Yuxarı

“...Medvedyev Putini azad edəcək”

“...Medvedyev Putini azad edəcək”

Amerikada Donald Trampın prezident seçilməsindən dərhal sonra bu ölkənin məşhur “The Atlantic” jurnalının əməkdaşı Cefri Holdberq dünya siyasətinin partiarxı Henri Kissencerdən müsahibə alıb.

Cebhe.info həmin müsahibəni təqdim edir.

Kissencerin artıq 93 yaşı var. O, Brejnev və Nikson zamanından böyük siyasətdədir. İndiyə qədər də bu sahədə ən yaxşılardan biri olduğunu sübut etməkdə davam edir. O, dünyanın müxtəlif ölkələrinə səfər edir, dünya liderləri ilə görüşür, dünya siyasətini müzakirə edir. Bəziləri belə düşünür ki, o, bu səfərlərlə xüsusi diplomatik tapşırıq yerinə yetirir. O, bir neçə dəfə Moskvada Vladimir Putinlə görüşdə də olub. İkisi dünya siyasəti ilə bağlı fikir mübadiləsi aparıb. İndi isə Kissencer Putin və Tramp haqqında fikirlərini bölüşüb. Seçkidən dərhal sonra götürülən müsahibədə maraqlı məqamlar var.

- Siz nəticəyə təəccübləndiniz?

- Bəli, düşünürdüm ki, Hillari qalib gələcək.

- Tramın qələbəsi Amerikanın dünyadakı rolu üçün nə kəsb edir?

- Bu, bizə daxili vəziyyət və xarici siyasəti razılaşdırmaq imkanı verəcək. Görünən odur ki,  bizim xalqda və elitada xarici siyasət anlayışı ilə müxtəlif fikirlər var. Yeni prezident onları barışdıra bilər. Ancaq bundan nə dərəcədə istifadə edəcəyi onun özündən asılıdır.

- Siz Trampın kompetensiyasına inanırsınız?

- Biz bu məsələnin müzakirəsindən əl çəkməliyik. O, seçilən prezidentdir.

- Ona kömək etməyə hazırlaşırsınız?

- Mənim ona çıxmağım çətindir. Amma əgər o, özü istəsə, mən onun yanına gedərəm.

- Sizi bu seçkilərdə ən çox nə narahat edirdi?

- Əsas şok olan xarici dövlətlərin bu nəticələrə reaksiyasıdır.

- Çin necə reaksiya verəcək?

- Əminəm ki, Çin öz variantlarını öyrənməyə başlayacaq. Ehtimal edirəm ki, Rusiyanın da reaksiyası elə belə olacaq.

- Tramp Putinin apologetidir?

- Xeyr. Mən düşünürəm ki, o, sadəcə yaxşı ritorikaya düşüb, çünki Putin onun haqqında bir neçə yaxşı söz deyib. Tramp da başa düşdü ki, o da buna cavab verməlidir.

- Necə düşünürsünüz, onlar bir-birlərinə hansısa əlaqə ilə bağlıdır?

- Yox.

- Başqa sözlə, Rusiya indi öz şansından istifadəyə cəhd etməyəcək?

- Putinin vəziyyətin necə dəyişəcəyini gözləyəcəyi daha inandırıcıdır. Rusiya və Amerika bəzi sahələrdə qarşılıqlı hərəkət edirlər, ancaq onlardan heç birinin bütünlüklə həmin sahədə tam nəzarəti yoxdur. Məsələn, Ukrayna və ya Suriya kimi. Ola bilsin ki, bu münaqişələrin bəzi iştirakçıları özlərini indi daha azad hesab etsinlər. Belə olan halda onlar nəsə edə bilərlər. Ancaq Putin gözləyəcək.

-Niyə sizin Rusiya ilə münasibətləriniz belə gərginləşib?

 -Bizim əlaqələrimizin “yüklənməsi” ilk dəfə Medvedyev prezident olanda olub. Ağ ev bu dövrdə Putinlə əlaqəni tam məhdudlaşdırmışdı. ABŞ prezidentinin adminsitrasiyasında kimsə görünür , belə güman edirdi ki, Medvedyev Putini azad edəcək və Rusiya demokratiya yolu ilə gedəcək. Qərbə doğru istiqamət götürəcək. NATO üzvlüyünə cəhd edəcək. Putin də sonunda anlayacaq ki, tarixin axışı Amerikaya tərəf dəyişir. Ancaq Putin prezident postuna qayıdanda bütün bunlar bir anda yoxa çıxdı. Putini başa düşmək üçün Dostoyevskini oxumaq lazımdır, Hitlerin “Mənim mübarizəm”ini yox. O bilir ki, Rusiya əvvəlki dövrlərə nisbətən bir az daha zəifdir. ABŞ-dan daha çox zəifdir. Rusiya indi sərhədinin hər tərəfində təhlükə ilə üzləşir. Çinlə sərhəddə demoqrafik dəhşət hökm sürür. Cənub sərhədində radikal islam timsalında ideoloji dəhşət var. Qərbdə Avropa var. Rusiya qüdrətli dövlət kimi tanınmasını istəyir. Rusiyanın NATO üzvü olması ilə bağlı ehtimalları isə tarixin təcrübəsi yalanlayır. Rusiya “Bu bataqlıq Odessa, yaxud Peterburq olacaq” deyən çarlar tərəfindən yaradılıb. Onlar yüz illiklər boyu monqolların əsarətində olublar. İsveç kralı 12-ci Karl Rusiyaya gələndə güman edirdi ki, Moskvada rahatlıqla İsveç qaydası yaratmaq olacaq. Ancaq gördülər ki, rus kəndlisi işğalçını yeməksiz qoymaq üçün öz tarlasına od vurur. Onlar düşünürdülər ki, ölkələrinin işğalına imkan verməkdənsə, ən yaxşısı aclıq etsinlər. Karl bütün Avropanı ayaqlamışdı, ancaq bunu ilk dəfə görürdü. O, qoşunları cənuba, Ukraynaya tərəf aparmalı oldu. Bəzi ölkələr öz tarixlərində böyük müharibələr aparıblar. Ancaq Rusiya öz statusu və təhlükəsizliyi üçün bundan daha az mübarizə edib. Ancaq ən kritik anlarda məhz Rusiya dünyada tarazılığı saxlayıb, bunun üçün də onu məhv etməyə şalışan qüvvələri məhv edib. O, dünyanı monqollardan qoruyub, 18-ci əsrdə Karldan müdafiə edib, 19-cu sərdə Napaleondan, 20-ci əsrdə isə Hitlerdən. İndi də Rusiya radikal islamın aradan qaldırılmasında mühüm rol oynaya bilər. Rusiya cəmiyyəti olduqca unikal və çətindir. Rusiya məsələsi hərbi variantlar isitsna edilməklə həll olunmalıdır ki, o, öz tarixi ləyaqətini qoruya bilsin. Ancaq Rusiya da dərs götürməlidir. Birtərəfli qaydada güc tətbiq etməklə hörmət qazanmaq mümkün deyil.

-Yeni prezident Rusiya ilə əlaqələrdəki indiki xoas vəziyyətindən necə çıxacaq?

- Azı 2 variant var. Bəziləri deyir ki, Rusiya beynəlxalq hüququ pozub və Krımi ilhaq edib, buna görə də yenidən “soyuq müharibə” qayıdır. Biz Rusiyanı Ukryana ilə əlaqələri normalaşdırmağa vadar etməliyik və bunun üçün təcrid və sanksiyalardan isitfadə edilə bilər. Əgər bunun müqabilində Rusiya dağılacaqsa, bu, onun ödəməli olduğu qiymətdir.

İkinci qrup azlıqdadır. Onlar düşünür ki, Rusiya böyük dövlətdir, SSRİ dağılandan sonra böyük zərbə alıb. Rusiya özü anlamalıdır ki, hələ də əhəmiyətli dövlət olaraq qalır. Biz ola bilər ki, “Soyuq müharibə”ni udarıq, ancaq bunun da bir sərhədi var. Biz daha bir Yuqoslaviya ala bilərik,  bu, münaqişlərlə dolu bir ölkə olar, amma burada münaqişələr Peterburqdan Vladivostoka qədər uzana bilər. Bu, Amerikanın marağında deyil. Ukrayna faktiki olaraq böhran simvolu olub. Biz gələcəkdə münaqişənin hərbi yolla həllindən çəkinməkdə qətiyyət nümayiş etdirməliyik. Ancaq o zaman diplomatik həll variantlarından istifadə etmək lazımdır. NATO-nun şərq tərəfdən sərhədini Ukraynada çəkmək olmaz. Bu, Moskvadan cəmi 300 mil məsafədədir və Moskva üçün dramatik döngədir. Ukrayna NATO və Rusiya arasında körpü olmalıdır, daha hər iki tərəfin forpostu yox. Ukraynanın dünya sistemindəki rolu Finlandiya və ya Avstriya kimi olmalıdır. Avropa və ya Rusiya ilə müstəqil siyasi-iqtisadi əlaqələr qursun, nəinki hansısa hərbi-siyasi alyansa üzv olsun. NATO-nun genişlənməsinə tərəfdar olanlar deyir ki, Rusiya bundan narahatlıq keçirməməlidir, NATO Moskvaya hücum etməyəcək. Ancaq tarixi təcrübə rus liderləri məcbur edir ki, qonşularla münasibətə diqqət yetirsin. Amma əgər Moskvaya gedib desən ki, bizim planımız budur, buna nail olmaq olmayacaq. Rusya ilə istənilən razılaşma rus ruhu və tarixini anlamaqdan keçir. Və eyni zamanda kifayət qədər hərbi gücdən.

- Biz Suriyada rusların etimadını itirmişik?

- 2001-ci ildə Putin prezidentliyinin ilk dönəmində Amerikada potensial tərəfdaş axtarırdı. İlk növbədə islam ekstremizmi ilə. Ancaq Ukraynada narıncı inqilab dəstəklənəndə Putin özünü inandırdı ki, ABŞ-ın marağı Rusiyanı zəiflətməkdir. Bu da onu Çin və ya başqa ölkələrdə potensial müttəfiq axtarmağa vadar edirdi. Ancaq bu, iki ölkə arasında münasibətlərin yaxşılaşmasını istisna etmir, hərçənd ki, bu ehtimal 2001-ci ildəkindən daha azdır.

- Siz Yaxın Şərqdə Moskva ilə maksimum əməkdaşlığa nail olmaq üçün Ukraynanı Rusiyaya güzəştə gedərdiniz?

- Yox. Mən müstəqil Ukraynaya üstünlük verirəm. Heç bir hərbi blokda olmayan Ukraynaya. Əgər Ukraynadan Donbasın iki əyalətini alsalar, Rusiyaya qarşı daim düşmən münasibətdə olacaq. Ukrayna o zaman özünün qərb tərəfinin rəhbərliyində olacaq. Həll yolu Donbasın bu əyalətlərinə muxtariyyat vermək və hərbi məsələlərdə səs hüququ tanımaqdır. Digər məsələlərdə Ukraynanın tabeliyində olmalıdırlar.

Cebhe.info





Həftənin ən çox oxunanları