Yuxarı

“İslahat imkanları tükənir”

“İslahat imkanları tükənir”

Gənc siyasi fəal  Cavid Təhməzli: “Nəticəni hesablamadan lüzumsuz addımlar atırlar”\\Ölkə iqtisadiyyatı ağır böhran keçirir və atılan addımlar heç də vəziyyətdən çıxmaq üçün kifayət etmir. Hökumətin atdığı addımlar isə ictimaiyyətdə ciddi tənqidlərə səbəb olur. Bugünkü müsahibimiz Müsavat Partiyasının üzvü, gənc fəal Cavid Təhməzli də hesab edir ki, hökumətin gördüyü tədbirlər böhrandan çıxmaq üçün yetərli deyil.\\-Cavid bəy, bu gün siyasi arenada vəziyyət heç də ürəkaçan deyil. Hal-hazırda gedən prosesləri necə qiymətləndirirsiz?\-Ölkənin ağır böhran keçirdiyi bir durumda atılan addımlar heç də qənaətbəxş deyil. Hökumətin apardığı böhran siyasəti effekt vermir. Ümumiyyətlə, komandanın böyük bir hissəsi dəyişməsə, atılan addımlar da səmərəsiz olacaq. Əslində siyasi vəziyyəti də bu konteksdə qiymətləndirmək lazımdır. Bu gün aparılan siyasət əhalinin ciddi narazılığına səbəb olur. Çünki, hökumət ilk növbədə büdcəni doldurmaq haqqında fikirləşir və vergiləri, enerji daşıyıcılarının qiymətlərini artırır. Bu da əhalinin haqlı narazılığına səbəb olur. Onsuz da ölkədə baş verən ardıcıl iki devalvasiyadan sonra əhalinin gəlirləri xeyli azalıb və hökumətin də yürütdüyü siyasət də bu konteksdə ümumi vəziyyətə adekvat deyil.\\-Sizcə, hökumət hansı addımları atmalıdır? Ümumiyyətlə, mövcud vəziyyəti dəyişmək mümkün olacaqmı?\-Hesab edirəm ki, ölkəni vəziyyətdən çıxarmaq mümkündür. Ancaq zaman getdikcə daralır. Hökumət təcili islahat qərarı verməlidir. Ümumiyyətlə, islahat olmayacaqsa, hansı qərarın verilməsindən asılı olmayaraq vəziyyət dəyişməyəcək. Aparılacaq islahatlar isə bir çox qurumları əhatə etməlidir. Hökumət büdcəni doldurmaq istəyirsə bunun üçün lazımsız qurumlar ləğv edilməli, bir-birini təkrarlayan qurumlar birləşdirilməlidir. Ancaq biz 2017-ci ilin büdcə layihəsində bunu görmədik. Hökumət lazımsız qurumları ləğv etmək əvəzinə bəzi rayonları dotasiyadan azad etdi. Bu addımın da hansı effekt verəcəyi sual altındadır. Çünki hər birimiz bilirik ki, rayonların bir çoxu özünü maliyyələşdirmək gücündə deyil. Bir çox rayonların nə istehsal müəssisələri, nə də bazara çıxara biləcəyi məhsulları var. Bəs o rayonlar necə inkişaf edəcək? Bu sualın cavabı isə hələ də məlum deyil.\\- Belə çıxır ki, hökumət nəticəsini hesablamadığı addımlar atır. Hökumət bu cür davam edərsə, ölkəni gələcəkdə nə gözləyir?\-Uzun illərdir ki, nəticəsini hesablamadan müxtəlif addımlar atırlar. Elə buna görə də ölkə dərin böhranla üz-üzə qalıb. Əslində, hökumət yeni iqtisadi modelin axtarışına çıxanda, bir növ özləri etiraf etdilər ki, bizim apardığımız iqtisadi siyasət uğurlu olmadı. Amma imtina olunan iqtisadi modeli də uzun zaman müzakirə edib qəbul etmişdilər.\İndi məlum olur ki, o müzakirələr də boşuna keçirilib və nəticədə bunun ölkəyə nə xeyir verəcəyi hesablanmayıb. Sonu isə məlumdur. Uğursuz, səmərəsiz layihə və həmin layihələrə xərclənən milyonlarla vəsait.\\Vilayət





Həftənin ən çox oxunanları