Yuxarı

Baş pediatrdan valideynlərə XƏBƏRDARLIQ

Baş pediatrdan valideynlərə XƏBƏRDARLIQ

pediatr

Azərbaycanda kəskin respirator virus infeksiyasına yoluxmaların sayı artıb. Bu vəziyyət uşaqlar arasında da ürəkaçan deyil. Ekspertlər kəskin soyuqdəymə hallarının mövcudluğunu istisna etsələr də, görüntü tam başqadır. Kəskin respirator infeksiyasına yoluxan uşaqların sayı da çoxluq təşkil edir.

Baş pediatr Nəsib Quliyev Cebhe.info-ya açıqlamasında mövsümi xəstəliklər sırasına daxil olan soyuqdəymənin bu il də uşaqlar arasında müşahidə edildiyini bildirib: “Məktəblər və uşaq bağçaları işə başladığı və havalar kəskin soyuduğu üçün uşaqlar arasında soyuqdəymə adı altında infeksion xəstəliklərin baş qaldırması üçün münbit şərait yaranıb. Bunların adına kəskin respirator, virus, bakteroloji xəstəliklər deyilir. Bunlardan virusla uşaqlara yoluxma halları olur. Bakteroloji infeksiyanın yuxarı tənəffüs yolu ilə yoluxan xəstəlikləri var. Onlar da müalicə olunur. Amma bu il soyuqdəymənin çoxalması və ya kütləvi hal alması qeydə alınmayıb”. Baş pediatrın sözlərinə görə, yeni doğulanlar və erkən yaşda olan uşaqların müraciətləri arasında yalnız bir-iki müraciət kəskin respirator virusu ilə əlaqədar olub: “Azərbaycanda hazırda təyin olunmuş qrip epitemiyası yoxdur”. Nəsib Quliyev soyuqdəymə ilə bağlı valideynlərə xəbərdarlıq da edib: “”Balamı çox istəyirəm” deməklə hər şey həll olunmur. Uşaqın rejiminə, qidasına, qulluğuna tam riayət edilməlidir. Həmçinin uşaqların yanında səhiyyə işçiləri, müəllimlər də yaxından dəstək olmalıdırlar. Atalar misalı var- “Qışın tədarükünü yayda görmək lazımdır”. Uşaqların orqanizmini günəş vannası, dəniz mövsümündə bir çox yararlı vasitələrlə, həmçinin yeni meyvə-tərəvəzlər çıxan zaman möhkəmlətmək vacibdir. Bu tədbirlər görülməyəndə, havalar soyuyan zaman öz mənfi təsirini göstərir”.

Alçina Amilqızı