Yuxarı

Tofiq Yaqublu bölgə təcridxanasına etap olunacaq

Tofiq Yaqublu bölgə təcridxanasına etap olunacaq

tofiq yaqublu

Hazırda 13 saylı cəzaçəkmə müəssisəsində saxlanılan Müsavat başqanının müavini Tofiq Yaqublu qızı Nigar Yaqublu ilə görüşüb. Bu barədə məlumatı Cebhe.info-ya Nigar Yaqublu özü verib.

O bildirib ki, atasının səhhətti normaldır: “Səhhəti normaldır, ümumi vəziyyəti qənaətbəxşdir. Dünən telefon əlaqəsi saxladıq. Ali Məhkəmənin qərarından xəbərsiz idi. Qərar barədə ona məlumat verdim. Yəqin ki, məhkəmənin qərarından sonra atam Şəki və ya Gəncə yaxınlığında təcridxanalardan birinə etap olunar. Çünki Ali Məhkəmə şikayəti yenidən Şəki Apellyasiya Məhkəməsinə göndərib. Həmin məhkəmədə 4 hakim var. Hakimlərdən 3-ü işə baxdığı üçün 1 hakim qalır. Həmin məhkəmənin yenidən işə baxması üçün 3 hakim gərəkdir. Məhkəmənin yenə orada olacağı, başqa hakimlərin işə cəlb olunması, hadisələrin necə cərəyan edəcəyi barədə hələlik məlumatsızam”. Qeyd edək ki, 2013-cü ilin fevral ayında həbs olunan Tofiq Yaqublu həmin il yanvarın 23-24-də İsmayıllı şəhərində baş verən iğtişaşlara görə saxlanılıb. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tofiq Yaqublu 5 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən verilən apellyasiya şikayəti təmin edilməyib. Tofiq Yaqublu barəsində hökmün ləğv edilməsi, azadlığa buraxılması barədə kassasiya şikayəti verilib. Oktyabrın 13-də keçirilən Ali Məhkəmənin qərarına əsasən, kassasiya şikayəti qismən təmin edilib. Şəki Apellyasiya Məhkəməsinin İlqar Məmmədov və Tofiq Yaqublu barəsindəki qərarı ləğv edilib, iş yenidən Şəki Apellyasiya Məhkəməsinə qaytarılıb.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları