Yuxarı

“Naxçıvan “İslam mədəniyyətinin paytaxtı” olacaq”

“Naxçıvan “İslam mədəniyyətinin paytaxtı” olacaq”

“Biz Qusar şəhərində yaşayan azsaylı xalqları Azərbaycanın ayrılmaz hissəsi kimi qəbul edirik”. SİA-nın verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Nazir bildirib ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi hər il ənənənəyə sadiq qalaraq, müxtəlif nominasiyalarda ölkəmizin mədəniyyət paytaxtlarının seçilməsi proqramını tətbiq edir: “Bu il qərar verdik ki, “Folklor paytaxtı” nominasiyası üzrə müvafiq şəhər təyin olunsun. Ümumi qərara əsasən, Qusar şəhəri “Folklor paytaxtı” seçilib. Cənab prezident İlham Əliyev tərəfindən bu il “Multikulturalizm” ili elan olunub. Qusarda yaşayan azsaylı xalqların zəngin mədəni sərvətə malik olduğunu nəzərə alaraq, hesab edirəm ki, nominasiyaya bu şəhərin uyğun görülməsi kifayət qədər məntiqə uyğundur. İl ərzində bununla bağlı layihələr həyata keçiriləcək. Artıq bir neçə kollektiv Azərbaycanı beynəlxalq səviyyədə təmsil edib. Bu təqdimat mərasimində İSESCO-nun baş katibi Əbdüləziz bin Osman əl-Tüveycrinin də iştirak etməsi əlamətdar haldır. Qlobal Forum çərçivəsində ölkəmizə təşrif buyuran nümayəndə heyətinin tərkibində gələn baş katib ilə İSESCO-nun fəaliyyəti haqda da fikir mübadiləsi aparılıb.

Tədbirdə iştirak etmək də cənab Əbdüləziz bin Osman əl-Tüveycrinin şəxsi istəyidir. Bilirsiniz ki, 2009-cu ildə Bakı şəhəri “İslam mədəniyyətinin paytaxtı” seçilib. 2018-ci ildə isə Naxçıvan Muxtar Respublikası bu adı daşımağa hazırlaşır.

Düşünürəm ki, hər il elan olunan mədəniyyət paytaxtları sanki bu proqramın ayrılmaz hissəsidir. Buna görə də, tədbiri beynəlxalq səviyyəli layihə hesab etmək olar”.





Həftənin ən çox oxunanları