Yuxarı

Baş redaktor: "Sülhmərmalılar baş verənlərlə bağlı izahat verməyə borcludurlar”

Baş redaktor:

Baş redaktor:

"Rusiya bədnam ermənilərə görə Azərbaycanla münasibətlərində gərginliyə rəvac verməməlidir. Onsuz da Azərbaycanda Rusiyaya münasibət birmənalı deyil. İndi sülhməramlıların düşünülməmiş qərar və hərəkətləri ilə bu münasibətlər gərginləşir. Rusiya tərəfi bunu nəzərə almalıdır. Sülhməramlıların işi və vəzifəsi Azərbaycan ərazilərindəki erməni silahlılarının tərksilah olunması və digər ərazilərin də qansız-qadasız olaraq Azərbaycana qaytarılmasının, qanuni strukturların işinin bərpasının təmin edilməsidir”.

Cebhe.info xəbər verir ki, bunu "Cümhuriyət” qəzətinin baş redaktoru Rəfail Becanov deyib. Baş redaktor bildirib ki, Hadrut rayon olmadığı, özünün bir qəsəbə olaraq Xocavənd rayonunun tərkibində olduğa halda sülhməramlılarn komandanı Muradovun mətbuta açıqlamasında "Hadrutskiy rayon" deməsi özü də başadüşülən deyil:

"Azərbaycanın qəti iradəsi ortadadır. Bizim torpaqlarımızı pay vermək, kiməsə güzəştə getmək niyyətimiz yoxdur. Ona görə də Rusiya Azərbaycanla münasibətlərində tarazlığı qorumalıdır. Ermənistan məğlub, ordusu tarmar olan bir ölkədir. Onu ayağa qaldırmağa cəhd özü də fiaskodur.

Rusiyanı əndişləndirən səbəblərdən biri də Ermənistana vaxtilə verdiyi, müharibə zamanı Ermənistan ordusunun qoyub qaçdığı texnikaların bir qisminin Bakıdakı paradda nümayiş olunmasıdır. Amma bundan da inciməyə dəyəz. Müharibənin qaydaları belədir. Məğlub ölkənin texnikası qalib ölkənin hərbi şölənlərində nümayiş etdirilir.

Texnikanın mənşəyinin hara olması önəmli deyil. Bütün hallarda sülhmərmalılar baş verənlərlə bağlı izahat verməyə borcludurlar...”





Həftənin ən çox oxunanları