Yuxarı

“Müxalifətin bölgələrdə yalnız adı var”

“Müxalifətin bölgələrdə yalnız adı var”

Eltural Murselzade

AXCP Etimad Qurultay Təşkilat Komitəsi bir çox rayon şöbələrində artıq konfranslar keçirib. Hazırda qurultaya hazırlıq işləri yekunlaşmaq üzrədir. Beyləqan şöbəsi olaraq qurultaya ciddi şəkildə hazırlaşmışıq. 18 oktyabrda keçiriləcək qurultayda Beyləqan şöbəsi yüksək səviyyədə təmsil olunacaq”.

Bunu Cebhe.info-ya açıqlamasında AXCP EQTK Beyləqan rayon şöbəsinin sədri Eltural Mürsəlzadə deyib. Eltural Mürsəlzadə müxalifətin bölgələrdəki fəaliyyətindən da danışıb və bu fəaliyyətin qənaətbəxş olmadığını bildirib: “Müxlifət partiyalarının bölgələrdə fəaliyyəti yox dərəcəsindədir. Müxalifət partiyalarının əksəriyyətinin bölgələrdə yaratdığı şöbələrin yalnız adları var. Mövcud olan rayon şöbələrinin sədrlərinin isə cəmiyyətdə heç bir aktiv fəaliyyəti his olunmur. Təbii ki, bu, yanlış siyasətdir. Bölgələrə olan bu cür laqeyd münasibəti biz AXCP olaraq dəyişəcəyik. Biz AXCP olaraq müxalifətə yeni nəfəs gətirəcəyik. Qurultaydan sonra bölgələrdə mütəmadi olaraq görüşlər keçirəcəyik. AXCP olaraq hər zaman xalqın yanında olacağıq”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları