Yuxarı

Xəstəxana sudan zəhərlənənləri mətbuatdan gizlədir?

Xəstəxana sudan zəhərlənənləri mətbuatdan gizlədir?

xestexanA1 Qaraçuxur qəsəbəsində bir qrup insanın içməli sudan zəhərlənərək Musa Nağıyev adına 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilməsi barədə məlumatlar yayılıb. Cebhe.info əməkdaşı onların səhhəti ilə maraqalanmaq üçün həmin xəstəxanada olub. Lakin qəbul şöbəsinin əməkdaşları xəstəxanaya yerləşdirilən Qaraçuxur sakinləri barədə məlumat verməkdən imtina ediblər. Maraqlıdır ki, tibb bacılarının sözləri bir-birinə uyğun gəlməyib. Belə ki, onlardan bir qrupu zəhərlənənlərin xəstəxanaya yerləşdirildiyini bildirsə də, digər qrup bunu təkzib edib. Daha sonra isə mətbuat namayəndələrinə məlumat vermək səlahiyyətlərinin olmadığını bildirərək, dəqiq informasiyanı ancaq baş həkimindən almağı məsləhət görüblər. Baş həkimin qəbul otağından da dəqiq informasiya əldə etmək mümkün olmayıb. Bununla belə daxili telefonla aparılan danışıqlar zamanı 4 nəfərin xəstəxanaya gətirildiyini öyrənmək mümkün olub. Xəstələrin vəziyyəti orta-ağır qiymətləndirilib. Ancaq baş həkimin özünü təqdim etməyən köməkçisi telefon danışıqlarına baxmayaraq, Qaraçuxurda zəhərlənmə ilə bağlı xəstəxanaya müraciətin olduğunu qətiyyətlə inkar edib. Xatırladaq ki, sudan kütləvi zəhərlənmə Qaraçuxur qəsəbəsi Zaur Şərifov 24 ünvanında qeydə alınıb. Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdirı Ziyəddin Kazımovun sözlərinə görə, həmin ünvanında yaşayan bir necə nəfər mədə-bağırsaq pozuntusu ilə müalicə-profilaktika müəssisələrinə müraciət edib: “Aparılan araşdırmalar nəticəsində məlum olub ki, içməli suda normadan kənara çıxma halları olduğuna görə, Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, “Azərsu” tərəfindən lokal ərazidə sağlamlaşdırma tədbirləri həyata keçirilib. Hazırda təkrar götürülmüş su nümunələrində göstəricilər norma daxilindədir. Qospitalizasiya olunmuş xəstələrin hazırda heç bir şikayətləri yoxdur”. Rövşən Əsədov İlham Rəsulzadə