Yuxarı

Nazim Manafov: “Xalqın istək və iradlarını iqtidara bildirəcəyik”

Nazim Manafov: “Xalqın istək və iradlarını iqtidara bildirəcəyik”

Nazim Manafov “AXCP Etimad Qurultayı son illər Azərbaycan müxalifətinin keçirdiyi ən izdihamlı və tanınmış simaların qatıldığı qurultay olacaq. Bu qurultayın Azərbaycan müxalifətinə yeni sima, yeni imic gətirmək, insanların müxalifətə olan inamını, güvənini yenidən qazanmaq üçün irəliyə doğru atılmış bir addım olacağına tam əminəm”. Bunu Cebhe.info-ya açıqlamasında AXCP EQTK-nın Binəqədi rayon şöbəsinin sədri Nazim Manafov deyib.   Onun sözlərinə görə, AXCP EQTK-nın təşkilatlanmaya başladığı zaman elə də çox deyil: “Buna baxmayaraq, qısa zamanda bir çox işlər görməyə nail olmuşuq. Naxçıvan daxil olmaqla Azərbaycanın 50-dən çox bölgəsində rayon təşkilatları formalaşdırılıb. Tərəfdarlarımızın sayı hər keçən gün artmaqdadır, ən çəx da gənc nəslin nümayəndələri AXCP EQTK-ya qoşulmağa can atırlar. Oktyabrın 18-i Azərbaycanın Müstəqillik Aktının imzalandığı gün kimi qeyd olunur. Nə xoş təsadüfdür ki, bizim qurultay da bu tarixə təsadüf edir”.   Qurultayın cəmiyyətə verəcəyi töhfələrə gəlincə, Nazim Manafov “Qurultayda tərəfdarlarımıza və cəmiyyətə gələcək planlarımız, seçəcəyimiz yol, aparacağımız mübarizə haqqında məlumat vermək üçün bir fürsət olacaq. Azərbaycan cəmiyyətində mövcud müxalifət elə bir mənfi imic formalaşdırıb ki, müxalifət adı eşidəndə, insanların ağlına bölücü, hakimiyyət və ayrı-ayrı şəxsləri təhqir edən, şəxsi mənafeyləri üçün gəncləri həbslərə atdıran liderlərdən ibarət bir partiya gəlir. Biz bu sindiromu qırmağa hesablanmış addımlar atacağımızı, təhqirlər üzərində deyil, sivil və tutarlı faktlardan istifadə edərək mübarizə aparacaq bir təşkilat quracağımızı cəmiyyətə çatdırmaq istəyirik. Bu gün cəmiyyətin böyük bir qismi, öz müxalif fikir və düşüncələrini ifadə etməkdən çəkinir. Bizim quracağımız təşkilatda əsas məqsəd bu sindiromu aradan qaldırmaq, müxalifətə, siyasi partiyalara olan inamı yenidən qazandırmaqdır. Belə olan halda yenidən böyük bir kütləni öz ətrafımızda cəmləşdirə biləcəyik. Xalqın istək və iradlarını iqtidara bildirəcəyik. Tərəfdarlarımızın hökümətdə təmsil olunmasına calışacağıq. Bu, uzunmüddətli bir prosesdir. Əlbəttə, bütün bu proseslərdən Azərbaycan cəmiyyəti qazanacaq”.   Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları