Yuxarı

Qorxmaz İbrahimli: “AXCP-nin demokratiyaya sadiq olacağına inanıram"

Qorxmaz İbrahimli: “AXCP-nin demokratiyaya sadiq olacağına inanıram

Qorxmaz Ibrahimli_1 “Qurultayda səsvermənin gizli keçirilməsi demokratiyanın göstəricisi və qarşılıqlı inamın tərkib hissəsidir. Bunun da  çox böyük əhəmiyyəti var. İnsanların ifadə azadlığında gizli səsvermənin önəmi böyükdür”. Cebhe.info xəbər verir ki, bunu AXCP-nin Etimad Qurultayında sədr seçkisinin gizli səsvermə ilə aparılmasına münasibət bildirən “Aydınlar” Partiyasının sədr müavini Qorxmaz İbrahimli bildirib. Onun sözlərinə görə, həmçinin Nizamnaməyə bir şəxsin 2 dəfədən artıq sədr seçilməməsinin salınması da müsbət yanaşmadır: “Partiya rəhbərliyi belə qərara gəlibsə, mən buna hörmətlə yanaşıram”. Partiya rəsmisi AXCP-nin idarəçiliyindəki fərqi də müqayisə edib: “Əli Kərimlinin rəhbərlik etdiyi AXCP-də özüm də təmsil olunmuşam. Bizim hər birimiz oradan demokratiyanın olmamasına görə çıxmışıq, partiyanı tərk etmişik. Oranı tərk edən çoxsaylı tanınmış simalar var. Onlar AXCP-nin rəhbərliyində təmsil olunublar. Həmin insanlar partiyadaxili demokratiyanın olmaması, partiyada demokratiyanın boğulmasından şikayətçi olublar. Bu faktorlara görə oradan ayrılıb müxtəlif partiyalar yaradıblar, müxtəlif təşkilatların üzvü olublar və ya bu gün siyasətlə məşğul olmurlar. Yəni Əli Kərimlinin rəhbərlik etdiyi AXCP-də demokratiya olsaydı yəqin ki, bu hadisələr baş verməzdi. Razi bəyin rəhbərlik etdiyi partiyaya isə uğurlar arzulayıram və başarılar diləyirəm. Görünən odur ki, onlar partiyanın demokratik yolla inkişafı üçün çalışacaqlar. Onların demokratiyaya sadiq olacaqlarına inanıram”. Cavad





Həftənin ən çox oxunanları