Yuxarı

Bakıda türk xalqlarının xalçalarının sərgisi keçiriləcək

Bakıda türk xalqlarının xalçalarının sərgisi keçiriləcək

May ayında Bakıda türk xalqlarının xalçalarının sərgisinin keçiriləcəyi gözlənilir. Bu barədə "Report"a Bakıda fəaliyyət göstərən Yunus Əmrə İnstitutundan məlumat verilib.

Məlumata görə, tədbir Bakıda Xalça Muzeyində keçiriləcək. Tədbirdə xalçaçılıq sahəsində usta və ekspertlər iştirak edəcək. Onlar hər bir regionun xalçasının ərsəyə gəlməsi tarixi və xüsusiyyətləri barədə məlumat verəcəklər.

Bundan əlavə, Yunus Əmrə İnstitutu və Sakarya Universiteti (Türkiyə) təşkilati dəstəyi ilə mayın 24-də iki həftə davam edəcək türk simpoziumuna start veriləcək. Tədbirdə türk dünyasının bütün ölkə və regionlardan olan alimlər, türkoloqlar və ekspertlər iştirak edəcək.





Həftənin ən çox oxunanları