Yuxarı

Peyvəndlər uşaqlarımızı qoruyur, yoxsa məhv edir?

Peyvəndlər uşaqlarımızı qoruyur, yoxsa məhv edir?

   peyvendŞikayətçi: “Uşağa vurulan peyvəndlərin tərkibində civənin miqdarı normadan 60 dəfə yüksəkdir ki, bu da dəhşətli problemlər yaradır”   Həkim: “Dərman istehsalçıları ÜST-nin vaksinlərin tərkibində konservant maddələr üçün müəyyən etdiyi normadan kənara çıxırlar”   Müxtəlif ölkələrdə uşaqlara edilən peyvəndlərin ağır fiziki və psixi problemlərə səbəb olması barədə faktların sayı artır. Peyvənd məsələsi bizim ölkəmizdə də mübahisəli məsələlərdən biridir. Məsələ burasındadır ki, bir çox valideynlər övladını peyvənd etdirməkdən imtina edir. Buna səbəb ölkəyə gətirilən peyvəndlərin tərkibinin dəqiq aydın olmaması, bir çox hallarda isə təhlükəli həddə kimyəvi maddələrlə zəngin olmasıdır. İddialara görə ölkəmizə gətirilən peyvəndlərin tərkibindəki maddələr Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təyin etdiyi normadan on dəfələrlə çoxdur ki, bu da uşaqlarda ciddi problemlər yaradır. “Övladım peyvənddən sonra autizm sindromuna mübtəla oldu” Əhməd Rəhmanov oğlunu peyvənd etdirəndən sonra yaranmış autizm sindromu ilə əlaqədar xeyli araşdırma aparıb. Deyir ki, peyvəndlərin əslində nə qədər təhlükəli olduğunu aydınlaşdırıb:  “ÜST-ün hesablamalarına əsasən, orta və yaşlı insanlara civə qəbulu çəkinin hər kiloqramına 0.1 mikroqram həddində icazə verilir. Yəni, doğulan uşağın çəkisi 3 kq-sa, deməli, o, gün ərzində 0.3 mikroqram civə qəbul edə bilər. Ona isə ömrün ilk anlarında peyvəndlə  25 mkq, (normadan 60 dəfə yüksək!) civə və 0.25-dən 0.4 milliqramadək aliminium vurulur. Bu dəhşətli rəqəmlərə fikir verin! Bu metalların ayrı-ayrılıqda törətdiyi fəsadlar cox ağırdır, amma elmi araşdırmalar onların bir yerdə törətdiyi fəsadların bundan da qat-qat çox olduğunu müəyyən edib. Hepatit B vaksini ilə ilə yenidən 25 mq, AKDS ilə təxminən 0.05 mq civə uşaqa vurulur. Beləliklə, ömrünün ilk ilində hər bir uşaq normadan umumi hesabla 75-80 dəfə artıq ağır metalı təkcə peyvəndlər vasitəsiylə qəbul edir. Hələ təkcə bu ikisi deyil, uşaqlara indi 10-dan artıq peyvənd vurulur”. Əhməd Rəhmanov deyir ki, poliklinikada vurulan peyvəndlərdən sonra oğlunun qanında ağır metalların miqdarı normadan 16 dəfə çoxdur. Bu da autizm sindromuna səbəb olub. “Xalamın oğlu da peyvəndə qurban getdi. Televiziyalar göstərdi, mətbuat yazdı, onun mantudan sonra öldüyünü sübut edə bilmədik, amma dəqiq faktdır ki, mantunun tərkibində konservant kimi işlənən fenol maddəsinin təsirindən birdən-birə ürək çatışmazlığı yarandı, bu da onun ölümünə səbəb oldu”-deyə araşdırmaçı bildirir.   “Peyvənd vacibdir,  amma... fəsadlar yarada bilər”   Respublikamızda sırf bu sahədə mütəxəssis tapıb elmi rəy almaq müşkül məsələdir. Xarici ölkələrdə peyvəndlərə qarşı çıxan həkimlərin sayı getdikcə artır. Bizdə isə həkimlərin demək olar ki, hamısı peyvəndlərin vacibliyini bildirir, lakin tərkibini soruşduqda bilmədiklərini deyirlər. Tibb elmləri doktoru, professor Adil Qeybulla deyir ki, peyvəndin əhəmiyyəti böyükdür və vaksinasiya mütləqdir: “Təhlükəli xəstəliklərə yoluxmamaları üçün uşaqların vaksinasiya edilməsi çox vacibdir. Bütün dünyada eyni yaşda uşaqlara eyni vaksinlər vurulur. Şübhəsiz ki, bu, körpələri qorumaq üçün atılan addımdır”. Ekspert deyir ki, hər bir vaksin körpəyə vurulmazdan qabaq uşaq fərdi müayinə edilməli, qan dəyərləri müəyyənləşdirilməlidir: “Təəssüflə qeyd edim ki, ölkəmizdə vaksinasiya olunacaq heç bir şəxsin müayinəsi aparılmır, analizlərdən keçmir. Peyvəndin tərkibindəki əlavə elementlərin allergik reaksiyalar  yarada biləcəyi də istisna deyil, bəzən ola bilər ki, uşaq peyvənddən sonra ürək xəstəliyinə tutulsun”.   Peyvəndlərin missiyası nədir: uşağı qorumaq yoxsa müdafiəsiz buraxmaq?   Alimlərin ümumi rəyinə görə, peyvəndlərin tərkibində civənin normadan on dəfələrlə yüksək olması dəhşətli faciələr yarada bilər. Civə insan orqanizmində yığılaraq, onun bütün orqan və toxumalarına təsir göstərir, immun sistemini zəiflədir və müxtəlif xəstəliklər yaradır. Ən çox fəsadlar isə sinir sisteminə yetirir. Nəticədə “qoca dəli papaqçı” xəstəliyi, minamat xəstəliyi yaranır, mərkəzi və periferik sinir sistemində ağır dəyişikliklər baş verir. Bəzi faktlar;

  • ABŞ-ın Xəstəliklərə Nəzarət Mərkəzi tərəfindən aparılan ilkin tədqiqatlar göstərib ki, HIV vaksini qəbul edən uşaqlarda hemofiliya infeksiyasina yoluxma ehtimalı peyvənd olunmayandan 5 dəfə çoxdur.
  • “New England Journal”ında dərc olunan təqqiqatlara görə, 5 yaşınadək göy öskürək xəstəliyinə tutulan uşaqların 80%-i vaxtı ilə elə bu xəstəliyə qarşı peyvənd olunanlardır.
  • “Epidemiologiya American Journal”ında nəşr edilən bir araşdırmada AKDS peyvəndi vurulmuş uşaqlar arasında peyvəndin ilk 3 günündə ölənlərin sayının peyvənd vurulmayanlardan 8 dəfə (!) cox olduğu ortaya çıxarılır.
  • Xəstəliklərdən əlavə, peyvəndin hər hansı bir təbii qidaya qarşı allergiya yaratması faktı da var. Belə ki, bir müddət əvvəl Türkiyədə 3 aylıq uşaqlara edilən peyvənd nəticəsində ana südü əmən uşaqların əksəriyyətinin döşlə qidalanmadan imtina edib, süni qidaya meyillənməsi məlum olub.
  Bəzi tədqiqatçılar peyvəndləmə prosesinin qlobal qüvvələrin bəşəriyyətlə bağlı planlarına xidmət etdiyini deyir. Bu iddialar nə dərəcədə dəqiqdir, bunu birmənalı demək olmaz. Lakin onların  əllərində çox sayda sanballı arqumentləri və tutarlı faktları var. Əksini sübut edən və inkar edən isə yoxdur.   Virusoloq alim: “Peyvənd immuniteti məhv dağıdıb məhv edir”   Rusiya alimi, tanınmış virusoloq, BRMK REM-nın üzvü, biologiya elmlər namizədi Qalina Çervonskaya peyvəndlərin zərərləri haqda çox sərt açıqlamalar verib: “Əgər siz öz uşağınızı peyvənddən heç olmasa  3-5 ilə qədər qoruya bilmisinizsə, o zaman sizə təzim etmək lazımdır. Siz hər bir uşağın fərdi təbii qoruma qüvvələrinin inkişaf etməsinə imkan verəcəksiniz. Lazımsız maddələri bədəninə daxil edərək, uşağınızı şikəst etməyəcəksiniz”. Mütəxəssis deyir ki, peyvəndlərin tərkibindəki maddələr oqarnizmdə ömür boyu qalır və immuniteti məhv etməklə məşğul olur: “Yəni, orqanizm bütün xəstəliklərə qapını açıb müdafiəsiz gözləmə mövqeyinə keçirilir. Əgər BCG-ni doğum evində vursalar, deməli vərəmin mikrobakteriyaları ömürlərinin axırına qədər həmin orqanizmdə məskən salacaqlar. Vərəmin mikrobakteriyaları timusun hüceyrələrini məhv edirlər. Timus isə immun sistemin bütün hüceyrələrini yaradan ən vacib limfoid orqanlardandır”. Tədqiqatçı deyir ki, istənilən peyvənd immun sisteminə və təkcə immun sisteminə deyil, bütün fiziologiyaya, insanın bütün təbiətinə mütləq əlavə yükdür: “Biz nə edirik? Yoluxucu xəstəliklə deyil, insan təbiəti ilə mübarizə aparırırq. Bu, peyvəndləmə sistemi- bir uşaq orqanizminə 20 peyvənd-yoluxucu xəstəlik ilə mübarizə deyil, bizim doğum evində başlayan insan təbiətimizə qarşı mübarizədir”.   Azərbaycanda uşaqlara hansı peyvəndlər vurulur?   Xatırladaq ki, ölkəmizdə hazırda 11 xəstəlik üzrə peyvəndləşmə işi aparılır. Milli Peyvənd Təqviminə görə,  doğuşdan sonra 3 və  ya 4-cü gün vərəm əleyhinə BSJ tərbiq edilir, onun təkrar vaksinasiyası 7 və 14 yaşında olur. Körpələrin 3,4 və 6 ayında, 1.5 yaşda kompleks vaksinasiyası reallaşdırılır ki, bu peyvəndlər  difteriya, tetanus, göyöskürək əleyhinə olur və təkrar vaksinasiyaları 7,17,27,37 yaşda olur. Qızılca əleyhinə peyvənd 12 aylıqda tətbiq edilir, təkrar vaksinasiya 6 və 7 yaşda mümkündür. Parotit (svinka) əleyhinə peyvənd 12 aylıqda, təkrar vaksinasiya 6 yaşda aparılır. Məxmərək əleyhinə peyvənd 1 və 6 yaşda, Hepatit B əleyhinə peyvənd isə doğuşdan sonra ilk 12 saat ərzində, daha sonra 1 və 6 aylıqda tətbiq edilir.   Altay Bayramlı  





Həftənin ən çox oxunanları