Yuxarı

Müstəqillik dövrünün ən bərbad seçkisi

Müstəqillik dövrünün ən bərbad seçkisi

[caption id="attachment_1396" align="alignleft" width="195"]Nesimi memmedli Nəsimi Məmmədli: “Təbliğat üçün pulsuz efir vaxtı ayrılmayıb, namizədlərin seçicilərlə ünsiyyətində ciddi əngəllər mövcuddur”[/caption] Azərbaycanda keçiriləcək parlament seçkisinin təbliğat-təşviqat kampaniyası yeni başlasa da, artıq mediada və sosial şəbəkələrdə Milli Məclisin yeni tərkibi “elan edilib”. Yəni seçkinin nəticələrinin saxtalaşdırılacağı və beşinci çağırış deputatların əvvəlcədən “təyin edildiyi” bildirilir. Bir çox siyasətçilər və ekspertlərin fikirincə, bu problem seçki qanunvericiliyinə edilmiş məhdudlaşdırıcı əlavə və dəyişikliklərdən qaynaqlanır.   Belə ki, 2005-ci ilə qədər keçirilmiş bütün seçkilərdə seçki kampaniyasının müddəti 120 gün təşkil edirdi. Sonradan qanunvericiliyə edilmiş dəyişikliklər nəticəsində seçki kampaniyasının müddəti 60 günə qədər azaldıldı. Namizədlərin təbliğat-təşviqat kampaniyasının vaxtı isə 21 günə qədər endirildi. Təbii ki, belə bir qısa müddətdə seçicilərlə fəal görüşlər keçirmək, təmasda olmaq imkanları həddindən artıq məhduddur. Buna görə də bir çox ekspertlər qarşıdan gələn parlament seçkisini  ən bərbad və anti-demokratik seçkisi hesab edirlər.   Yayımların Monitorinq Mərkəzi İctimai Birliyinin sədri, hüquq müdafiəçisi Nəsimi Məmmədli “Cumhuriyət” qəzetinə açıqlamasında bildirib ki, təbliğat və təşviqata rəsmən start verilsə də, ölkədə seçki mühitindən əsər-əlamət yoxdur: “Cəmiyyətin sosial-siyasi və ictimai həyatında heç bir ciddi əhəmiyyəti olmayan ən adi musiqi və idman yarışlarına münasibət, parlament seçkilərinə münasibətdən dəfələrlə yüksəkdir. Müşahidələr onu göstərir ki, bu parlament seçkisi son Bələdiyyələrə seçkilərdən də xeyli sönük və maraqsızdır. Bunun bir neçə səbəbi olduğunu düşünürəm. Milli Məclisin siyasi nüfuzunun kifayət qədər aşağı düşməsi, müxalifətin və müstəqil şəxslərin seçkidə iştiraka az maraq göstərməsi və vətəndaşların seçkilərə ümumiyyətlə, inanmaması ilə bağlıdır. Bir çoxlarının bu seçkini müstəqillik dövrünün ən bərbad və anti-demokratik seçkisi hesab etməsinin ciddi əsasları var. Nəinki müxalifət, vətəndaş cəmiyyəti, fəal insanlar, hətta ən məlumatsız vətəndaşlarımız da 125 dairənin tək birində belə, təsadüfi seçimə yer qoyulmadığını yaxşı bilir. Hətta, seçki başa çatmadan mandat qazanacaq deputatların kimliyi barədə mediada məlumatların yayılması da reallığın acı təzahürüdür”.   Nəsimi Məmmədlinin qənatinə görə, ölkənin seçki və siyasi tarixində ilk dəfədir ki, müxalifətin önəmli hissəsi parlament seçkisini boykot edib: “Seçkilərə start verilərkən yüzə yaxın siyasi məhbus olduğunu həm yerli, həm də beynəlxalq insan hüquqları təşkilatları, o cümlədən Avropa Parlamenti qətnamə ilə bəyan edib. Seçkilərin nəticəsi öncədən nəinki müxalifət, hətta nüfuzlu beynəlxalq qurumlar tərəfinfən də şübhə altına alınıb. ATƏT-seçkiləri müşahidə etməkdən imtina edib. Namizədlərə təbliğat üçün pulsuz efir vaxtı ayrılmayıb, pullu efir vaxtına isə fantastik baha qiymətlər qoyulub. Namizədlərin seçicilərlə ünsiyyətinə ciddi əngəllər mövcuddur. Bu qeyd etdiyimiz fərqlərin heç biri öncəki seçkilərdə müşahidə edilməyib. Kütləvi görüşlər üçün yaradılmış şərait də qənaətbəxş deyil və namizədlərdə etirazlar doğurub.   Seçki qanunvericiliyinin formalaşmasından tutmuş, onun tətbiqinə qədər ən kiçik detal ona hesablanıb ki, müstəqil təşəbbüslər inkişaf etməsin və “arzuolunmaz” namizədlərin əl-qolunu istənilən an bağlamaq mümkün olsun. Hər “seçki” dən sonra qanunvericilikdə olan “boşluq” məharətlə doldurulur ki, nə müstəqil və müxalif namizədlər, nə də seçicilər seçkinin gedişinə və sonrasına təsir edə bilməsinlər”. “125-lər siyasi klubu”nun üzvü Tamilla Qulami “Cumhuriyət” qəzetinə açıqlamada bildirib ki, bu ilki parlament seçkisi ötən seçkilərdən heç nəyi ilə fərqlənmir: “Onsuz da Azərbaycanda seçkinin necə keçirildiyini hər birimiz çox yaxşı bilirik. Belə bir ifadə var, pis seçki yoxdur, pis namizəd var. Əgər namizəd doğru-düzgün seçicilərin etimadını qazana bilmirsə, onda seçicilərdənsəs gözləmək ədalətsizlik olar. 95 saylı Tərtər Seçki Dairəsindən namizədliyimin qeydəalınmaması ilə bağlı qarşılaşdığım maneələr ictimiləşdi. Tək özümü nəzərdə tutmuram, bir çox namizədlər imza toplayan zaman təzyiqlərlə rastlaşıblar.Üç-dörd ay öncə seçki ilə bağlı müzakirələr gedəndə gördük ki, insanların seçkiyə ümidi qırılıb. mma biz o seçicilərlə danışanda onları seçkiyə həvəsləndirirdik, eyni zamanda maarifləndirirdik.   Qısa müddət ərzində onların seçkiyə ümidi artmışdı. Amma namizədliyim qeyidə alınmayandan sonra, şəxsən namizədliyimi irəli sürdüyüm dairədən olan insanların reaksiyasından göründü ki, onların seçkiyə inamları qalmayıb”. Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları