Yuxarı

Fəxrim Abduləzimov: “Əli Kərimli gündəmdə qalmaq üçün partiyanın başqa fəallarını tutdura bilərlər”

Fəxrim Abduləzimov: “Əli Kərimli gündəmdə qalmaq üçün partiyanın başqa fəallarını tutdura bilərlər”

IMG_6280 Bir neçə gün əvvəl Əli Kərimlinin müşaviri Məmməd İbrahimin AXCP Etimad Qurultayı Təşkilat Komitəsinin Nərimanov rayon şöbəsinin üzvü Mikayıl Quliyevi döyməsi və buna görə 2 ay müddətində azadlıqdan məhrum edilməsini Əli Kərimli cəbhəsi “siyasi sifariş” kimi qələmə verir. AXCP EQTK üzvlərini “işverən” adlandırıran  Əli Kərimlinin tərəfdarları söyüş kampaniyasını gücləndiriblər.  Kampaniyada Milli Şura üzvləri, özəlliklə də Eldəniz Quliyev daha aktivdir. AXCP EQTK-nın üzvü Fəxrim Abduləzimov cebhə.info-ya açıqlamasında deyib ki, Məmməd İbrahimin həbsindən narahat olanlar o qoçuluq edəndə danışmalı idilər: “Maraqlıdır ki, nədən indiyə kimi bu təhqirlərin qarşısını alan olmadı,nədən indiyə kimi özlərini lider sayan insanlar heç bir münasibət bildirmədilər.İndi də ağzı göyçəklər  insanları təhqir və təhdid edirlər, amma düşünmürlər ki, hər bir cəbhəçi Azərbaycan vətəndaşı və bir azadlıq carçısıdır”. AXCP-nin Əli Kərimli qanadının  dağılmış bir  vəziyyətdə olduğunu deyən F.Abduləzimov hesab edir ki, Əli Kərimli gündəmdə qalmaq üçün nəinki Məmməd İbrahimi, partiyanın ən fəallarını belə tutdura bilərlər: “Haqlı sual çıxa bilər ki,  bu həbslər bəzi liderlərə nə verəcək? Onlar bu yolla aldıqlaır qrantı artıracaqalar”. Milli Şuranın üzvü Eldəniz Quliyevin AXCP üzvlərini təhqir etməsinə gəlincə, F.Abduləzimov deyib: “Ziyalı” adlanansaydığımız Eldəniz Quliyevin indiyə qədər yazılarını, statuslarını izləmişik.  Eldəniz Quliyev söyüş, təhqir makinasıdır. Onunla diskussiya aparmaq fikrim yoxdur, çünki hər insanın öz səviyyəsi var.Mən həbsdə olan bütün vətəndaşlara azadlıq arzu edirəm və bəzi ağzıgöyçək  “dostlardan” xahiş edirəm ki, söyüşləri, təhdidləri kənara qoysunlar. Əgər xalq üçün mübarizə aparmaq istəyirlərsə, gəlsinlər bir yerdə mübarizə aparaq”. Vilayət Muxtar  





Həftənin ən çox oxunanları