Yuxarı

Liderlik ambisiyası partiyadaxili demokratiyanı boğur

Liderlik ambisiyası partiyadaxili demokratiyanı boğur

  partiyalar_siyasi25 gündən sonra Azərbaycanda  parlament seçkiləri keçirilməidir. Lakin ölkədə biabırçı seçki mühiti var. Hakimiyyət seçkinin taleyini bəribaşdan həll etmiş kimi görünür. Bunun əsas səbəbi cəmiyyətin passivliyidir. Bir səbəbi isə hakimiyyəti demokratik seçki mühiti yaratmağa vadar etməli olan müxalifətin ağır durumda olmasıdır. Heç kimə sirr deyil ki, müxalifət düşdüyü böhrandan çıxa bilmir. Keçirilən seçkilərdə münimum həddi belə keçə bilməyən müxalifətin əslində bir problemi var. Bu da liderlik ambisisiyasıdır. Maraqlıdır ki, cəmiyyət də siyasi liderlərin bu uğursuzluğunu qəbul edib. Bu gün üzdə olan Müsavat,  KXCP, ALP, ADP, VHP partiyalarla bağlı araşdırma apararkən qəribə mənzərə ortaya çıxır. Məlum olur ki, əslində liderlik ambisiyası partiyadaxili demokratiyanın boğulmasına gətirib çıxarır. Liderlər bütün güclərini demokratik dəyərlərin qorunmasına deyil, kreslosunu yad ünsürlərdən müdafiə etməsinə səfərbər edib. Məsələn, Müsavat Partiyası görüntü xatirinə qurultay keçirildi. Başqan dəyişdi. Ancaq görünən odur ki, Müsavat bugünün özündə belə İsa Qəmbərin yürütdüyü siyasətlə irəliləyir. Bu partiyada başqandan savayı heç bir dəyişiklik nəzərə çarpmır. Üstəlik Arif Hacılı başqanlıq kartından istifadə edərək uzun müddət müxalif cəbhədə qərar tutan, ancaq bugünə kimi parlaya bilməyən qardaşlarını önə çəkir. Bununla yanaşı partiyada narazılar çoxalır. Keçirilən sosialoji sorğular da onu deməyə əsas verir ki, Müsavat öz imicini itirib. Bu isə onu deməyə əsa sverir ki, Müsavat üzvləri seçkilərdə elədə ciddi nailiyyət əldə edə bilməyəcək və sonda bu partiyadan ana müxalifət partiyası olmaz. AXCP-də vəziyyət daha ağırdır. Bu partiyanın Əli Kərimli qanadında avtortarizm güclənib. Bu günlərdə facebook sosial şəbəkəsi yeni yarandığı bir vaxtda AXCP-nin Əli Kərimi qanadının üzvü olan bir xanımla maraqlı dialoqumuz yaşandı. Xanım iddia edirdi ki, Azərbaycanda demokratiya yoxdur, insan haqları pozulur filan... Onun bu danışığı qarşısında məgər AXCP-də demokratiya var? AXCP-də demokratiya varsa niyə hər zaman Əli Kərimli alternativsiz namizəd olur və növbəti dəfə sədr seçilir? Yaxın tarix onu göstərir ki, Əli Kərimli AXCP-nin sədri olduğu müddətdə bu partiya elədə ciddi uğur əldə edə bilməyib. Özünü hər zaman radikal aparan Əli Kərimli partiyanı da öz iradəçilik üsulu ilə, antidemokratik qərarlarla icra edir. Məsələn, deyək ki, bugün Əli Kərimli siyasətinə etiraz edən cəbhəçi partiyada çox qala bilmir. Onu partiyadan qovurlar. Üstəlik bu azmış kimi həmin şəxsin digər partiyalara keçməsinin qarşısını almaq, o cümlədən cəmiyyətdə onu rüsvay etmək planı işə düşür.  Hətta söyüş, sosial şəbəkədə müxtəlif saxta profillərlə təhqir etməkdən çəkinmirlər. Əli Kərimli qondarma qurultay keçirdi. Hətta qondarma namizəd də müəyyən olundu. Ancaq nəticə? Nəticə dəyişmədi. Artıq gec də olsa cəbhəçilər bu məsələnin mahiyyətini dərk ediblər. Əli Kərimli avtoritarizmindən qurtulmağın yollarını axtarırlar. Partiya daxilində baş verən bu vəziyyət AXCP-nin də bir partiya kimi cəmiyyətdə nüfuzuna ciddi təsir edib. Əli Kərimli bunu dərk edərəkdən “Azərbaycan saatı” ilə regionda olan, hakimiyyətdən narazı olanların beynini yuyur. Yaxşı olar ki, hakimiyyət bu verilişin yayımının dayandırması yönündə addım atsın. Əli Kərimli kimi liderciklərin şəxsi ambisiyası müxalifəti rəzil duruma salıb. Hakimiyyətə demokratiya dərsi keçən Əli Kərimli kimilər özləri kürsülərindən elə yapışıb ki, sanki kreslo əldə getsə onlar siyasətdən silinəcəklər.   Ayxan





Həftənin ən çox oxunanları