Yuxarı

“Elmar Məmmədyarov vəzifə səlahiyyətlərini aşır”,- ADP

“Elmar Məmmədyarov vəzifə səlahiyyətlərini aşır”,- ADP

adp Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyadan Cebhe.infoya verilən məlumata görə, toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub. İdarə heyəti ilk növbədə müəllimlər günü münasibəti ilə Azərbaycan müəllimlərini təbrik edib və onların gənc nəslin təlim-tərbiyəsində, elmin, mədəniyyətin inkişafında, sağlam cəmiyyətin formalaşmasında göstərdikləri xidmətləri yüksək dəyərləndirib. Eyni zamanda məktəblərin, bütövlükdə təhsil sisteminin cəmiyyətmizdə baş verən neqativ halların mənbəyinə çevrilməsindən təəssüfləndiyini bildirən İdarə Heyəti hakimiyyəti bu neqativ halların qarşısının alınması üçün təhsil sistemində demokratk islahatlar keçirməyə, müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılması, əmək haqlarının artırılması istiqamətində ciddi addımlar atmağa çağırıb. İdarə heyəti Xarici işlər naziri E.Məmmədyarovun BMT kürsüsündən Azərbaycanın Avrasiya İqtisadi İttifaqına daxil olma ehtimalı ilə bağlı səsləndirdiyi bəyanata münasibət bildirib və iqtisadi müstəqilliyimizin, ardınca da siyasi müstəqilliyimizin itirilməsinə xidmət edən bu cür bəyanatların yol verilməz olduğunu diqqətə çatdırıb. Həmçinin onun bu cür bəyanatla çıxış etməsini vəzifə səlahiyyətlərini aşması, Azərbaycanın Avroatlantik məkan inteqrasiya ilə bağlı xarici siyasət kursuna ziddiyyət təşkil etməsi kimi dəyərləndirən partiya yetkililəri bu faktı Rusiyanın ölkəmizlə bağlı imperialist niyyətlərinin gerçəkləşməsinə rəvac verən düşünülməmiş hərəkət kimi dəyərləndirib, ölkə prezidentini bu bəyanatı ilə Azərbaycanın imicini zədələyən E.Məmmədyarovun hərkətlərinə qiymət verməyə çağırıb. İdarə heyəti sabiq maliyyə naziri S.Məmmədovun Türkiyə, Azərbaycan, Qazaxıstan, Türkmənistan dövlətlərinin birgə maliyyə ehtiyatları ittifaqı yaradılması ilə bağlı səsləndirdiyi bəyanata münasibət bildirib və partiya olaraq Türkdilli dövlətlərin sammiti formatının iqtisadi birliyə çevrilməsini daha optimal və Avrasiya İttifaqının əhəmiyyətini zəiflədəcək birlik modeli olmasını diqqətə çatdırıb. İdarə heyəti Rusiyanın Suriyayaya hərbi müdaxilə etməsini və rus pilotlarının İŞİD hədəflərini vurmaq adı ilə Əsəd rejiminə qarşı mübarizə aparan digər müxalif qüvvələrin və dinc əhalinin yerləşdiyi obyektlərin bombalamasını qətiyyətlə pisləyib, dünya ictimaiyyətini Rusiyanın Yaxın Şərqdə törətdiyi hərbi cinayətlərin qarşısını almaq üçün öz qüvvələrini birləşdirməyə çağırıb. Idarə heyəti son vaxtlar İsrail hökumətinin dinc fələstinlilərə qarşı hərbi güc tətbiq etməsi, onların dini inanclarını məhdudlaşdırmaq üçün zorakılıqlara əl atması, azyaşlı uşaqlara belə göz qırpmadan atəş açması faktından ciddi narahat olduğunu bildirib və BMT dövlətlərini dinc fələstinlilərə qarşı yəhudi hücumlarını durdurmağa, Fələstinin müstəqilliyi uğrunda apardığı mübarizəyə dəstək olmağa çağırıb. İdarə heyətində müstəqil şəkildə parlament seçkilərinə qatılan partiya üzvlərinin seçki kompaniyası məsələsi də müzakirə edilib. Qeyd edilib ki, partiyanın İdarə heyəti üzvləri Rəşid Mənsurovun 22 saylı Nəsimi ikinci və Nurəddin İsmayılovun 25 saylı Nizami ikinci seçki dairələrində Milli Məclis üzvlüyünə namizədliyinin DSK tərəfindən təsdiq edilməsi nəzərə alınsın. Həmçinin partiyanın Astara rayon Təşkilatının sədri İlqar Qənbərovun 77 saylı Astara seçki dairəsindən namizədliyinin qeydə alınmasından imtina edilməsini pisləyib, müvafiq DSK-nın bu qərarının sifarişli və qərəzli olmasını qeyd edib.   Cavad





Həftənin ən çox oxunanları