Yuxarı

Tamilla Qulami Ali Məhkəməyə üz tutdu

Tamilla Qulami Ali Məhkəməyə üz tutdu

tamilla qulami “125-lər siyasi klubu”nun üzvü Tamilla Qulaminin namizədliyinin qeydə alınmaması ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə şikayət olundu. Bu barədə məlumatı Cebhe.info-ya Tamilla Qulami özü verib. 95 saylı Tərtər Seçki Dairəsindən namizədliyi qeydə alınmayan Tamilla Qulami MSK və DSK-nın qərarından Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Həm DSK-nın, həm də MSK-nın qərarına əsasən, namizədliyin qeydə alnmamasına səbəb imzaların etibarsız sayılması göstərilib. Oktyabrın 6-da keçirilən iclasda Apellyasiya Məhkəməsi DSK və MSK-nın iddiasını qəbul edib. Tamilla Qulaminin sözlərinə görə, Ali Məhkəmənin işə nə vaxt baxacağı barədə məlumatı yoxdur: “DSK topladığım 550 imzadan 381-ni, MSK 428 imzanı, Apellyasiya Məhkəməsi isə 439 imzanı etibarlı saydı. Tam fərqli rəqəmlərdir. Namizədliyimin qeydə alınması üçün 11 imza çatmır. Əslində, Ali Məhkəmənin lehimə qərar çıxaracağına ümidim yoxdur. Düşünmürəm ki, 3 qurumun təmin etmədiyi qərarı Ali Məhkəmə təmin edər. İşləməyən məmurlara görə, bu gün biz əziyyət çəkirik”. Yeganə Oqtayqızı  





Həftənin ən çox oxunanları