Yuxarı

"Kaş hələ də quşlara daş ata biləydim..."

[caption id="attachment_993" align="alignleft" width="195"]ruslan dosteli Gənc şair: "Elə bilirəm Musa Yaqub köklü-köməçli bir qoca ağacdır..."[/caption] O, böyüyəndən sonra yazdığı ilk şeirin qəhrəmanı olmaq istəyir... Dəcəl... Şirin... Qayğısız.. Bəzən bağıra-bağıra şeir demək istəyir. Özündə olmur o anlarda... dəli adlandırılacağından da qorxmur.. poeziya onun üçün hava kimidir... sətirlərin ətrini varlığına hopdurmasa yaşaya bilməz... Özü belə deyir. Deyir ki, şair Ruslan Dost Əli bir az da tənbəldir amma... Gənc şair Ruslan Dost Əli üçün ədəbiyyat nədir? -Mən həyatımı ədəbiyyatsız təsəvvür edə bilmirəm. Sanki havayla yox, şeirlə nəfəs alıram. Bəlkə də bu sözlərim biraz qəribə və  həqiqətdən kənar görsənə bilər. Ancaq bu belədir. Hərdən, lap dəli kimi oluram, ancaq şeir, söz eşitmək istyirəm. Bəzən də bütün ətrafımda olanları unudaraq yüksək səslə, bağıraraq şeir deyirəm. Bu məni xeyli sakitləşdirir... Elə məqamlarda özümdə olmuram. Buna görə də, həmin an haqqımda kimin nə fikirləşməsi zərrə qədər də mənə önəmli deyil.Qoy lap dəli desinlər, gülməli desinlər…Bilirəm ki, deyənlər var(təbbəssümlə). -Şeiri belə çox sevən gənc şairin ilk şeiri yadında qalıbmı görəsən? -Əlbəttə! -Oxucularımız özüzünzdən dinləmək istəyərdi bir bənd də olsa… -Qamətimi bax, yük əyir, Qəm qoymur duram dik, əyir. Məni payız təpikləyir, Şillələrisə qış vurur... Nələr keçir ürəyimdən, Başa salır ürəyim dən. Mənə zərbə kürəyimdən, Yad nədi, dost-tanış vurur. Bu şeiri ( şeir demək olarsa) bütün əyri-əskikləri ilə qəbul edirəm. Axı necə də olsa, qələmə aldığım ilk şeirim olub, ona görə çox şirindi. Bir də görürsüz, ailədə hansı uşağın qüsuru varsa, o uşağı daha çox sevirlər... Demək istəyirəm ki, bu şeir nə qədər qüsurludursa, o qədər də sevimlidi... Yazıçılar Birliyinin üzvüsünüz? -Xeyr. -Səbəbini bilmək olar? - Açığını deyim, çox adam elə bilir ki, mən AYB-yə üzvəm. Üzv olmadığımı bilənlər təəccüblənirlər. Kəçən il bir neçə nəfər dedi ki, sən də sənədlərini apar ver. Hətta Vaqif müəllim (Yusifli) telefonda dedi ki, sənədlərini təqdim et, bu sənin haqqındır. Belə şeylərdə biraz məsuliyyətsizəm. Sonra dedilər ki, bəs gərək kitab olsun üzv olmaq üçün. Mənim də kitabım olmadığına görə sənədləri verməyimin bir mənası yox idi onsuz da. Ancaq bu il axır ki, təqdim etdim sənədləri. Kitab olmasa da... Dedilər olsa daha yaxşı olardı. Əslində bu vaxta kimi kitab da artıq işıq üzü görmüş olmalı idi. Müəyyən səbəblərdən gecikdi. Sizin sualınıza gəldikdə isə, AYB-yə üzv bu vaxta qədər olmamağımın əsas səbəbi mənim tənbəlliymdir.(gülür) -Sizcə, şairin mükəmməliyi mütləq onun kitabı olması ilə ölçülür? -Əlbəttə ki, yox. O qərardan o vaxt heç xoşum gəlməmişdi. Etiraz etmişdim. Şair elə misrasından bilinir. Zəlimxan Yaqubun şeiri yadıma düşdü Qalaq-qalaq kitablar yığılıb çap olsa da, Dünyanın yaxşı şeiri hər gün yazılan deyil. Nə hər gün yazılan deyil, nə də hər kəs yaza biləcək deyil! -Bəs sizin şeir necə, hər kəs yaza bilən şeirlərdəndir? -Hər zaman çalışıram ki, şeirlərim özüməməxsus olsun. Mən başqası kimi yazmaq istəsəm də, yaza bilmirəm. İstənilən şair kimi şeir yazmaq üçün mütləq həmən şairin özü olmaq lazımdır, bu da ki, mümkün deyil! Yamsılamaq demirəm ha, yazmaq deyirəm! Əgər mənim kitablarım çıxandan sonra mənə şair deyəcəklərsə deməsinlər! İistəmirəm! -Kimi ədəbiyyatda gənclərin işıq yolu bilirsiniz? Elə bir şair, ya nasir varmı? -Prof: Elçin İsgendərzadə. Əkbər Qoşalı və bir neçə başqa  ziyalının adını yazmaq olar. Mən yalnız iki ön və əsas işığı qeyd elədim... Yaxşı varsa, pis də var, doğrudurmu? Bəs pislər?... -Doğrudur. Biz yaxşıları deməliyik ki, tanımayanlar da tanısınlar. Pislər özləri özlərini tanıdırlar onsuz da... -Ad çəkməmək ehtiyat etməkdir yoxsa necə?... -Mənim qarşımda kimsə maneə olmayıb. Olmaq istəsə belə bacarmayıb. Buna görə de konkret ad çəksəm yalan demiş olaram. -Demək olar ki, gənc yazarların bir çox hissəsi AYB-yə qarşıdır. Sizcə bu məsələnin kokündə nə dayanır, yaxud da kim dayanır? - Hər yazarın öz mövqeyi var. Bəziləri şəxsi münasibtləri də gətirib ədəbiyyata çıxarırlar. Davranış prinsiplərinə əməl etmirlər, çünki bu qaydaları yaxşı bilmirlər.Yenə də bunu onların özündən soruşmaq daha yaxşı olar. Mənim kimsənin yerinə fikir söyləmək kimi bir haqqım yoxdur. -Gənc yazar kimi fikriniz maraqlıdır… -Mən AYB-yə qarşı olsaydım, üzvlük üçün müraciət etməzdim və bunu açıq şəkildə söyləyərdim. -Hansı şairin sözlə rəsmin çəkərdiniz? -Musa Yaqubun -Məsələn?.. -Bilirsiniz, bəlkə də güləcəksiniz, bilmirəm, mən Musa Yaqubu ağaca bənzədirəm. Köklü-köməçli bir qoca ağaca... təsəvvürümdə belə  canlanır o rəsm. Ancaq hələ ki, yalnız təsəvvürümdə… -Yaradıcılığınızda sizə uğur gətirən şeirin hansıdrır? - İlk uğurlu şeirim "Uşaqkən quşlara daş atan oğlan Bir gün "quşlara daş atan oğlanla" qarşılaşsaydınız ona nə deyərdiniz? - Deyərdim; “kaş elə sən boyda, sən yaşda, sən başda qalıb, hələ də quşlara daş ata biləydim”... Əntiqə Səməndər





Həftənin ən çox oxunanları