Yuxarı

“AXCP-ni Əli Kərimlidən alıb xalqa qaytaracağıq”

“AXCP-ni Əli Kərimlidən alıb xalqa qaytaracağıq”

[caption id="attachment_415" align="alignleft" width="219"]Ehtiram Mehtiyev Ehtiram Mehtiyev: “Bizim qurultaydan sonra onun yanında heç kim qalmayacaq”[/caption] AXCP Etimad Qurultayı Təşkilat Komitəsi yaxın günlərdə öz qurultayını keçirməyə hazırlaşır. Bu qurumun siyasi aktivliyi cəmiyyətin diqqətini özünə cəlb etməklə yanaşı, bir çox suallar da meydana gətirir. Təşkilatın əsas hissəsi gənclərdən ibarət olduğundan baş verən siyasi proseslərə gənc siyasətçilərin münasibətini öyrənməyin daha düzgün olduğunu nəzərə alıb, AXCP EQTK-nın İdarə Heyətinin üzvü Ehtiram Mehtiyev mövqeyini oxucularımızın diqqətinə çatdırırıq. -Başladığınız AXCP-də yeniləşmə prosesi, avtoritarizmlə mübarizə cəmiyyətdə bir ənalı qarşılanmır. Başladığınız bu prosesin mahiyyəti nədir,  nizamnaməyə nə qədər uyğundur? -Bizim başladığımız mübarizə, yaratdığımız AXCP Etimad Qurultayı Təşkilat Komitəsi AXCP-də 90-cı illərdən, hərəkat dövründən bu günə qədər narazı olan kəsimi birləşdirən bir qurumdu. Biz bu addımı atanda, ilk növbədə məqsədimiz AXCP-dən haqsız yerə qovulan, partiya daxilində baş verən haqsızlıqlara etiraz edən cəbhəçilərin yenidən bir araya gətirmək idi. AXCP-nin Əli Kərimli qanadı bizim bu addımın qanunsuz olduğunu bildirir, ancaq burda heç bir qanunsuz hərəkət yoxdur. Bu necə qanunsuz ola bilər ki, Əli Kərimlinin AXCP-dən narazı olan 50 rayon şöbəsi AXCP EQTK-ni dəstəkləyib? Rayon şöbələrini təmsil edənlərin çox hissəsi cəbhəçilər, hərəkatçılardı. Atdığımız addım nizamnaməyə tam uyğundur. Biz qurultaya qədər 70 rayon şöbəsini təsis edəcəyik.   -Cəmiyyətdə hal-hazirda iki AXCP mövcuddur. Razi Nurullayevin rəhbərlik etdiyi AXCP və AXCP-nin Əli Kərimli qanadı. Bundan sonra birləşmə mümkündürmü? -Bizim mübarizəmiz Əli Kərimli ilə bağlıdır. AXCP-də baş verən narazılıqların səbəbi Ə.Kərimlidi. Ə.Kərimli AXCP-ni öz şəxsi biznesi kimi görür.Əli Kərimli AXCP-ni məhv etdi. Onun keçirdiyi son qurultaydan sonra narazı cəbhəçilərin sayı daha da artıb. Hətta elə rayon şöbələri var ki, qurultaydan sonra bütövlükdə bizə dəstək verdiyini bəyan etdi. Bizim qurultaydan sonra Əli Kərimlinin yanında demək olar ki, heç kim qalmayacaq. Bizə qoşulmaq istəyən cəbhəçilər çoxdur. Biz AXCP-ni Ə.Kərimlidən alıb xalqa qaytaracağıq. Ə.Kərimliyə biz təklif etdik ki, lider qala bilərsən ancaq partiya sədirliyindən getməlisən, çünki sən partiyanın nüfuzuna xələl gətirmisən. Biz partiyada olan hər bir cəbhəçi ilə dostuq, yoldaşıq. Biz hər zaman onları öz aramızda görməyə şad olarıq. Bərabər eyni addım ata bilərik, ancaq Əli Kərimlisiz. Əli Kərimli və onun ətirafında olan Həsən Kərimov, Fuad Qəhrəmanlı, Gözəl Bayramlı kimi insanlar, vaxtı ilə AXCP-də olan fədakar insanlara, universitetdən qovulmuş gənclərə laqeyd yanaşdılar. Onların mübarizə əzmini qırdılar və partiya sıralarında uzaqlaşdırdılar. Bizim mübarizəmiz məhz bu insanlarladır. Ə.Kərimli və onun ətrafında olan insanlar artıq partiya siıralarindan uzaqlaşdırılmalıdır, artıq AXCP-də onların yeri yoxdur. Biz birləşə bilərik ancaq Ə.Kərimli, F.Qəhrəmanlı, G.Bayramlı və H.Kərimov olmadan.   -Qurultaya hazırlıq prosesi başa çatıbmı? Neçə rayonda konfrans keçirmisiz? -Biz artıq Ədliyə Nazirliyinin partiya nizamnaməsindəki qərarında bidirildiyi minimum 40 rayon şöbəsindən artıq rayon şöbələrində konfranslar keçirmişik. Əli Kərimlinin keçirdiyi saxta qurultaydan 2-3 dəfə artıq rayon şöbələri ilə qurultay keçirəcəyik. AXCP-nin Əli Kərimli qanadında indiyə qədər olmayan rayon şöbələrində biz konfranslar keçirmişik. Laçın, Zəngilan, Xankəndi, Xocalı, Şuşa, Kəlbəcər kimi məcburi köçkün rayonlarında konfranslar keçirmişik. Real xalqın AXCP-sini AXCP EQTK yaradacaq. Biz qurultayda minimun 1200-1300 nəfərin iştirakını nəzərdə tutmuşuq.   -Qurultaydan sonra hansı partiyalarla əməkdaşlıq edəcəksiz? -Biz müxalifətin özüyük. Əgər indiki dövrdə real müxalifət varsa, biz birlikdə hərəkət edə bilərik, birlikdə müzakirələr apara, hətta birləşə bilərik. Azərbaycanda olan bütün həqiqi müxalifət partiyaları ilə bərabər addım atmağa hazırıq. İstər siyasi blok olsun, istər hər hansı bir partiya olsun əgər maraqları xalq və millətdirsə, biz birlikdə hərəkət etməyə hazırıq. Ancaq hər hansı bir partiya və ya blok kimlərinsə şəxsi maraqlarına xidmət edirsə, biz o partiyalarla heç vaxt birgə hərəkət edə bilmərik və etməyəcəyik.   -AXCP-nin proqramında ideoloji baxımdan dəyişiklik olmayacaq ki? -Biz AXCP olaraq AXCP-nin nə ideologiyasına, nə də nizamnaməsinə dəyişiklik etməyəcəyik. Məmməd Əmin Rəsulzadə, Əbülfəz Elçibəy ideologiyası niyə də dəyişməlidir? Biz hər zaman bu insanların ideologiyasına söykənib addım atmışıq, mübarizə aparmışıq. AXCP-nin ideologiyasını Əli Kərimli kimi partiya sədrləri öz şəxsi maraqlarına qurban veriblər. Biz AXCP-nin ideologiyasını, nizamnaməsini deyil, partiyanı öz biznesinə çevirmiş, xalqın, millətin maraqlarını öz şəxsi maraqlarına qurban verən Əli Kərimli və ətrafındakı 4-5 nəfəri dəyişmək istəyirik.   -AXCP-nin Güney Azərbaycan və Qarabağ məsələsinə münasibəti necə olacaq? -Bu ümümxalq problemidi. Biz bir partiya olaraq hər zaman xalqın, millətin yanında olacağıq. Qarabağ  məsələsində də  biz dövlətin və xalqın yanındayıq. Biz bu məsələdə həm vətəndaş, həm də partiya olaraq üzərimizə düşən nə olsa biz yerinə yetirməyə hazırıq. Bizim ümümxalq məsələrdə mövqeyimiz dövlətlə, xalqla birdi və bu heç vaxt dəyişməyəcək.   -AXCP-də gənclər siyasəti necə qurulacaq? -AXCP EQTK-nın İdarə Heyəti gənclərdən ibarətdir. Bu, o deməkdir ki, üstünlük gənclərə verilir. Rayon şöbələrinin sədrləri hətta gənclərdən seçilir. Çünki biz partiyanı gəncləşdirmək istəyirik. Gənclik yeni simadı, yeni fikirdi, yeni nəfəsdi. Təbii ki hərəkatçılar, veteran cəbhəçilər gənclərə yol göstərəcək. Ancaq bu gün gəncliyin yolunu açmaq vacibdir. Bizim ətrafımızda olan gənclər təhsilli, intellektual, liderlik keyfiyyətinə malik gənclərdi. Bizim dostlarımızın, cəbhəçilərin bir çoxu həbs edilib. Seymur Həzi, Asif Yusifli kimi cəbhəçilər elə Əli Kərimlinin yanlış siyasətinin, AXCP-də gedən daxili problemlərin qurbanlarıdı.   -AXCP-nin uzun müddət belə bir imici olub-“ABŞ səfirliyinin müxalifəti”. Bu imicin aradan qaldırılması üçün hansı addımlar atacaqsınız? -AXCP Əli Kərimlinin sədrliyi dövründə sanki bir bazar kimi fəaliyyət göstərib. Əli Kərimlinin xarici təşkilatlarla, səfirliklərə qurduğu əlaqə yalnız öz maraqlarına xidmət edir. Təbii ki, bu əlaqələr hesabına qrantlar alır və zəngin həyat tərzi keçirir. Xalqın bu səbəblərdən müxalifətə inamı qalmayıb artıq. Əli Kərimli AXCP-də siyasi məhbuslar üzərindən qrant alan partiya imici yaradıb . Qeyd edim ki, bu qrantların heç bir hissəsi nə siyasi məhbusa, nə də onun ailəsinə çatmır. Əli Kərimlinin ABŞ səfirliyi və digər səfirliklərlə qurduğu əlaqənin partiya ilə heç bir əlaqəsi yoxdur, yalnız öz şəxsi maraqlarına xidmət edir.   Vilayət Muxtar





Həftənin ən çox oxunanları