Yuxarı

Erməni faşizmi: Beynəlxalq təşkilatlar niyə susur?

Erməni faşizmi: Beynəlxalq təşkilatlar niyə susur?

Erməni faşizmi: Beynəlxalq təşkilatlar niyə susur?

Artıq bir həftədən çoxdur ki, Azərbaycanla Ermənistan arasında müharibə gedir.

Azərbaycan işğal altında olan torpaqlarının boşaldılmasını istəsə də Ermənistan buna qarşı çıxmağa çalışır. Artıq bütün sahələrdə çöküş yaşayan Ermənistan beynəlxalq qurumların da yardımından məhrum olub.

Hətta Rusiya Prezidenti Vladimir Putinə zəng edən Paşinyan ondan da rədd cavabı alır. Buna görə də işğalçı Ermənistan tək çıxış yolunu Azərbaycanın dinc şəhərlərini hədəf almaqda görür. Son günlərdə Gəncənin, Mingəçevirin və digər şəhərlərimizin atəşə tutulması, atəş nəticəsində 25 sivilin öldürülüb 125- nin isə yaralanması ermənilərin faşizm xislətindən xəbər verir.

Politoloq Natiq Miri "Cümhuriyət”ə açıqlamasında deyib ki, Ermənistanın dinc şəhərlərimizi hədəf alması onun vəziyyətinin çətinliyindən xəbər verir:

"Məsələnin birinci tərəfi Ermənistranın çox çətin bir vəziyyətə düşməsi ilə bağlıdır. Xüsusən Paşinyan hökumətinin nə qədər diletant olaraq hakimiyyətə gəldiyi getdikcə erməni cəmiyyətinə bəyan olur. Ona görə də vəziyyətdən qurtulmaq, əməliyyatları dayandırmaq üçün insanlıq əleyhinə bu cür cinayətlər törədirlər. Bu da Cenevrə konvensiyasına ziddir və insanlıq əleyhinə hərbi cinayət hesab olunur. Hesab edirəm ki, bu barədə bütün sənədlər toplanaraq gələcəkdə Beynəlxalq Məhkəməyə təqdim olunmalıdır. Bu gün separatçı rejimin qondarma prezidenti Arayik Arutunyanın birbaşa insanlıq əleyhinə verdiyi əmrlər, zamanında Balkanlarda, Serbiyada olan başkəsənlərin əməllərindən heç bir fərqi yoxdur. Onlar da insanların kütləvi şəkildə məhv edilməsi üçün əmrlər vermişdilər. Onlar buna görə cəzalandırıldılar. Hətta ömürlük həps cəzası alanlar da oldu. Hesab edirəm ki, Azərbaycanın dinc sakinlər yaşayan şəhərlərinin hədəf alınması biləvasitə Ermənistanın çətin vəziyyətdə olması ilə bağlıdır. Ermənilər bu yolla Azərbaycanı təxribata cəlb etmək, müharibə zonasına daxil olmayan erməni şəhərlərinin vurulmasını istəyirlər ki, beynəlxalq qurumları məsələyə cəlb etsinlər. Bununla da döyüşləri durdurmağa nail olsunlar”.

Politoloq əlavə edib ki, Azərbaycan Ermənistanın dinc şəhərlərimizi atəşə tutması barədə bütün sənədləri beynəlxalq təşkilatların diqqətinə çatdırmalı və konkret şərt irəli sürməlidir:

"Azərbaycan tərəfi Ermənistanın bu təxribatlarını sübut edən sənədləri yığıb ultimativ şəkildə beynəlxalq təşkilatlara müraciət etməlidir. Çünki beynəlxalq hüquq, BMT-nin nizamnaməsi özünümüdafiə hüququndan təkcə ölkə daxilində istifadəyə icazə vermir. Eyni zamanda ölkə əhalisinin təhlükəsizliyini təmin etmək üçün sərhədlər xaricində də hərbi əməliyyatlar aparmağa icazə verir. Biz bunu praktik olaraq Suriyada müşahidə etdik. İraqın şimalında, Suriyanın şimalında qardaş Türkiyə öz təhlükəsizliyini təmin etmək üçün əməliyyatlar keçirdi. Bu beynəlxalq hüququn verdiyi yetkidi. Ona görə də bu sənədlər beynəlxalq təşkilatlara təqdim edilməli, o da açıqlanmalıdır ki, əgər bundan sonra Azərbaycanın döyüş bölgəsindən kənardakı şəhərləri Ermənistan tərəfindən atəşə məruz qalarsa, o zaman Azərbaycan da Ermənistanın hərbi məntəqələrini legitim hərbi hədəfə çevirəcək. Bu birmənalı şəkildə bəyan edilməlidir ki, beynəlxalq birlik hərəkətə gəlsin. Yoxsa beynəlxalq birliyin verdiyi açıqlamalar birbaşa Ermənistanın maraqlarına xidmət edir. Heç bir dövlət nədənsə BMT-nin 4 qətnaməsinin tələblərini ortaya qoymur. Sadəcə atəşkəsin bərpası və yenidən sülh masasına əyləşmək tələb olunur. Əslində, bu ciddi şəkildəikili standartdır. Bu eyni zamanda BMT-nin qəbul etdiyi qətnamələrə hörmətsizliyin bariz nümunəsidir”.

Əli Bədir





Həftənin ən çox oxunanları