Yuxarı

“Hakimiyyət savadsız gənclik yetişdirməkdə maraqlıdır”

“Hakimiyyət savadsız gənclik yetişdirməkdə maraqlıdır”

vusal bayramov“Gənclik cəmiyyətin ən aktiv təbəqəsidir. Gənclik gözləməməlidir ki, kimsə ona nəsə verəcək, hüquqlarını özü tələb etməlidir. Amma indiki təhsil sistemi gəncləri nəinki həyata hazırlayır, onların inkişafına mane olur”. Bunu Cebhe.info-ya açıqlamasında gənclərin üzləşdiyi problemlərdən danışan  AXCP EQTK Suraxanı rayon şöbəsinin sədri Vüsal Bayramov deyib.

Vüsal Bayramovun sözlərinə görə, ölkənin inkişafına nail olmaq üçün ilk növbədə, normal təhsil sistemi yaradılmalıdır: “Ancaq görünür ki, Azərbaycan hakimiyyəti belə təhsil sisteminin əvəzinə rüşvətə, korrupsiyaya bulaşmış bir sistem yaratmaqla gənclərimizin  savadsız yetişməsini qarşıya məqsəd kimi qoyub. Savadsız gəncliyin yetişməsi gələcəkdə hakimiyyətə qarşı olacaq potensial etirazların qarşısını almaq məqsədi güdür. Hakimiyyətin gənclərlə bağlı konsepsiyası yoxdur. Milyonlarla gənc ev, iş problemləri ilə üz-üzədir. Universiteti bitirib, yaxud hərbi xidməti başa vurmuş gənclərimiz barədə dövlət proqramları tamamilə yox səviyyəsindədir. Hakimiyyətin bu cür siyasət aparması nəticəsində gənclərin bir çoxunun mühacirətdə və həbsxanalarda məhv olmasına gətirib çıxarıb. Bütün bunların qarşısını almaq üçün gənclərlə bağlı real dövlət proqramları qəbul edilməlidir. Sosial problemlərin həlli istiqamətində real addımlar atılmalıdır. İş yerləri yaradılmalıdır. Gənc ailələrin ev alması üçün ipoteka kreditlərinin verilmə yolları sadələşdirilməlidir ki, sadəcə, dövlət sektorunda işləyən gənclər yox, özəl sektorda işləyən gənclər də ev ala bilsinlər”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları