Yuxarı

“Ölkədə siyasi açılıma ehtiyac var”

“Ölkədə siyasi açılıma ehtiyac var”

[caption id="attachment_1080" align="alignleft" width="350"]Eli Eliyev Əli Əliyev: “Keçirilən seçkilər həmin prosesin tərkib hissəsi olmalıdır”[/caption] Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev  “Cumhuriyət”ə müsahibəsi  

  • Əli bəy, VİP-in seçkilərdə neçə namizədi mübariəz aparır?
- VİP-in ilkin olaraq 24, Azadlıq-2015 blokunun isə 80-ə yaxın namizədi var idi. Bu imzatoplama kampaniyasında 16 namizəd imzatoplamanı yekunlaşdırıb müvafiq sənədlərini dairələrə lazım olan şəkildə təqdim edib.   - Amma “Azadlıq-2015” blokunun digər partiyalardan olan namizədləri ciddi təzyiqlərlə üzləşdiyini deyirlər... - Qanun pozuntuları var. Son bir həftədə toplantımız olmadığı üçün blokun ümumi mənzərəsindən məlumatsızam. Biz, bu günü gözləyirik ki, imzatoplama ilə bağlı bizim  haqqımızda qərar nədən ibarət olacaq. Yəqin bu günlərdə toplanarıq və blokla bağlı vəziyyətin necə olduğuna qiymət verə bilərəm.   - Namizədliyinizin qeydə alınmama ehtimalı var? - Mənimlə bağlı məsələni sonuncu günə saxlayıblar. Deyə bilmərəm mənimlə bağlı qərar necə olacaq. Sənədlərimin düzgünlüyünə tamamilə əminəm. Heç bir problem ola bilməz.   - İlkin qənaətiniz nədən ibarətdir? Proselər nəyi göstərir, bu dəfə fərqli seçki olacaqmı? - Hələ bu barədə bir fikir söyləmək olmaz. Bunu prosesin gedişində demək olar. Məsələn, mən 2010-cu ildə eyni dairədən – 15 saylı Yasmal 1-ci seçki dairəsindən namizəd olmuşam, indi də komissiyanın tərkibi eynidir. O vaxt mən o komissiyaya etiraz etmişdim. Amma bu mərhələyə qədər də görürsünüz ki, hər şey rəvan getmir. Birinci mərhələdə sənədlərimizi vaxtında aldıq, problem yaratmadılar. Mənim potensial rəqiblərimi 2-3 günə qeydə alıblarsa, 7-ci gündür ki, hələ mənimlə bağlı bir cavab yoxdur.   - Şanslarınızı necə dəyərləndirirsiniz? - Əgər normal seçki keçirilsə və seçici rəyi nəzərə alınsa mən, seçkini udacağam, buna əminəm.   - Amma nədənsə Azərbaycanın seçki ərəfəsində olması heç nədə hiss olunmur... -Bu vəziyyət, durğunluq ölkənin siyasi sisteminə münasibətdən irəli gəlir. İmzatoplamada da biz, bununla üzləşdik. Əhali prosesin özünə etimadı bir az tükədib. Təbliğat mərhələsində əhalinin seçki etimadının yüksəldilməsi ilə məşğul olmalıyıq. Bir qism partiyalar seçkidən içtirak ediblər, bu da prosesə təsirsiz ötüşmür. Beynəlxalq təşkilatların mövqeyi də prosesə mənfi təsir göstərir. Amma biz, vətəndaş olaraq çalışmalıyıq ki, ölkənin qanunverici hakimiyyəti – Milli Məclis əhalinini siyasi zövqünə uyğun olaraq formalaşsın.   - Dediyiniz kimi bəzi partiyalar boykot yolunu seçdilər. Bunu da belə əsaslandırdılar ki, normal seçki keçirilmir və yenə də kütləvi saxtakarlıq olacaq.  Buna görə də, seçkidə iştirakın mənası yoxdu. ATƏT də müşahidəçi göndərməyəcəyi ilə bağlı qərarında hələ ki qətidir. Belə bir siyasi mənzərədə normal seçkinin keçirilməsi mümkündürmü? - Mən boykot yolunu tutmuş istər daxili. İstərsə də xarici qüvvələrin mövqeyini təqdir etmirəm. Hesab edirəm ki, ölkə vətəndaşlarının, xüsusən onun fəal hissəsi olan siyasi partiyalar ölkədə demokratiyanı bərqərar etmək, istədiyimiz siyasi dəngəyə qovuşmağımız üçün siyasi proseslərin içərisində olmalıdır. İştirakçı kimi çalışmalıyıq ki, demokrtatik proses olsun.   - “Azadlıq-2015” blokunu istisna etsək, bu dönəmdə partiyaların bloklaşma tendensiyası görmədik, geniş formatlar isə tamamilə müzakirə edilmədi... - Bu da yeni mənzərədir. Adətən belə miqyaslı seçkilərdə partiyalar təmərküzləşirdi. Bildiyiniz kimi. Bu dəfə ancaq “Azadlıq-2015” blokuna daxil olan partiyalar təşkilatlandılar və müxalifətin siyasi təşkilatlar olaraq bir güc mərkəzini formalaşdıra bildilər. Yəqin ki, müxalifətin  ölkədəki siyasi şərtlər belə təmərküzləşməni inkişaf etdirmədi.   - İndiyəqədərki proseslər ölkənin ümumi siyasi ab-havası barədə hansı mənzərəni yaradır? Yəni hakimiyyətin deyildiyi kimi seçkidən sonrakı dönəmdə islahatlara gedəcəyi nə qədər inandırıcıdır? - Biz, partiya olaraq ölkədə daim mərkəzçi mövqe nümayiş etdirmişik. Siyasi qütblərdə durmağın əleyhinəyik. Bütün siyasi qərarların, siyasi hərəkətliliyin dövlətçilik maraqlarına xidmət etməsinin tərəfdarı olmuşuq. Ölkədə bir ilə yaxın siyasi açılıma şərait yaradacaq bir dialoq prosesi olub. Biz, o dialoq prosesinin tərkibi və iştirakçısı olmuşuq. Bu gün də hesab edirik ki, ölkədə siyasi açılıma ehtiyac var və keçirilən seçkilər həmin prosesin tərkib hissəsi olmalıdır.   Cavad





Həftənin ən çox oxunanları