Yuxarı

“Azərbaycan Suriya münaqişəsinə cəlb olunmayacaq” - Politoloq

“Azərbaycan Suriya münaqişəsinə cəlb olunmayacaq” - Politoloq

Ehtiram Mehtiyev Suriyada davam edən müharibə getdikcə qızışr. Rusiyanın terrorçulara qarşı əməliyyat bəhanəsi ilə Suriyada möhkəmlənməsi narahatlıqla izlənilir. Qeyd edək ki, 7 dövlət Rusiyanı əməliyyatları dayandırmağa çağırıb. Bölgədə marağı olan dövlətlər  Rusiyanın Suriya müsəlmanlara qarşı qəddarlığı ilə seçilən Bəşər Əsədə dəstək verməsindən narazıdırlar.  Yaxın Şərqdə baş verənlər Azərbaycanda da narahatlıqla izlənilir. Suriya hadisələri bölgə dövlətlərinə, o cümlədən Azərbaycana təsirsiz ötüşməyəcək. Politoloq Ehtiram Mehdiyev cebhe.info-ya açıqlamasında deyib ki, Azərbaycan Suriya münaqişəsinə Rusiya prizmasından yanaşacaq: “Azərbaycanın regionda Avrasiya İttifaqına can atmasından görünür ki, rəsmi Bakı birbaşa Rusiya ilə razılaşdırıb addım atacaq. Moskva Suriyada terror qruplaşmalarına qarşı əməlliyyatları  birbaşa Suriya hökümətinin razılığı ilə həyata keçirib. Hesab edirəm ki, Suriyadakı məsələ Avropa, ABŞ və Rusiya arasında həll olunacaq. Çünki Suriyada fəaliyyət göstərən terror qruplaşmalarının başında Avropa və ABŞ durur. Azərbaycan isə Suriya münaqişəsində hər zaman olduğu kimi Rusiyanın maraqlarına uyğun addım atacaq”. Politoloq Azərbaycanın Suriya münaqişəsini cəlb ediləcəyinə inanmadığını bildirib: “Dünmürəm ki, Azərbaycan Suriya münaqişəsinə cəlb olunsun. Suriyada əsasən lider dövlətlər mübarizə aparır, hər dövlətin də öz maraqları olduğu üçün Suriya vətəndaş müharibəsi hələ də davam edir”. Vilayət Muxtar





Həftənin ən çox oxunanları