədbirin təşkilindən razı qaldıqlarını bildiriblər. Tədbirlə bağlı “Cümhuriyətə” məlumat verən İradə Nəsirova qeyd edib ki, bir məsələni xüsusi vurğulamağa ehtiyac var ki, sovet dönəmindən fərqli olaraq Qusardakı Şahdag Qış-Yay Turizm Kompleksində iş prinsipi daha geniş formada qurulmuşdur. Əgər o dövrdə belə ünvanlarda ancaq məktəblilər dincəlirdisə, indiki mərkəzdə qrup şəklində olaraq tələbələrin, məktəblilərin, sosial müdafiəyə ehtiyacı olan ailələrin övladlarının, fiziki imkanları məhdud uşaqların asudə vaxtlarının səmərəli keçirilməsinə şərait yaradılıb. Bu günlərdə həmin mərkəzdə olduq. Burada hər şey tam ürəyimizcədir. Şahdağın çox gözəl, təmiz havası ilə həmahəng olan füsunkar təbiətinin fonunda burada qurulan müasir infrastruktur valehedicidir. Xidmətin yüksək səviyyədə təşkil edilməsi və hər bir məsələyə diqqətlə yanaşılması istirahətimizin daha mənalı keçməsinə imkan verdi. Buna göstərilən yüksək xidməti də əlavə etsək, onda Şahdag Qış-Yay Turizm Kompleksinun bura gələnlər üçün necə böyük əhəmiyyət daşıdığını görmək olar. Buna görə təşkilatçılara öz minnətdarlığımızı bildiririk.





Həftənin ən çox oxunanları