Yuxarı

"Azərbaycan birtərəfli qaydada Minsk qrupundan imtina edə bilər” - Baş redaktor

"ATƏT-in Minsk Qrupunun və onun həmsədrlərinin mandatı dəyişməlidir. 28 il ərzində bu qrup üzərinə düşən öhdəlikləri yerinə yetirmək əvəzinə turizm bürosu kimi fəaliyyət göstərdi. Bəzən aktivləşdilər və həmin aktiv fəaliyyəti dövrlərində də elə təkliflərlə çıxış etdilər ki, o təkliflərin altyapısı hansısa formada Azərbaycan torpaqlarının itirilməsini ehtiva edirdi. Ona görə də Azərbaycanın ictimai rəyində ATƏT-in Minsk Qrupuna və onun həmsədrlərinə etimad çoxdan itib. İndiki halda isə bu etimad sıfıra bərabərdir. Belə olan halda bunlar yenidən nə istəyirlər?”

Cebhe.info xəbər verir ki, bunu Cebhe.info və "Cümhuriyət” qəzetinin baş redaktoru Rəfail Becanov həmsədrlərin son zamanlar "aktivləşməsi” və keçirdiyi görüşlərlə bağlı danışarkən deyib.

"Azərbaycan ATƏT-in Minsk Qrupu və onun həmsədrlərinin üzərinə düşən öhdəliyi, BMT-nin Azərbaycan torpaqlarını işğaldan azad olunması və Ermənistan hərbi birləşmələrinin həmin torpaqlardan qeyd-şərtsiz çıxması ilə bağlı 4 qətnaməsini özü icra etdi. Belə də ATƏT-in Minsk Qrupuna və ya onun həmsərlərinə nə ehtiyac var? Çox tezliklə bu qrup ya mandatını dəyişməli, ya da özünü buraxmalıdır. Azərbaycan da birtərəfli qaydada bu qrupdan imtina edə bilər...”, - deyə baş redaktor vurğulayıb.





Həftənin ən çox oxunanları