Yuxarı

“Ənənəvi müxalifət güclü əllər tərəfindən idarə olunur”

“Ənənəvi müxalifət  güclü əllər tərəfindən  idarə olunur”

 “Əli Kərimlinin evinin qarşısındakı piketlər onun reklamına xidmət edirdi”Vüsal Qarayev: “Onlar arasında “müxalifət mənəm” rəqabəti gedir”“Cümhuriyət” qəzetinin bu dəfəki müsahibi Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) mətbuat xidmətinin rəhbəri Vüsal Qarayevdir.-Vüsal bəy, AXCP mətbuat xidmətinin rəhbərisiniz. Bu gün partiyalar mətbuatla necə işləyir?-Çox zəif, yox səviyyəsində. Birincisi, partiyanın gərək bir fəaliyyəti ola ki, mərbuat da onlarla işləyə. Bəzi partiyalarda mətbuat xidməti yoxdur, təşkilat yalnız sədrdən ibarətdir. Eyni zamanda mətbuat xidməti olan partiyalarda da bu qurumun yalnız adı var. Azərbaycan Xalq Cəbhəsi Partiyası haqqında onu deyə bilərəm ki, biz partiya olaraq mediaya ilə qarşılıqlı informasiya mübadiləsindəyik. Maraqlıyıq ki, fəaliyyətimiz vaxtaşırı mətbuatda işıqlandırılsın. Çünki işləyirik. Eyni zamanda media da bizim fəalliyyətimizi işıqlandırmaqda maraqlıdır.-Bu gün ənənəvi müxalifət təmsilçiləri hakimiyyətlə deyil, bir-biri ilə mübarizə aparırlar. Guya “Ana müxalifət” olmağa can atırlar. Müxalif düşərgədə mənzərə necədir?-Acınacaqlıdır. Ənənəvi müxalifət partiyalarının əksəriyyəti hökumətin müxtəlif qanadlarında təmsil olunan güclü əllər tərəfindən idarə olunur. Bu partiyaları idarə edən insanların illərdir öz aralarında belə intriqaları bitmir. Ona görə də hər kəs öz kurasiyasında olan gücü zaman-zaman müxtəlif variantlarla önə çıxarmağa çalışır. Fikir verin, illər sonra qəfil Əli Kərimlinin evinin qarşısında etiraz aksiyası keçirildi, sonra da İsa Qəmbərə qarşı piket təşkil edildi. Bundan sonra Əli Kərimli tərəfdarları başladılar İsa Qəmbəri hökumətə işləməkdə suçlamağa ki, YAP İsa Qəmbəri yenidən müxalifət lideri kimi önə çıxarmaq istəyir. Bəlkə də doğru deyirlər. Elə isə bu məntiqlə onlar qəbul edirlər ki, Əli Kərimlinin də evi qarşısındakı piketlər məhz onun reklamına xidmət edirdi. Çünki həmin dövrdə media ancaq Əli Kərimlidən danışırdı. Bütün bu baş verən ürəkbulandırıcı olaylar müxalifətin hazırda hansı durumda olduğunu göstərir. İnsanlar da haqlı olaraq müxalifətə inanmırlar, onların arxasınca getmirlər. Bir-birini qıran müxalifət hakimiyyətə qarşı necə xalqın haqqını müdafiə edə bilər? “Mən siyasətə qarışmıram” ifadəsi də məhz burdan qaynaqlanır. Hər kəs başının çarəsinə qalmaqla məşğuldur.- Sizcə, İsa Qəmbərə qarşı keçirilən aksiyaların məqsədi nədir?-İsa Qəmbər Azərbaycan siyasətində sözünü demiş, hörmətli şəxslərdəndir. Partiya olaraq da biz İsa Qəmbərə qarşı bu hadisəni pisləyirik. Lakin, mən bunu qəbul etməsəm də, kənardan sanki, bu etiraz aksiyası İsa Qəmbəri yenidən siyasətə qaytarmaq, müxalifət lideri kimi formalaşdırmağa hesablanıb kimi görünür. İsa bəyin bundan xəbəri var idi, demək, düşünürəm qərəzli fikir olar. Amma hadisəni müşahidə edən qərəzli tərəf, qərəz olmayanalar da bu prosesin idarə olunmadığına inana bilməzlər. Təbii ki, bu düşüncənin yaranmasının da əsas səbəbi odur ki, illərdir hakimiyyəti İsa Qəmbərdən daha sərt şəkildə ittiham edən siyasi liderlər var. Eləcə də İsa bəyin özü də bundan daha sərt ifadələrlə çıxış edib. Niyə məhz indi və niyə məhz İsa Qəmbər? Görünür, bu prosesdə müxtəlif məqsədli maraqlı tərəflər var. Ancaq nə olmasından asılı olmayaraq, Milli Şuranın məsələyə bu şəkildə reaksiya verməsi başadüşülən deyil. Bax, bu sual insanı düşündürür. Milli Şuranın bu hadisəyə reaksiyası isə, doğrudan da düşündürücüdür, bu hadisə, İsa Qəmbərin adının mediada tez-tez hallanması kimlərisə narahat edir. Sanki “müxalifət mənəm” rəqabəti gedir. Müxalifətin ortaq amalı, məqsədi dövlətin, ölkənin, vətəndaşın rifahı, maraqlarıdırsa, burda hansı rəqabətdən söhbət gedə bilər?..-AXCP olaraq böhran dövründə hakimiyyətə kifayət qədər təkliflər verdiniz. Yeni təkliflər hazırlanırmı?-Bəli, böhran yaşanan bütün sahələrə aid təkliflər verdik. Bunların bir qisminə rəsmi cavab gəldi. Lakin bununla da reaksiya bitdi. Düzdü, bəzi təkliflərimizdən hökumət öz islahatlarında istifadə etdi, amma bizim adımızı çəkmədi. Lakin bu, AXCP olaraq bizi narahat etmir. Əsas məqsəd ölkənin, xalqın rifahıdır. Yeni təkliflərə gəldikdə isə, bəli, layihələr, təkliflər üzərində işləyirik. Tam hazır olduqda yeni-yeni təkliflərlə çıxış edəcəyik.-AXCP sədri Razi Nurullayev bir müddət öncə bildirib ki, 2018-ci il prezident seçkilərinə hazırlaşırıq və tam gücümüzü səfərbər edəcəyik ki, qələbə çalaq. Hazırlıq prosesi nə yerdədir?-Hakimiyyətə gəlmək bir partiyanın arzusu, istəyidir. Burda ən ali məqsəd isə dövlətçiliyin, ölkənin, xalqın mənafeyidir. Biz də hakimiyyətə gəlib ölkəni düşdüyü bu ağır böhrandan çıxarmaq istəyirik. Lakin biz anlayırıq ki, bunun üçün çox çalışmalıyıq. İlk növbədə sürətlə güclü təşkilatlandırma işləri ilə məşğuluq. Üzvlərimizin sayı hər gün artır. Lakin partiya olaraq bizim üçün üzvlük məsələsində kəmiyyət qədər, keyfiyyət də önəmlidir. Anlayırıq ki, hakimiyyətə gəlmək üçün kəmiyyətlə yanaşı, ciddi keyfiyyət potensialı da lazımdır. Savadlı, intellekual, zamanla ayaqlaşan baxışlara, yanaşmalara, şəxslərə, gənclərə ehtiyacımız var. Nə qədər çətin olsa da , inanırıq ki, öhdəsindən gələcəyik.-Ölkədə baş verən ağır böhran partiyaların fəaliyyətinə təsir edirmi?-Əlbəttə. İqtisadi böhranın təsir etmədiyi heç bir sahə yoxdur. Yalnız bu böhranı yaradanlardan başqa. Bilirsiniz, loru dillə desək, hər şey pulun başındadır. Təşkilatlanmadan tutmuş, layihələrin hazırlanmasına kimi. Çünki hər bir təklif, layihə ciddi araşdırma, enerji, insan gücü tələb edir. Yəni, partiyalara ciddi maliyyə dəstəyi gərəkdir. Amma hakimiyyət yalnız öz maraqlarına xidmət edən partiyaları maliyyələndirməkdə maraqlıdır.-Ölkədə ictimai-siyasi institutların olmadığı bir dövrdə AXCP İctimai Fikir Akademiyasını yaratdı. Artıq 1 ildən çoxdur ki, İFA fəaliyyət göstərir. Bu gün Azərbaycanda ən böyük problemlərdən biri ictimai-siyasi instutların inkişaf etməməsidir. Sizcə, İFA bu boşluğu doldura bildimi?-İFA bizim ən böyük uğurlarımızdan biridir. Qeyd etdiyiniz kimi, bu sahədə durum sıfır olduğu bir zamanda biz bu addımı atdıq və nəticə də özünü geçikdirmədi. Cəmiyyətimizdəki ən nüfuzlu ekspertləri tədbirlərimizə cəlb etdik, vətəndaşı maraqlandıran, narahat edən gündəm problemləri müzakirəyə çıxardıq. Düzdür, bizdən sonra da buna təşəbbüs göstərənlər oldu, amma hələ ki, alındıra bilmirlər. Lakin biz belə institutların, akademiyaların olmasına yalnız sevinə bilərik.Çünki bu cəmiyyətin inkişafına, azad sözə, demokratik dəyərlərə xidmət edir. Boşluğu deyə bilmərəm nə dərəcədə doldura bilirik, amma fakt budur ki, fəaliyyətimiz inkişaf edən xəttlə davam edir.Vilayət Muxtar





Həftənin ən çox oxunanları