Yuxarı

18 oktyabr qurultayı Əli Kərimlini qorxuya salıb

18 oktyabr qurultayı Əli Kərimlini qorxuya salıb

Eli Kerimli“Yurd” liderinin iftira maşını hərəkətə keçib

Əli Kərimlinin qara piar maşını AXCP Etimad Qurultayı Təşkilat Komitəsinə qarşı iftira kampaniyasını davam etdirir. Fuad Qəhrəmanlının rəhbərliyi ilə şər və böhtan maşını indi də Razi Nurullayevin rəhbəriyi ilə etimad qurultayına hazırlaşan cəbhəçiləri “qohumbazlıqda” ittiham edir. Öncə qeyd edək ki, AXCP-nin Əli Kərimli qanadının təlaş keçirdiyi aşkar hiss edilir.

Cəmiyyətin, medianın 18 oktyabr qurultayına köklənməsi Kərimli tərəfdarlarının kürkünə birə salıb. Kərimliçilər ölkənin müxtəlif bölgələrini təmsil edən nüfuzlu cəbhəçilərin, ziyalıların Razi Nurullayevlə birgə yeniləşmə hərəkatına dəstək verməsindən ciddi narahatlıq keçirirlər. Xatrıladaq ki, bu günə qədər ölkənin bütün regionlarını əhatə edərək, rayon şöbələrində konfranslar keçirilib, rayon şöbələri AXCP EQTK-ni dəstəklədiklərini bildiriblər. Qurultaya hazırlıq yekunlaşmaq üzrədir və oktyabrın 18-də cəmiyyət AXCP-nin tarixi möhtəşəm qurultayının şahidi olacaq.

Əli Kərimli və bir qrup tərəfdarı isə AXCP-nin etimad qurultayının gözdən salamq üçün qohumbazlıq məsələsini ortaya atıb.  Əvvəla, AXCP EQTK-ni yaradan cəbhəçilərin əksəriyyəti Əli Kərimli, Fuad Qəhrəmanlı ilə eyni partiyanın üzvləri olublar. Hətta bəziləri komandaya daxil olan şəxslər idilər. Onlar Əli Kərimlinin avtoritar idarəetməsinə, partiyadakı şəxsiyyətə pərəstiş ənənəsinə etiraz olaraq AXCP EQTK-ya qoşulublar. İnsanlar Əli Kərimlinin daha 5 il AXCP sədri postunda qalıb cəbhəçiləri və xalqı aldatmasını istəmirlər. Ölkənin ayrı-ayrı bölgələrindən olan narazı cəbhəçilər partiyanın daha praqmatik, gerçəkçi siyasət yeritməsinə çalışırlar.

Razi Nurullayev və silahdaşları cəmiyyətə siyasi açılım təklif edirlər. Xalq əvvəlki qaydada idarə olunmaq istəmir, hakimiyyət idarə edə bilmir. Azərbaycan bu dalandan çıxmalıdır. Razi Nurullayevlə birgə silahdaşları hakimiyyətə xalqa və müxalifətə yaxınlaşmağı, müxalifətə isə təhqir-böhtan və qarayaxma metodlarından uzaqlaşmağı və hakimiyyət uğrunda gerçək mübarizə, dəyişməz və ardıcıl mübarizə aparmağı təklif edir.

Müxalifətin indiyə qədər apardığı siyasi taktika 20 ildir xalqa, millətə heç nə vermir. Hakimiyyətin müxalifətə, müxalifətin isə hakimiyyətə düşmənçilik siyasəti, qarşılıqlı inkarçılıq ona gətirib çıxarıb ki, etimad itib. Bu isə millətin hər iki tərəfə olan etimadsızlığına və inamsızlığına gətirib çıxarıb. AXCP Etimad Qurultayı bu psixoloji səddi aradan qaldıracaq, cəmiyyətə yeni nəfəs gətirəcək. Bu işə dəstək verməkdənsə, pəl vurmaq, Əli Kərimliyə heç nə verməyəcək.

Son olaraq AXCP EQTK üzvlərini qohumbazlıqda ittiham edənlər bir dönüb Əli Kərimli cəbhəsinin vitrininə baxsınlar. Əli Kərimli partiyanın “Pravda”sı sayılan “Azadlıq” qəzetini heç kimə etibar etməyib, öz qohumu, həmkəndlisi Rahim Hacıyevə tapşırıb. Qəzetin başqa bir redaktoru Rövşən Hacıbəyli, qəzetin vəkili Ənnağı Hacıyev də bir ailənin üzvləridir. İcazəli demokrat, ara-sıra Əli Kərimlini tənqid edən Xaliq Bahadır da Hacıyevlərin böyük qardaşıdır. Allah eşqinə, indi qohumbaz kimdir? Ölkənin tanınmış, stajlı cəbhəçilərini, ziyalılarını, işıqlı gəncləri başına toplayıb AXCP-ni, müxalifəti siyasi dalandan çıxarmağa çalışan Razi Nurullayev, onunla birgə olanlar, yoxsa Nəcəf Nəcəfov kimi demokratın yaratdığı “Azadlıq”  qəzetini həmkəndlilərinə vermiş Əli Kərimli?

Türkel





Həftənin ən çox oxunanları