Yuxarı

Banklar "qara zolaq”da: "Bəzilərinin də bağlanacağı gözlənilir”

Banklar

Banklar

Bank sektoru ilə bağlı gələn qlobal xəbərlər yenə də ürəkaçan deyil.

Xəbər verildiyi kimi, "S&P Global Ratings" agentliyi bu il G20 ölkələrinin yarısından çoxunu əhatə edən qlobal bank sektorunun 2023-cü ilədək böhrandan əvvəlki səviyyəyə qayıda bilməyəcəyini proqnozlaşdırır. Reytinq agentliyi hesab edir ki, bankların dayanıqlıq reytinqləri böhrandan əvvəlki səviyyələrə qayıtmaqda çətinlik çəkəcək.

Agentlik qeyd edir ki, inkişaf etməkdə olan ölkələrin banklarının 2020-ci ildə kredit itkilərinin kəskin artacağı ehtimalı yüksəkdir.

Ekspertlər hesab edir ki, Azərbaycanda pandemiyanın təsirlərindən irəli gələn problemli kreditlərin də həcmi artacaq. İndi də agentliyin bu proqnozu durumun daha da çətinə getdiyini göstərir.

Bu vəziyyət Azərbaycanın bank sektoruna necə təsir edəcək? Bank sektoru daha il bu vəziyyətə dözə biləcəkmi?

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov "Cümhuriyət”ə açıqlamasında deyib ki, gələn il bəzi banklar sıradan çıxacaq:

"Problemli kreditlərin artacağı gözlənilir. Pandemiyanın insanlara vurduğu zərərlə əlaqədar götürdükləri krediti ödəyə bilməyənlərin sayı çox olacaq. "S&P Global Ratings" agentliyinin proqnozu ilə əlaqədar onu deyə bilərik ki, bizdə bank sistemi bu vəziyyətə dözüm gətirsə də bəzi banklar çökəcək. Elə pandemiyanın ilk aylarında 4 bank bağlandı. Ona görə də gələn il bəzi banklar sıradan çıxacaq və bütövlükdə Azərbaycanda bankların sayı kəskin azalacaq. Amma bu o demək deyil ki, bütövlükdə bank sisteminin özü üçün problem var. Xüsusən sisteməhəmiyyətli bankların prolemi olmayacaq. Əsasən müxtəlif filiallar, kiçik banklar üçün problem yaranacaq”.

Əli Bədir





Həftənin ən çox oxunanları