Yuxarı

AXCP EQTK üzvü: “Mübarizəmiz qalibiyyətlə nəticələnəcək"

AXCP EQTK üzvü: “Mübarizəmiz qalibiyyətlə nəticələnəcək

perviz hesimi “AXCP Etimad Qurultayı Təşkilat Şöbəsinin Nizami rayon şöbəsinin 50 fəal, gənc üzvü var. Geridə qalan 2 ay müddətində Nizami rayon şöbəsi olaraq AXCP sıralarına təhsilli, intellektual , normal və sivil müzakirə aparmaq bacarığına malik gənclərimizi qəbul etmişik”. Bunu Cebhe.info-ya açıqlamasında AXCP EQTK Nizami rayon şöbəsinin sədri Pərviz Həşimi deyib. Şöbə sədri bildirib ki, rayon şöbəsi ilkin mərhələdə 15 dayaq dəstəsindən ibarət olub: “Komanda olaraq aktiv fəaliyyətimiz nəticəsində AXCP-nin Etimad Qurultayına tam hazırıq. Qurultayda komanda olaraq bütün aktiv üzvlərimizlə birlikdə iştirak edəcəyik. İnanırıq ki, qurultayımız çox möhtəşəm keçəcək.Xalqımızın AXCP EQTK-ya olan etimadını daha da möhkəmləndirəcəyik. Apardığımız bu mübarizə bütün hallarda qalibiyyətlə nəticələnəcək”. Vilayət Muxtar





Həftənin ən çox oxunanları