Yuxarı

Baş tutmayan inqilab: Saakaşvili qayıtmayan ölkədə nələr olacaq?

Baş tutmayan inqilab: Saakaşvili qayıtmayan ölkədə nələr olacaq?

Baş tutmayan inqilab: Saakaşvili qayıtmayan ölkədə nələr olacaq?

Gürcüstanda keçirilən parlament seçkiləri koronavirus pandemiyası dövründə yaranmış siyasi sükutu yenidən pozub.

Hakim Gürcü Arzusu-Demokratik Gürcüstan Partiyası seçkilərdə qalib gəldiyini bəyan etsə də müxalifət bununla razılaşmır. Ona görə də ölkədə etiraz aksiyalarının yenidən baş qaldıracağı istisna olunmur.

Qeyd edək ki, Mərkəzi Seşçki Komissiyasının açıqladığı ilkin nəticələrə görə, "Gürcü Arzusu” 150 yerlik parlamentdə proporosional dairələr üzrə keçirilən səslərin 48,15 faizini toplayaraq üstünlük qazanıb. Eks-prezident Mixeil Saakaşvilıinin liderlik etdiyi Vahid Milli Hərəkat Partiyası isə 27,14 faiz səs toplayaraq ikinci yeri tutub. Ümumilikdə, proporsional sistem üzrə 9 müxalifət partiyası parlamentdə mandat qazana bilib. Onların 8-i Mixeil Saakaşvilinin baş nazir vəzifəsinə namizədliyini irəli sürmüş "Güc birlikdədir” müxalifət blokunun üzvüdür. MSK-nın məlumatına görə, proporsional siyahı üzrə "Gürcü Arzusu” Partiyası parlamentdə 61, Vahid Milli Hərəkat Partiyası- 35, Avropalı Gürcüstan Partiyası- 5 Saakaşvilinin namizədliyini dəstəkləyən digər müxalifət partiyaları isə 15 deputat yeri əldə edib. Eks-prezidentin baş nazir postuna irəli sürülməsinə etiraz edən "Amaşeneqbeli Strategiyası” Hərəkatı isə 4 mandata sahib olub. Proporsional seçkilərdə hakim partiya qalib gəlsə də parlamentdə lazım olan çoxluğu qazana bilməyib. Buna nail olmaq üçün "Gürcü Arzusu” Partiyası noyabrın 21-də 16 birmandatlı dairələr üzrə keçiriləcək seçkilərin ikinci turunda deputat yerlərinin sayını 76-a çatdırmalıdır. İvanişvilinin rəhbərlik etdiyi partiya 30 mojaritar dairə üzrə keçirilən səsvermənin nəticələrinə görə, 14 mandata sahib ola bilib. Bununla da "Gürcü Arzusu” 75 deputat yerlərinin sayını 75-ə çatdırıb. Lakin bu göstərici qalib partiyaya hökuməti təkbaşına formalaşdırmaq və parlamentdə təsdiqlətmək üçün yetərli deyil.

Yəni "Gürcü Arzusu” təkbaşına hökumət qurmaq üçün mandatlarının sayını 76-a çatdırmalıdır. Əks təqdirdə, İvanişvili müxalifətlə koalisiyaya getməli olacaq. Bu baxımdan, seçkilərin ikinci turu həm iqtidar, həm də müxalifət üçün həlledici əhəmiyyətə malikdir. Əgər müxalifət İvanişvili ilə koalisiyalı hökumətdə işləməyə razılıq verməsə, o zaman tərəflər yenidən seçkilərə getmək məcburiyyətində qala bilər. Lakin oktyabrın 31-də keçirilmiş seçkilər zamanı səsvermə prosesinə müdaxilə hallarının baş verdiyini nəzərə alsaq, "Gürcü Arzusu” Partiyası üçün bir dairədə qələbəni təmin etməyin çətin olmayacağını söyləmək olar. Bu isə Bidzina İvanişviliyə yenidən hakimiyyəti dörd il siyasi nəzarətdə saxlamaq imkanı verəcək. Lakin "Gürcü Arzusu” seçkilərdə qalib gəlsə də istədiyi üstünlüyü qazana bilmədi. Siyasi müşahidəçilərin fikrincə, "Gürcü Arzusu” 16 mojaritar dairənin hamısında qalib gəlsə belə, bu konstitusion çoxluğu təmin etmir. Yəni 74 mandat qazanmış hakim partiya 16 mandat da əldə edərsə bu, 90 deputat yeri edir. Konstitusion çoxluq əldə edə bilmək üçün 113 mandat tələb olunur. Lakin seçkilərin saxlaşadırıldığını iddia edən müxalifət MSK-nın elan etdiyi nəticələrin tanımaq istəmir. Hökumətin rəqibləri yeni seçkilər keçirilməyəcəyi təqdirdə, mandatdan imtina edəcəklərini bildirirlər.

Müxalifət partiyaları daimi etiraz aksiyalarına başlamaq niyyətindədir. Buna baxmayaraq, "Gürcü Arzusu” Partiyası artıq öz qələbəsini elan edib. Hakim partiyanın liderlərindən biri, Tbilisi Bələdiyyəsinin rəhbəriı Kaxa Kaladze hökumət qurmaq üçün kifayət qədər səsə sahib olduqlarını deyib. Səsvermənin nəticələri elan edildikdən dərahl sonra bir neçə min nəfər müxalifət tərəfdarı Bidzina İvanişvilinin iqamətgahı qarşısına toplaşaraq "Rədd ol!” şüarını səsləndirib. Artıq etirazçılar parlamentin binası qarşısında çadırlar quraraq oturaq aksiyaya başladıqlarını elan edib. Avropalı Gürcüstan Partiyasının liderlərindən biri Qiqi Uqulava müxalifətin hələlik vahid strategiya hazırlamadığını, daha çox parlamentin fəaliyyətini boykot etməyə və müddətsiz etiraz aksiyalarına başlamağa üstünlük verdiyini bildirib.

"Bu seçki deyildi! Seçkilərdən başqa hər şey idi. Acarıstanın keçmiş diktatoru Aslan Abaşidze onu belə keçirirdi. Xalqın etirazı çox yüksəkdir. Fəaliyyət planı ictimaiyyətə mərhələlərlə məlum olacaq. Keçmiş partiyalara gəldikdə, onlardan bəziləri onsuz da parlamentin işini boykot etməyə hazırdır. Tərəflər arasında daxili məsləhətləşmələrin keçirilməsi üçün maksimum bir gün tələb olunur. Əksəriyyət inanır ki, İvanişvilinin Türkmənbaşı kimi özü ilə təkbaşına qalmaqdadır. Əgər biz bu nəticəni həzm etsək, İvanişvili ömürlük idarə edəcək”-Uqulava belə deyib. Vahid Milli Hərəkat Partiyasının liderlərindən biri Roman Qotsiridze isə bəyan edib ki, insanların küçəyə çıxması haqkimiyyətə təzyiq vasitəsdir. "Proses danışıqlar masası arxasında həll olunmayanda küçədə həll edilir”-deyə müxalifət nümayəndəsi bildirib. Bu arada M.Saakaşvili Gürcüstanın baş naziri olmaq istəmədiyini deyib.

"Məni heç bir vəzifə, həmçinin baş nazir vəzifəsi ndə maraqlandırmır. Lakin məni evə qayıda bilməməyim narahat edir”-Saakaşvili belə deyib.

Eks-prezidentin bu sözləri seçkilərin nəticələri ilə barışmaq kimi də anlaşıla bilər. Lakin Saakaşvili anlayır ki, o, Gürcüstana qayıda bilməyənə qədər hakimiyyətə qarşı mübarizədə qələbə şansı çox az olacaq. Ona görə də sabiq dövlət başçısının vətənə qayıtmaq barədə fikirlərini seçkilərin nəticələrini tanımaq müqabilində Gürcüstan hökumətinə sətiraltı müraciəti kimi də başa düşmək olar. Saakaşvili onu da anlayır ki, onun ölkəyə qayıtması uzun müddət mümkün olmaya bilər. Bu isə Gürcüstanda yeni siyasi nəslin gətirə biləcəyi dəyişikliyin qarşısına sədd çəkmək deməkdir. Bir tərəfdən İvanişvilini Türkmənbaşı ilə müqayisə edən Gürcüstan müxalifəti Saakaşvilinin siyasi inhisarında qala bilməz. Saakaşvilinin ölkəyə qayıda bilməməsi seçkilərdə vəd etdiyi inqilab dalğasını ölkəyə gətirə bilmədi. Hakimiyyətlə mübarizə aparmaq artıq Saakaşvilisiz müxalifətin missiyasına çevrilib. Yəni Gürcüstan müxalifətinin yeni liderinə ehtiyac var. Saakaşvili isə həmin liderin qarşısında əsas maneəyə çevrildiyini nəzərə aldığı üçün görünür, vəzifədən imtina edib. Bu isə Gürcüstanın siyasi həyatında yeni mərhələ aça bilər.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları