Yuxarı

Narazı namizədlər - Kim kimdən...

Narazı namizədlər - Kim kimdən...

iqbal-agazada-gorush-0001   Milli Məclisə keçiriləcək seçkilərdə namizədliyi qeydə alınmış şəxslərin təbliğat-təşviqat kampaniyasının tələblərini pozması halları ilə bağlı Mərkəzi Seçki Komissiyyasına 4 şikayət xarakterli müraciət edilib. Bu barədə açıqlama Cebhe.info-ya MSK-nın məbuat xidmətindən verilib. Məlumata görə, şikayətlərin ikisi 60 saylı Salyan-Neftçala Seçki-Dairəsindən daxil olub. Həmin dairədən namizədliyi qeydə alınmış Səlimli Səlimağa MSK-ya müraciət edərək, digər rəqibi İsmayıl Ağayevin seçkiqabağı təşviqatını seçki qanunvericiliyinin tələblərini pozmaqla apatdığını bildirib və bu halların qarşısının alınması üçün tədbir görülməsini xahiş edib. Bundan bir gün sonra 60 saylı dairədən digər namizədlər- Mais Səlimov, Rüstəm Məlikov və Səlamət Ələkbərov da İsmayıl Ağayevin təşviqatla bağlı Seçki Məcəlləsinin müddəalarına zidd hərəkət etməsi barədə MSK-ya şikayət veriblər. 123 saylı Kəlbəcər Seçki Dairəsindən namizəd kimi seçkilərə qatılmış, sabiq daxili işlər naziri İsgəndər Həmidov da seçkiqabağı təşviqatın aparılması üçün ona imkan yaradılmaması və maneəçilik törədilməsi barədə MSK-ya müraciət edib. 35 saylı Üçüncü Xətai Seçki Dairəsindən  namizədliyi qeydə alınmış Araz Əlizadə digər namizəd İqbal Ağazadənin təşviqat kampaniyasının tələblərini pozaraq seçiciləri ələ almasından şikayət edib. Bundan başqa,  oktyabrın 9-dan bəri iki seçki dairəsində namizədlər arasında ziddiyyət yaşanıb. 83 saylı Ağcabədi-Füzuli Seçki Dairəsindən namizəd kimi seçkilərdə iştirak edən Şərafət Hacıyeva həmin dairədən “Azadlıq-2015” Seçki Blokunun namizədi İ.İmanovun imza vərəqələrinin ekspert qrupu tərəfindən araşdırılmasına dair müraciət edib. 34 saylı Xətai İkinci Seçki Dairəsi üzrə namizədlər Cəlal İbrahimov, Nicat Qasımzadə, Mahir Cəfərov və digər namizəd Elçin Qubanovun səlahiyyətli nümayəndəsi həmin dairə üzrə namizədliyini irəli sürmüş Əhəd Məmmədlinin imza vərəqələrinin və ona əlavə edilmiş digər seçki sənədlərinin səthi yoxlanılmasını və qeydə alına biləcəyini ehtimal edərək sənədlərinin daha ciddi araşdırılmasını MSK-dan xahiş ediblər. Müşfiq





Həftənin ən çox oxunanları