Yuxarı

“Proporsional seçki sistemi bərpa edilməlidir”

“Proporsional seçki sistemi bərpa edilməlidir”

rahib Haciyev“Güclü parlament güclü dövlət deməkdir. Azərbaycanda isə vəziyyət fərqlidir. Bir də görürsən ki, kim gəldi deputat “seçirlər”. Adı da belə olur ki, sən demə, adam yaşadığı yerdə tanınmış və hörmətli şəxsdir. Belə yarıtmaz təbliğatın sayəsində heç kiçik dairədə hörməti olmayan şəxsi “hörmətə mindirib” göylərə ucaldaraq, ona deputat mandatı verirlər. Belə qanunsuz təyinatların aqibətini illərdir ki, xalq görür”.

Bunu Cebhe.info-ya AXCP Etimad Qurultayı Təşkilat Komitəsi Suraxanı rayon şöbəsindən Ali Məclisin üzvü Rahib Hacıyev bildirib. Rahib Hacıyev qeyd edib ki,  proporsional seçki sisteminin bərpa olunması ən optimal variant kimi qəbul edilməlidir: “Parlamentə seçkilər proporsional sistemlə keçiriləndə heç olmasa partiyalar yarışırdı. Ölkənin siyasi mühüti bir qədər aktivləşirdi. 2002-ci ildə keçirilən referendumda proporsional seçki sistemi ləğv edildi. Son illərin təcrübəsi də sübut etdi ki, proporsional seçki sisteminin ləğvi siyasi münasibətləri ifrat dərəcədə ağırlaşdırır, müxalifət partiyalarını sıradan çıxarır və faktiki olaraq təkpartiyalı sistemin yaradılmasına xidmət edir. Deməli, ölkədə siyasi partiyaların gücünü artırmaq üçün proporsional sistemə keçid mütləq olmalıdır”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları