Yuxarı

Ermənistanın səfalətdən qurtulması üçün ŞƏRT

Ermənistanın səfalətdən qurtulması üçün ŞƏRT

Ermənistanın səfalətdən qurtulması üçün ŞƏRT

Onsuz da iqtisadi durumu yaxşı olmayan Ermənistana 44 günlük müharibə ciddi zərbə vurdu.

Qeyd edək ki, ötən il Ermənistanın xarici borcu 11,4 milyard ABŞ dollar təşkil edib. Bunun da 5,8 milyard ABŞ dolları xarici dövlət borcudur. Ötən ilin sonuna xarici dövlət borcunun ümumi daxili məhsula nisbəti 42,5%, adambaşına düşən xarici dövlət borcunun məbləği isə təxminən 1 900 ABŞ dolları olub. Hesablamalara görə, Ermənistanda xarici borcla bağlı göstəriciləri bu il daha da pisləşək.

Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları, COVID-19 pandemiyasının təsiri ilə ölkədə iqtisadi aktivliyin aşağı düşməsi, büdcə kəsrinin böyüməsi və milli valyutanın ucuzlaşması buna əsas kimi göstərilir. Belə bir durumda Ermənistanın regional layihələrdən kənarda qalması, normal kommunikasiya xəttlərinin olmaması onun vəziyyətini daha da çıxılmaz edir.

Bəs, Ermənistanın hansı şərtlər daxilində bu layihələrdən faydalanması mümkün ola bilər?

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, Ermənistanın regional layihələrə qatılması üçün ilkin vacib şərt onun Azərbaycana qarşı ərazi iddiasından vaz keçməsidir:

"Ermənistan Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanımalıdır. İkinci şərtimiz isə odur ki, Ermənistan beynəlxalq aləmdə "Dağlıq Qarabağ”-ın müstəqilliyi tanımaq cəhdlərindən əl çəkməlidir. Bundan sonra əməkdaşlıq barədə söhbət gedə bilər. Bu Ermənistanın da xeyrinə olar, kommunikasiya xəttləri açıla bilər”.

Politoloq deyir ki, artıq bu mövzuda Ermənistanda da müzakirələr başlanıb:

"Ermənistanın yeni iqtisadiyyat naziri də deyib ki, Azərbaycan və Türkiyə bazarları Ermənistan üçün faydalı ola bilər, hətta Türkiyə üzərindən limanlara da çıxa bilərik. Əslində 90-cı illərdə də bunu ermənilər müzakirə edirdi. Keçmiş Prezident Levon Ter-Petrosyan da məsələyə diqqət ayırmışdı, amma ona imkan vermədilər, Qarabağ klanı onu devirdi və bu məsələ 22 illik bir müddətdə unuduldu. İndi ağır məğlubiyyətdən sonra yenə də "başları divara dəyib” və başa düşürlər ki, Azərbaycan və Türkiyə ilə əməkdaşlıq etmədən, onlarla düşmənçiliyi ilə davam etdirməklə Ermənistanı normal gələcək gözləmir. Ona görə də düşünürlər ki, bəlkə əlaqələri bərpa etsinlər. Amma bunun üçün bizim şərtlər yerinə yetirilməlidir. Ola bilməz ki, həm bizə qarşı ərazi iddiası irəli sürsünlər, həm də onlar üçün kommunikasiya xəttləri açılsın. Bu mümkün deyil, dünyada belə bir nümunə yoxdur. Qonşulara qarşı ərazi iddialarında vaz keçsinlər, ondan sonra iqtisadi əlaqələrin bərpası müzakirə oluna bilər”.

Xatirə Nəsirova





Həftənin ən çox oxunanları