Yuxarı

Məşhur aktrisa: “Rza Zərrabın həbsində məqsəd Ərdoğanı devirməkdir”

Məşhur aktrisa: “Rza Zərrabın həbsində məqsəd Ərdoğanı devirməkdir”

“Rza Zərrabın həbs olunmasının əsas məqsədi Ərdoğanı devirməkdir”.

Türkiyə və dünya gündəmini yaxından izləyən, Türkiyənin məşhur aktrisası Tuğçə Kazaz sosial media hesabından ABŞ-ı aldatmaq, bank saxtakarlığı və çirkli pullları yumaqda günahlandırılaraq Mayamidə həbs olunan azərbaycanlı iş adamı Rza Zərrabın həbsini belə şərh edib.

Cebhe.info xəbər verir ki, Kazaz yazdığı şərhdə Rza Zərrabın ABŞ-la razılaşaraq ora getdiyini və onu ittiham edən prokrorun da sadəcə bir kukla olduğunu vurğulayıb:

“ABŞ-ın əsas məqsədi Ərdoğanı məqsədlərinə çatmadan hakimiyyətdən devirməkdir. Rza Zərrab amerikalı məşhur prokuror tərəfindən həbs olundu. Bu vəziyyətə üzüldüyümü deyə bilmərəm. Qaranlıqda qalan hər şey aydınlanmalıdır deyə düşünürəm. Amma rüşvət və digər vəziyyətləri varsa, deyə bilmərəm, Allah islah etsin. Yox, bu ölkəyə köməyi oldusa da, Allah razı olsun deyərəm. Hesab edirəm ki, əsas məqsəd Qərbin və Türkiyə müxalifətinin diktator ləqəbi qoyduğu Rəcəb Tayyib Ərdoğanı devirmək və Türkiyəni diz üstə çökdürməkdir”.





Həftənin ən çox oxunanları