Yuxarı

AXCP EQTK-nin qurultayı nə vəd edir?

AXCP EQTK-nin qurultayı nə vəd edir?

[caption id="attachment_731" align="alignleft" width="358"]tural abbasli Tural Abbaslı: "Güman edək ki, proseslər müxalifət düşərgəsi üçün xeyirli olar”[/caption] [caption id="attachment_1083" align="alignright" width="335"]Ramil Huseynov Ramil Hüseynov: "Siyasi mübarizə etik çərçivədə olmalıdır"[/caption]                   Məlum olduğu kimi, oktyabrın 18-də AXCP EQTK-nin qurultayı keçiriləcək. “Ağ Blok” idarə heyyətinin üzvü Tural Abbaslının və Vətəndaş və İnkişaf Partiyasının sədr müavini Ramil Hüseynov “Cumhuriyət” qəzetinə qurultayla bağlı mövqeylərini bildirib. Tural Abbaslı bildirir ki, son zamanlar mətbuatda ən çox hallanan və gündəmdə olan məsələlərdən biri AXCP və onun ətrafında baş verənlərdir: “İstər cəbhəçilərin mövqe sərgiləməsi, istərsə də mətbuatdakı və sosial şəbəkələrdəki bəyanatları, bir-birlərinə qarşı iddiaları mətbuatı məşğul etməkdədir. Təbii ki, bu, cəmiyyət tərəfindən birmənalı şəkldə qarşılanmır. Cəmiyyət bu proseslərdə dolayısıyla bu və ya digər formada tərəflərə haqq verir. Burda söhbət Əli Kərimlinin rəhbərlik etdiyi AXCP-dən və Razi Nurullayevin rəhbərlik etdiyi AXCP EQTK-dən söhbət gedir.   Sentyabrın 27-də Əli Kərimlinin rəhbərlik etdiyi cəbhə qurultayını keçirdi və Əli Kərimli yenidən sədr seçildi. Oktyabrın 18-də isə Razi Nurullayevin rəhbərlik etdiyi cəbhəçilər Etimad Qurultayı keçirəcək. Bu məsələdə detallar cəmiyyətə tam açıqlanmadığı üçün mətbuatdan və yaxud, hansısa vasitələrdən əldə etdiyimiz informasiyalardan irəli çıxaraq mövqe bildirə bilirik.   Bu məsələdə birtərəfli mövqe göstərmək çətindir. Çünki hər iki tərəf tanıdığımız, zaman-zaman meydanlarda, zindanlarda bir yerdə olduğumuz insanlardır. Təəssüflər olsun ki, bu insanlar bu və ya digər formada qarşı-qarşıya qalıblar. Hər iki tərəfə uğurlar arzulayıram. Haqq-ədalət nədirsə, yerini tapsın. Mətbuatdan oxuduğum qədərilə bu qurultaydan sonra sənədlər Ədliyyə Nazirliyinə təqdim olunacaq. Ədliyyə Nazirliyi hansısa qurumun qurultayını tanıyacağını və hansı qurumu cəbhə kimi adlandıracağı məsələsi də var. Bu gün hər iki tərəf bu ada iddialıdır. Bir tərəf cəbhənin onların olduğunu, sədrinin də uzun illər Əli Kərimli olduğunu əsas gətirirlər. Digər tərəf də cəbhənin daxili demokratiyasının, etimadını itirdiyini və cəbhəçilər yeni rəhbərliyin hakimlik etdiyini və yeni bir dönüşün meydana çıxmalı olduğunu iddia edirlər. Zamana ehtiyacı var. Amma istənilən halda atılan hər bir addımın müsbət və mənfi nəticəsi olur. Güman edək ki, bu proseslər ümumi müxalifət düşərgəsi üçün xeyirli olar”.   Ramil Hüseynov hər bir şəxsin öz siyasi baxışlarının olduğunu bildirib: “Etimad Qurultayına uğurlar və müvəfəqiyyətlər arzu edirəm. Siyasi mübarizə etik çərçivədə olmalıdır. Bu baxımdan hesab edirəm ki, AXCP EQTK-nin üzvülərinin atdığı addım Azərbaycan dövlətinin mənafeyinə xidmət edəcək”.   Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları